Yuxarı vergi orqanında inzibati şikayətlərə baxılması

2020-07-03 | Hüquq | 2534

Vergi münasibətləri baxımından inzibati icraat dedikdə, vergi orqanlarının öz təşəbbüsü ilə və ya vergi ödəyicisinin müraciəti əsasında inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, həmçinin inzibati şikayətlərə baxılması üzrə müvafiq vergi orqanları tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsi və "İnzibati icraat haqqında" Qanunu ilə müəyyən edilmiş qaydalar daxilində həyata keçirilən fəaliyyət nəzərdə tutulur. Mövzunu Vəkillər Kollegiyasının üzvü, vergi hüququ üzrə ekspert Sirac Piriyev şərh edir.

İnzibati icraat çox geniş fəaliyyət dairəsini əhatə edir və inzibati şikayətlərə baxılması onun tərkib hissəsidir.

Vergi orqanlarına edilən inzibati şikayətlərin əksəriyyəti kameral və səyyar vergi yoxlamaları, operativ nəzarət tədbirləri, ümidsiz vergi borclarının silinməsi, artıq ödənilmiş vergilərin geri qaytarılması və digər mübahisələrlə bağlı olur. Göstərilən məsələlərlə bağlı inzibati icraatın aparılması zamanı şikayət instansiyası (yuxarı vergi orqanı) həm Vergi Məcəlləsinin, həm də İnzibati icraat haqqında Qanunun tələbləri əsasında tədbir görür.

İlk olaraq, yuxarı vergi orqanı müraciətin inzibati şikayət olub-olmamasını aydınlaşdırmalıdır. Belə ki, yalnız inzibati aktdan verilən şikayət deyil, həm də inzibati orqanın hərəkətlərindən (hərəkətsizliyindən) edilən müraciətlər inzibati şikayəti ehtiva etdiyi üçün ona inzibati icraat qaydasında baxılmalıdır.

"İnzibati icraat haqqında" Qanunun 73-cü maddəsi ilə inzibati aktdan edilən şikayətlərin inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində edilməsi nəzərdə tutulsa da, vergi münasibətlərinin tənzimlənməsində Vergi Məcəlləsi xüsusi qanun kimi tətbiq olunduğu üçün Məcəllənin 63.2-ci maddəsinə əsasən inzibati şikayət, şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir.

Şikayətlərə birmənalı şəkildə yuxarı vergi orqanında baxılmalıdır. "İnzibati icraat haqqında" Qanunun 79.5-ci maddəsinə görə, şikayət instansiyası (yuxarı vergi orqanı) şikayətə baxılmasını heç bir halda şikayət olunan inzibati aktı qəbul etmiş inzibati orqana və ya onun vəzifəli şəxslərinə həvalə edə bilməz. Həmin Qanunun 79.2-ci maddəsində göstərilir ki, şikayət inzibati aktı qəbul etmiş yerli vergi orqanına təqdim olunarsa, həmin orqan şikayəti və icraatla bağlı materialları yuxarı vergi orqanına göndərməyə borcludur.

Yuxarı vergi orqanına təqdim edilən inzibati şikayətlərə Vergi Məcəlləsinin 63.1-ci maddəsinə uyğun olaraq 30 gün müddətinə baxılmalıdır. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün daha artıq müddət tələb olunarsa, maraqlı şəxsə (vergi ödəyicisinə) məlumat verilməklə inzibati icraatın müddəti hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər.

Müddətin uzadılmasına səbəb olan hallar vergi orqanı tərəfindən inzibati aktda əsaslandırılmalıdır. Əgər şikayətin forması və məzmunu Qanunun 74-cü maddəsinə uyğundursa və şikayətin baxılmamış saxlanılması üçün Qanunun 75-ci maddəsi ilə müəyyən olunan əsaslar yoxdursa, yuxarı vergi orqanı 30 gün müddətində (əlavə araşdırmaya zərurət olmadıqda) inzibati icraat qaydasında araşdırma aparmalı, maraqlı şəxsi (vergi ödəyicisinin səlahiyyətli nümayəndəsini) dinləməklə icraatın nəticəsi üzrə Qanunun 80-ci maddəsinə uyğun olaraq üç qərardan birini qəbul etməlidir.

Yerli vergi orqanları tərəfindən qəbul edilən inzibati aktların cinayət tərkibi yaratması həmin inzibati aktlar üzrə edilən şikayətlərin araşdırılmasından imtina olunması üçün əsas deyildir. Belə ki, cinayət təqibinin fakt üzrə başlaması və onun da təməlini inzibati aktın qəbul edilməsi təşkil etdiyi üçün sonrakı mərhələlərin həyata keçirilməsi həmin inzibati aktdan asılıdır. Yəni inzibati aktdan şikayətin nəticəsi üzrə yuxarı vergi orqanının qərarına uyğun olaraq cinayət təqibi orqanı növbəti atacağı addımları müəyyən etməlidir.

Onu da qeyd edək ki, cinayət təqibi orqanı inzibati akt üzrə hər hansı qərar qəbul edərək onu ləğv edə bilməz: "İnzibati icraat haqqında" Qanunun 3.2-ci maddəsinə görə, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Başqa sözlə, cinayət təqibini və inzibati xətalara dair işləri həyata keçirən inzibati orqan ( DVX yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi və s.) həmin Qanunun müddəalarına istinad edərək inzibati icraatla bağlı hər hansı məsələni tənzimləyə bilməz.

Mənbə: https://vergiler.az/news/taxes/9234.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!