Payını satan təsisçinin vergi məsuliyyəti

2019-08-15 | Vergilər | 607

Əvvəllər birlikdə şirkət təsis edən dostlar müəyyən səbəblərdən ayrılmaq qərarına gəlirlər. Buna baxmayaraq, şəriklərdən birinin işdən ayrılması rəsmiləşdirilmir. Bütün sənədlərdə hər ikisinin adı təsisçi kimi qeyd edilir. Bir müddət sonra şirkətdə müəyyən borclar, cərimələr yaranır. İşdən ayrılan Elşən Zülfüqarlı şirkətdəki payından imtina etmək məcburiyyətində qalır. Payını şəriki olan dostuna notarial qaydada sataraq şirkəti bütünlüklə ona təhvil verir. Ancaq bu prosesdə ortaya bəzi suallar çıxır. Hazırda özü şirkətdə təsisçi olmasa da, ötən dövrdə borclar və cərimələrlə bağlı yaranan problemlərə görə E.Zülfüqarlı hansısa məsuliyyət daşıyırmı?

Vergilər Nazirliyinin bu sualla bağlı şərhində bildirilir ki, rezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçisi tərəfindən iştirak paylarının təqdim edilməsi (satılması) anlamını verir.

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim olunduqda, faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir).

Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Bunlarla yanaşı, müəssisəni alan və ya qəbul edən şəxs təqdim edənin təqdim olunan müəssisəyə aid hüquq və öhdəliklərini öz üzərinə götürür. Lakin bu müddəa müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad etmir.

Vergi Məcəlləsinin 160-cı maddəsinə əsasən, müəssisənin bir əməliyyat çərçivəsində bir vergi ödəyicisi tərəfindən digər vergi ödəyicisinə təqdim edilməsi vergi tutulan əməliyyat sayılmır. Bu halda müəssisəni alan və ya qəbul edən şəxs təqdim edənin bu fəsildə göstərilən və təqdim edilən müəssisəyə aid hüquq və öhdəliklərini öz üzərinə götürür. Bu müddəa müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad etmir.

160-cı maddə yalnız o halda tətbiq edilir ki, müəssisəni təqdim edən və alan (qəbul edən) tərəflər təqdim edilmədən sonra 10 gündən gec olmayaraq bu maddənin müddəalarının tətbiq edilməsi üçün vergi orqanına yazılı məlumat vermiş olsun.

Mənbə: https://vergiler.az/news/taxes/3605.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!