Mühasibat uçotunun təşkili: "öz gücünə", yoxsa "autsors"?

2014-12-26 | Mühasibat uçotu | 4633

Fəaliyyətə yenicə başlamış sahibkarlar üçün mühasibat uçotunun təşkili və hesabatlılığın düzgün aparılması "başağrısı" yaradır.

Heç kimə sirr deyil ki, bazara yenicə qədəm qoymuş sahibkarlar üçün, yaradıcı ideayların irəli sürülməsi ilə bərabər, mühasibat uçotunun təşkili, eləcə də hesabatlılığın düzgün aparılması və müvafiq dövlət orqanlarına vaxtında təqdim olunması "başağrısı" yaradır.

Çoxsaylı tərkib hissələri

Mühasibat uçotu sisteminin quruluşu, şirkətin uçot siyasətinin düzgün şəkildə işlənib hazırlanmasına və optimal şəkildə aparılmasına şərait yaradan kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu, müəssisənin düzgün və effektiv işinin əvvəlcədən qurulmasına və bu zaman daxil olan məlumatların vaxtında emal edilməsinə və bütün zəruri operativlik prinsiplərinə riayət olunmasına imkan yaradır.

Rəhbər, bu prosesin həyata keçirilməsinin üç üsulundan birini seçə: onu şəxsən apara, ştata mühasib (mühasiblər qrupu) qəbul edə, yaxud mühasibat uçotunun kənardan aparılması (autsorsinq) xidmətindən istifadə edə bilər. Biznesin müşayiət edilməsinin bir çox tərkib hissələrindən ibarət olduğunu nəzərə aldıqda (buraya ilkin sənədlərin təhlilini, uçot siyasətinin işlənib hazırlanmasını və aparılmasını, ilkin mühasibat uçotunun qurulmasını, qanunvericilikdə nəzərdə tutulmuş mühasibat və vergi hesablaşmalarının tərtib olunmasını və təhlil verilməsini, əməkhaqqının uçotunu, hesabatların tərtib olunmasını və vergi orqanlarına vaxtında təqdim edilməsini və s. aid etmək olar), səriştəsiz sahibkar bu cür işin icrasını təmin edə bilməz. Buna görə də birinci üsul dərhal istisna edilir.

Vərdişlərdən tez-tez istifadə olunması

Expert-SM hüquq şirkətinin korporativ müştərilər üzrə mütəxəssisi Sevil Yəhyayeva deyir: "Uçotun tənzimlənməsi üzrə hal-hazırda ən geniş yayılmış üsuldan, yəni ştata qəbul olunmuş mütəxəssislərin xidmətindən istifadə edən sahibkar onların iş yeri ilə təmin olunmasının, eləcə də əməkhaqqının və müvafiq vergilərin ödənilməsinin qayğısına qalmalı və digər cari xərcləri nəzərə almalıdır. Hazırki sahibkarlıqda bu cür yanaşma bir çox fəaliyyət növlərində düzgün hesab olunur - misal üçün, turizm fəaliyyətində daim biletlərin qaimələrini yoxlamaq, müqavilələrin tərtib olunmasında iştirak etmək və s. tələb olunur. Başqa sözlə, bu cür biznes növlərində mühasibat vərdişlərindən bütünlüklə iş prosesində istifadə etmək lazım gəlir. Amma məsələn, pərakəndə satış sahəsində daimi mühasibin mövcudluğu vacib deyil, buna görə də burada kifayət qədər sərfəli olan autsorsinq xidmətlərindən istifadə etmək daha məqsədəuyğundur. Misal üçün, müvafiq xidmətlərə (yenicə açılmış və hələ aktiv fəaliyyət göstərməyən şirkətdə işlərin aparılmasına) çəkilən xərclər 50 manatdan başlanır".

Mühasibat xidmətlərinin autsorsinqi

Şirkətlər tərəfindən bu istiqamətdə autsorsinq xidmətlərinin göstərilməsi zamanı əsas vəzifə, təşkilatın "vergi təhlükəsizliyini" təmin edən edən tərkib hissələrindən biri kimi, müəssisənin maliyyə-mühasibat işinin effektivliyinin yüksəldilməsidir. Adi halda, autsorsinq şirkətinin ekspertləri auditorlarla və hüquqüşunaslarla məsləhətləşmək üçün daimi imkanlara malik olurlar ki, bu da mühasib-ekspert tərəfindən qəbul edilən qərarın düzgünlüyünə əminlik yaradır.

Bu növ autsorsinqin "coğrafiyasına" gəldikdə isə, kənardan göstərilən mühasibat idmətlərinə və məsləhətləşmələrə, daha çox, inşaat sektorunda, ticarət və restoran şəbəkələrində, eləcə də reklam, tərtibat, təlimatlandırma və digər xidmətlərin göstərilməsi ilə məşğul olan şirkətlərdə; bəzən isə banklarda, sığorta şirkətlərində və digər iri müəssisələrdə ehtiyac duyulur.

Belə bir sual böyük maraq kəsb edir: Bəzi hallarda sahibkarlar mühasibat autsorsinqi xidmətlərindən istifadə olunmasını, bütünlüklə təsərrüfat fəaliyyəti "mərkəzinə müdaxilə" və daxili məlumatların kənar şəxslər tərəfindən əldə olunması kimi qəbul edirlər. Bəs bu cür hallarda müştəriləri mühasibat autsorsinqi xidmətlərindən istifadə etməyə sövq edən nədir?

Problemlərin məsafədən həll olunması

Right Solutions maliyyə-məsləhətləşmə şirkətinin baş direktoru Muxtar Səttarovun sözlərinə görə, sahibkar bəzi problemləri öz gücünə həll edə bilmir. Bu problemlərə, mühasibatdakı müxtəlif çatışmazlıqlar, vergi və digər çətinliklərin aradan qaldırılması ilə əlaqədar məsələlər aiddir.

Mütəxəssis deyir: "Yenidənqurmadan sonrakı dövrün ilk illərində biznesmenlər köhnə qayda ilə hərəkət edirdilər: bütünlüklə maliyyə uçotunu eyni bir şəxsə - mühasibə həvalə edirdilər. Mühasib özünün birbaşa vəzifələrindən əlavə, bütün digər istiqamətlərlə - maliyyə menecmenti, məsləhətləşmə, audit, hüquqi tərkib hissələri və s. bu kimi məsələlərlə məşğul olmalı olurdu. Amma indi, ölkənin iqtisadi sisteminin son dərəcə genişləndiyi bir zamanda, hətta yüksək təcrübəyə və səriştəyə malik mütəxəssis olsa belə, bir nəfərin bu qədər işin öhdəsindən gəlməsi çox çətindir. Əksər hallarda, işlərin həcmi çox olduğundan, bir çox zəruri məqamlar, bəzi hallarda hətta strateji əhəmiyyət daşıyan məsələlər diqqətdən yayınır."

Beləliklə, nəzərdən keçirilmiş variantlardan hər biri müasir bazarda tələb olunan, etibarlı üsullardır. Kiçik və orta biznes nümayəndələri üçün mühasibat uçotunun ştatdakı əməkdaşların gücünə təşkil edilməsi ilə bu səlahiyyətlərin kənar şirkətə həvalə olunması arasında seçim edilməsi, həm obyektiv parametrlərdən, yəni qeydiyyata alınan biznesin növündən, planlaşdırılan dövriyyədən və s., həm də subyektiv parametrlərdən, məsələn, rəhbərin şəxsi fikirlərindən asılıdır.

Mənbə: http://www.biznesinfo.az/businesspractice/management/params/ln/az/article/48709

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!