İstehlakçı hüquqlarının pozulmasına görə tətbiq olunan sanksiyalar

2020-08-10 | Hüquq | 2257

İstehlakçı hüquqlarının pozulması hallarına görə qanunvericiliklə bir sıra sanksiyalar nəzərdə tutulub.

Hüquqşünas Şəhriyar Həbilov mövzunu şərh edərkən bildirib ki, şəxsi tələbatını ödəmək məqsədilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs istehlakçı hesab edilir. Hər bir istehlakçının lazımi keyfiyyətdə mal, iş və ya xidmət istehlak etmək hüququ vardır. Həmçinin, istehlakçı lazımi keyfiyyəti olmayan, sağlamlığa zərər vuran malın, işin və ya xidmətin vurduğu zərərin ödənilməsini tələb etməkdə haqlıdır.

İstehsalçı isə malın (iş və ya xidmətin) zəmanət müddətində, olmadığı halda isə müqavilədə göstərilmiş qaydada normal işini (istifadəsini, tətbiqini) təmin etməlidir. Tez xarab olan, sağlamlığa təhlükəli ərzağın, dərman, kosmetika, kimya və digər malın üzərində yararlılıq müddəti olmalıdır. Fərqli müqavilə müddəası yoxdursa, zəmanət müddəti mal istehlakçıya veriləndən, yararlılıq müddəti mal hazırlanan gündən sayılır. Zəmanət müddətində mal xarab olarsa, istehlakçı:

  • yenisi ilə dəyişməni tələb edə;
  • satış qiymətini azaltdıra;
  • qüsurun aradan qaldırılmasını tələb edə;
  • müqaviləni ləğv edə bilər.

Qanunvericiliyə əsasən, istehlakçıya malın, işin, xidmətin keyfiyyətsizliyi ilə bağlı dəymiş maddi və mənəvi zərər mütləq ödənilməlidir.

İstehlakçı hüquqlarının pozulması hallarına gəlincə, aşağıdakı sanksiyalar nəzərdə tutulub:

  • qaz, elektrik və ya istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsinin dayandırılmasına görə fiziki şəxs 200-400 manat, vəzifəli şəxs 1.000-1.500 manat, hüquqi şəxs 2.500-3.000 manat məbləğində cərimə edilir;
  • gərginliyi 1.000 voltadək olan elektrik şəbəkələrinin zədələnməsinə və bunun istehlakçıların elektrik enerjisi ilə təmin edilməsində fasiləyə səbəb olmasına görə fiziki şəxs 200-300 manat, vəzifəli şəxs 350-450 manat cərimə edilir;
  • malın keyfiyyəti, ölçü, çəki barədə istehlakçını az miqdarda (300 manatadək) aldatmağa, standartlara cavab verməyən malın buraxılmasına (işin görülməsinə), nəzarətdən gizlədilməsinə, sertifikatlaşdırılmamasına, saxlama müddətinin pozulmasına, istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə fiziki şəxs 350-500 manat, vəzifəli şəxs 1.500-2.000 manat, hüquqi şəxs 4.000-6.000 manatadək cərimə edilir;
  • istehlakçını maraqlandıran malın xüsusiyyətləri, qiyməti, saxlanma, istifadə qaydaları, əldə edilmş şərtləri və təminat öhdəlikləri barədə məlumat verilməməsinə görə 200 manat cərimə nəzərdə tutulur;
  • malsatan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda (300-3.000 manat) aldatmağa görə 3.000-5.000 manatadək cərimə, 360-480 saatadək ictimai işlər növündə cəza nəzərdə tutulur;
  • külli miqdarda (3.000 manatdan yuxarı) zərər vurmaqla aldatmağa görə 5.000-7.000 manatadək cərimə, 3 ilədək müəyyən vəzifə tutma, fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə 6 ayadək azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulur;
  • bilərəkdən pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda 10-15 min manatadək cərimə, 2 ilədək azadlığın məhdudlaşdırılması, 2 ilədək azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulur;
  • bu hal ehtiyatsızlıqdan ölümə və ya ağır nəticələrə gətirərsə, 3-7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Mənbə: https://vergiler.az/news/taxes/9499.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!