Müəssisə valyuta məzənnələrindəki fərqlərdən yaranan zərərlərin qarşısını nə cür ala bilər?

2015-03-01 | Maliyyə menecmenti | 4110

Birçox müəssisələr xarici valyuta ilə əməliyyatlar keçirir və valyutalar arasındakı dəyişən məzənnə fərqləri risklər yaradır. Üç növ məzənnə fərqi riski mövcuddur: iqtisadi risk, transformasiya riski və əməliyyat riskləri.

İqtisadi risk. İqtisadi riskin səbəbi idxal və ixracın səviyyəsinin dəyişməsidir. Misal üçün, müəssisə Azərbaycandan avrozona ölkəsinə mal ixrac edir, və avro zəifləyir, deyək ki, Avro/AZN 1.1 - dən Avro/AZN 1.3 qədər (əgər birinci halda 100 AZN üçün 110 avro verirdilərsə, indi 100 AZN üçün 130 avro), o zaman, Azərbaycandan avrozona ölkəsinə hər hansı ixrac avro dəyərində daha bahalı olacaq. Beləliklə, Azərbaycanda 100 AZN dəyərində olan məhsul avrozona ölkəsində 110 Avro idisə, indi olacaq 130 Avro, və Avropa bazarında bahalı olduğuna görə onun rəqabət gücü zəifləyəcək.

Eyni qayda ilə, Avropadan Azərbaycana idxal edilən mallar AZN dəyərində daha ucuz olacaq və Azrəbaycan bazarında yerli mallara nisbətən daha rəqabətli olacaqlar (avropadan 110 Avroya gələn mal 100 AZN idi isə, indi olacaq 84.62 AZN ). Gördüyünüz kimi, müəssisə hətta xarici ölkələrə mal alıb-satmadıqda belə, iqtisadi risklərin təsirinə məruz qala bilər. Valyuta məzənnələrində baş verən dəyişikliklər xaricdən idxal olunan malları daha ucuz və, beləliklə, daha rəqabətli edə bilər.

İqtisadi riski azaltmaq üçün qabaqlayıcı tədbirlər görmək çətindir, xüsusilə də, xarici əlaqələri məhdud olan kiçik müəssisələr üçün. Lakin, ümumi olaraq, aşağıda qeyd edilən tətbirlər bir qədər kömək edə bilər:

  1. Çalışın bir neçə valyuta zonasından idxal və ya ixrac əməliyyatları edəsiniz. Misal üçün, 6 ay ərzində 14.01.2010-cu ildən 14.06.2010-cu ilə qədər Avro/$ məzənnəsi Avro/$ 0.6882-dən Avro/$ 0.8255 kimi yüksəlmişdir. Bu, o deməkdir ki, avro dollara nisbətən 19% zəifləmişdir (və ya dollar avroya nisbətən möhkəmlənmişdir). Bu Amerika istehsalçıları üçün avrozona ölkəsinə ixrac olunan malların rəqabət gücünü zəiflətmişdir. Əgər həmin dövr ərzində AZN/$ məzənnəsi AZN/$ 0.8028-dən AZN/$ 0.8137 dəyişmişdirsə, o zaman, $ -rın AZN nisbətən möhkəmlənməsi 1.4% təşkil edir. Ona görə, Amerikadan Azərbaycana olan ixrac əməliyyatları Amerika istehsalçıları üçün əlverişli olacaq.
  2. Malları onları satdığınız ölkədə istehsal edin. Xam materiallar idxal olunsa və məzənnə riskinə məruz qalsa belə, sair xərclər (əmək haqqı) Azərbaycan valyutası ilə ödənilir və məzənnələr arasındakı dəyişmələr onlara təsir etmir.

Ardı var...

Mənbə: www.muhasib.az

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!