Qiymətləndirmə

2020-07-04 | Vergilər | 1801

Vergi Məcəlləsində qiymətləndirmə fəaliyyəti ilə bağlı düzəlişlər ölkəmizdə əsasən vergi qanunvericiliyinin pozulmasından yaranan maliyyə sanksiyalarının, hesablanmış vergilərin, cərimələrin, penyaların dövlət büdcəsinə ödənilməsinin təmini zamanı qiymətləndirici xidmətindən istifadənin təkmilləşdirilməsi üçün geniş imkanlar yaradır. Mövzunu İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev şərh edir.

Dəyişikliklərə qədər Vergi Məcəlləsinin 90-cı maddəsinin ("Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası") 90.3. bölməsinin 4-cü abzası bu şəkldə göstərilmişdi: "Əmlakın hərracda satılması məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakı qanunvericiliyə uyğun olaraq tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna edilməklə "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna uyğun olaraq qiymətləndirici tərəfindən qiymətləndirilir".

Vergi Məcəlləsinə 19 may 2020-ci il tarixli düzəlişdə isə bu müddəa belə yazlıb: "vergi ödəyicisinin siyahıya alınmış əmlakının məhkəmənin qərarı ilə qiymətləndirildiyi və tənzimlənən qiymətləndirmənin tətbiq olunduğu hallar istisna olunmaqla, vergi ödəyicisinin siyahıya alınmış əmlakının qiymətləndirilməsi "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna uyğun olaraq həyata keçirilir".

Bununla yanaşı, 90.3 maddənin 5-ci bölməsinin bu müddəası əvvəlki kimi saxlanılıb: "Məhkəmə qərarlarına əsasən verilən icra vərəqələri daxil olduqdan 10 gün müddətində qiymətləndirici icra məmuru tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dəvət olunur və qiymətləndiricinin xidməti məhkəmənin qərarı ilə əmlakı satılan vergi ödəyicisi tərəfindən ödənilir".

Həmin abzasda edilən yeni düzəliş isə "icra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşdırılmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən ağır və xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir" şəklindədir.

Bu iki müddəanın düzəlişində mühüm məqamlar var. Birincisi ondan ibarətdir ki, mövcud düzəlişlərə qədər qanunvericilikdə qiymətləndiricinin konkret iş keyfiyyəti, bacarığı ilə bağlı məsələ öz əksini tapmırdı. Yeni düzəlişdə isə konkret olaraq qiymətləndiricinin 5 ildən az olmayaraq fəaliyyət göstərməsi tələb olunur. Hesab edirik ki, bu, dolayısı ilə qiymətləndirici ixtisasının da əhəmiyyətini artıracaqdır.

Daha bir məsələ isə qiymətləndirici dəvət olunan zaman onun haqqının ödənilməsidir.

Düzəlişin mahiyyəti həm də ondan ibarətdir ki, vergi ödəyicisinin yaranmış borclarının, ödəmədiyi vergilərin, faizlərin, ona tətbiq olunan maliyyə sanksiyalarının dövlət büdcəsinə cəlb olunması ilə bağlı işlər aparılan zaman həmin subyekt vergi öhdəliyini 30 gün müddətində yerinə yetirməlidir. Əgər o, öhdəliyini yerinə yetirmirsə, vergi orqanı onun əmlakını satışa və ya hərraca çıxarır və satışından əldə olunan gəlirdən dövlət büdcəsinə yaranmış vergi borclarının, faizlərin və sanksiyaların ödənilməsini təmin edir. Bunun üçün vergi orqanı məhkəməyə müraciət etməlidir. Bəzi hallarda vergi ödəyicisinin əmlakını bazar qiyməti ilə qiymətləndirmək çətin olduğuna görə də qiymətləndiriciyə ehtiyac yaranır.

Məsələn, tutaq ki, sahibkar quşçuluq təsərrüfatı ilə məşğuldur və onun 10.000 manatlıq vergi və ya maliyyə sanksiyası, eləcə də vergidən yaranmış borcları vardır. Həmin vergi ödəyicisi bu vəsaiti 30 gün ərzində ödəmədikdə vergi orqanı onun əmlakının hərraca çıxarılması ilə bağlı məsələ qaldıra bilər. Belə olduqda məhkəmənin qərarı ilə qiymətləndirici dəvət olunur və əmlakı qiymətləndirərək nə qədər hissəsinin hərraca çıxarıla biləcəyini bəyan edir.

Bu, sahibkara da imkan verir ki, vergi borclarının silinməsini müəssisəyə böyük ziyan dəymədən təmin etsin.

Belə hesab edirəm ki, yeni düzəlişlər qiymətləndirmə ilə bağlı yaranan mübahisələrin aradan qaldırılmasında faydalı olacaq.

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/9240.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!