Alış aktları

2020-06-21 | Vergilər | 252

Malların, məhsulların tədarük olunması, o cümlədən kənd təsərrüfatı məhsullarının tədarük olunması və sonradan emal olunaraq satılması və ya emal olunmayaraq satılması, əlvan metal tullantılarının tədarük olunaraq emal olunması kimi fəaliyyətlərin rəsmiləşdirilməsi ilə bağlı vergi ödəyicilərində bir sıra suallar yaranır. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Vergi Məcəlləsinin 71-2.1. maddəsində bildirilir ki, bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Adətən, belə vergi ödəyiciləri tədarük üçün birbaşa əhali ilə təmasda olur və həmin malları, məhsulları əhalidən tədarük edirlər. Vergi Məcəlləsinin 71-2-ci maddəsi birbaşa bununla bağlıdır. Bu maddə malların alış aktı ilə əlaqədardır və malları, məhsulları əhalidən tədarük edən şəxslər rəsmiləşdirməni malları alış aktı və növbəti addım kimi elektron alış aktı ilə aparmalıdır.

Maddədən aydın olur ki, malların alış aktını ilkin olaraq kağız formasında tərtib etmək olar, amma 5 gün ərzində kağız formada olan məlumatlar elektron qaydada alış aktlarına keçirilməlidir. Bu zaman başqa suallar meydana gələ bilər:

  • Vergi ödəyici elektron alış aktlarını tərtib etməzsə, onu nə gözləyir?
  • Vergi orqanları hansı addımları atır? Xərc nəzərə alınırmı?
  • Mal qalığında alış aktları hansı rolu oynayır?

Misal 1:

Tutaq ki, "AA" MMC əlvan metalların tədarükü ilə məşğul olan hüququ şəxsdir. 2020-ci ilin may ayında 3 nəfərdən metal qırıntılarını tədarük etmişdir və əməliyyatlar rəsmiləşdirilmişdir.

5 may 2020-ci ildə 2.000 manatlıq tədarük etdiyi metala görə alış aktı tərtib etmişdir və 8 may 2020-ci ildə də elektron alış aktı sistemə salınmışdır.

9 may 2020-ci ildə 3.000 manatıq tədarük etdiyi metal qırıntısına görə MMC-də cavabdeh şəxslərin yadından çıxaraq ümumiyyətlə elektron alış aktları tərtib edilməmiş, alış aktı kağız formada hazırlanmışdır.

MMC 10 may 2020-ci ildə tədarük etdiyi 4.000 manatlıq alış aktlarının elektron alış aktlarını 5 gün müddətində yox, gecikdirək 20 may 2020-ci ildə tərtib etmişdir.

Sual:

"AA" MMC-də xərclər necə formalaşacaqdır və vergi orqanları tərəfindən hansı maliyyə sanksiyaları gözlənilir.

Birinci halda alınmış 2.000 manatlıq əməliyyat tam qaydalara uyğun aparılmışdır. Yəni kağız formada olan alış aktı 5 gün müddətinə elektron formaya keçirilmişdir. Həmin halda bu, əməliyyat üzrə xərc maddəsi kimi tanınır.

İkinci əməliyyat üzrə elektron alış aktı tərtib edilmədiyinə görə 3.000 manat xərc kimi tanınmayacaqdır. Məcəllənin tələblərinə görə ilkin sənəd olaraq təkcə alış aktları kifayət etmir. Əməliyyatın, sənədləşmənin tamlığı üçün əlavə olaraq elektron alış aktları da olmalıdır.

Üçüncü əməliyyat zamanı 4.000 manat xərc maddəsi kimi tanınacaqdır. Çünki Vergi Məcəlləsində 5 gün müddət qoyulmuşdur, amma bu müddətin pozulmasına görə heç bir maliyyə sanksiyası nəzərdə tutulmamışdır.

Sual olunur: Səyyar yoxlama və ya operativ nəzarət zamanı "AA" MMC-ni nə gözləyir?

Məcəllənin 58-ci maddəsinə nəzər yetirək:

"58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları..."

Bu maddənin davamında göstərilir ki, 58.8-ci maddədə qeyd olunan ilkin sənədlər olmadıqda 10, 20 və 40 faizə kimi maliyyə sanksiyarı tərtib edilir.

Yuxarıdakı misalımızın davamı kimi birici halda səyyar və ya operativ nəzarət aparıldıqda 2.000 manatlıq mallara görə heç bir maliyyə sanksiyası tətbiq edilmir. Ona görə ki, alış aktı və elektron alış aktı vardır və vaxtında qaydalara uyğun hazırlanmışdır.

İkinci haldakı 3.000 manatlıq mallara görə isə vergi orqanları tərəfindən inventarizasiya aparıldıqda elektron alış aktları olmadığına görə ilkin olaraq 10 faiz maliyyə sanksiyaları tətbiq edilə bilər. 58.8.-ci maddəyə baxanda aydın olur ki, malların alışı alış aktları ilə təsdiq olunduqda maliyyə sanksiyaları tətbiq edilmir. Amma kağız formada olan alış aktlarının 5 günlük hüquqi qüvvəsi var. Yəni əməliyyatın tam olması, malların alışının sübut olunması üçün təkcə alış aktları kifayət etmir, elektron alış aktları da olmalıdır. Sadəcə, yoxlamalar kağız formada olan alış aktlarının tərtib edilməsindən sonra 5 gün müddətində olarsa, onda həmin alış aktları qəbul olunur. Bu zaman vergi ödəyicisinin alış aktlarını sistemə salmaq, elektron alış aktları hazırlamaq üçün hələ bir neçə günü vardır. Baxdığımız halda kağız formasında olan alış aktları malların alışını sübüt edən sənəd kimi tanınır.

Üçüncü halda isə 4.000 manatlıq alış aktlarının elektron alış aktı 5 gündən gec – 10 gün müddətində tərtib edilməsinə baxmayaraq bu məbləğ xərc kimi tanınır və yoxlamalar 20 may 2020-ci ildən sonra aparılarsa, heç bir maliyyə sanksiyası tətbiq edilmir. Çünki qanunvericilikdə elektron alış aktlarının gec əldə edilməsinə görə cərimə və ya maliyyə sanksiyası nəzərdə tutulmayıb. Əsas odur ki, malların elektron alış aktı olsun və vergi orqanları onu görsün.

Yoxlamalar 10 may 2020-ci ildən 20 may 2020-ci ilə kimi olan dövrdə aparıldıqda isə buradakı mal qalığını ikinci misalda olan əməliyyatın aqibəti gözləyə bilər.

Nəzərdən keçirdiyimiz problemlərlə qarşılaşmamağın isə bircə var: vergi ödəyiciləri elektron alış aktları tərtib etməli və onları vaxtında sistemə daxil etməlidirlər.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/9066.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!