Sosial sığorta haqlarının hesablanması

2019-05-21 | Kadr işi | 4362

2019-cu il yanvarın 1-dən sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının hesablanması və ödənilməsi sahəsində yığım funksiyası və nəzarət dövlət vergi orqanlarının səlahiyyətlərinə aid edilib.

Vergi orqanları tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının hesablanması üçün bir sıra şərtlər rəhbər tutulmalıdır.

Əmək qabiliyyətini müvəqqəti itirmiş işçiyə ödənilən müavinət

"Sosial sığorta haqqında" Qanunun 15-ci maddəsinə əsasən, sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilib. Buna görə də işçiyə əmək qabiliyyətini itirdiyi dövr üçün ödənilən müavinətə sosial sığorta haqqı hesablanmır. Bunlarla yanaşı, vergitutma məqsədləri üçün həmin müavinət fiziki şəxsin vergi tutulan gəlirinə aid edilir və ümumi qaydada gəlir vergisinə cəlb olunur.

Vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblərə sosial sığorta haqqı hesablanarkən gəlirdən çıxılan xərclərin nəzərə alınması

"Sosial sığorta haqqında" Qanunun 14.5.5-ci maddəsinə əsasən, Vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər - gəlirlərinin 20 faizi miqdarında sosial sığorta haqqına cəlb olunurlar. Bu zaman hesabat dövrü ərzində xidmətlərin göstərilməsindən əldə olunan gəlirlərlə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş gəlirdən çıxılan xərc məbləği arasında yaranan fərqdən ibarət olan gəlir Vəkillər kollegiyasının üzvlərinin, sərbəst auditorların, sərbəst mühasiblərin məcburi dövlət sosial sığortasına cəlb edilən gəliri hesab olunur və 20 faiz dərəcə həmin fərqə tətbiq edilir.

Normadan artıq olan ezamiyyə xərcləri

"Sosial sığorta haqqında" Qanunun 15-ci maddəsinin müddəalarına əsasən, qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərclərinin (gündəlik yemək xərcləri, kommunal xərclər və nəqliyyat xərcləri) məbləğləri sosial sığorta haqqına cəlb olunmur. Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda, faktiki ezamiyyə xərclərinin əvəzi xərclərin çəkilməsini təsdiq edən sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci fiziki şəxsin məcburi dövlət sosial və işsizlikdən sığorta haqları hesablanan gəliri hesab edilmir və məcburi dövlət sosial və işsizlikdən sığorta haqları hesablanmır.

Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə əmək müqaviləsi əsasında əmək fəaliyyəti və ya fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olması

Xarici ölkələrdə əmək fəaliyyətindən gəlir əldə edən Azərbaycan Respublikası vətəndaşlarının gəlirlərinin Azərbaycan Respublikasında sosial sığorta haqlarına cəlb edilməsi qanunvericilikdə nəzərdə tutulmur. Xarici ölkələrdə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən Azərbaycan Respublikasının vətəndaşları isə Azərbaycan Respublikasında ümumi qaydada "Sosial sığorta haqqında" Qanunun 14.5.1-ci maddəsinə uyğun olaraq, məcburi dövlət sosial sığorta haqqı ödəyirlər (yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazi üzrə müəyyən edilmiş dərəcə ilə hesablanır).

İşçinin xərclərinin əvəzi kimi digər şəxslərə ödənilən məbləğlər

İşəgötürən tərəfindən işçilərin sosial xarakterli xərclərinin (təhsil, səhiyyə, yemək, telefon danışıqları, kirayə, nəqliyyat, işçinin əmlakı, həyatı, sağlamlığı üzrə sığorta xərclərinin) üçüncü şəxsin hesabına köçürülməsinin nəticəsi kimi əldə olunan gəlirdən məcburi dövlət sosial sığorta haqqı hesablanmır. İşçinin belə xərclərinin əvəzi birbaşa işçiyə ödənildiyi halda, həmin məbləğlər işçinin sosial sığorta haqlarına cəlb olunan gəlirlərinə aid edilir.

Fiziki şəxslərin bir neçə fəaliyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması

Bir neçə fəaliyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə (məsələn, şəxs ticarət fəaliyyəti ilə yanaşı, xidmət sahəsində də fəaliyyət göstərir) məşğul olan fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqları həmin sahələr üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğcə ən böyüyü əsas götürülməklə müəyyən edilir.

Əcnəbilər...

"Sosial sığorta haqqında" Qanunun 12-ci maddəsinin müddəalarına əsasən, qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər istisna olmaqla, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunurlar.

"Hasilatın pay bölgüsü haqqında" saziş çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər (əmək müqaviləsi və ya mülki hüquqi müqavilə əsasında fəaliyyət göstərməsindən asılı olmayaraq) məcburi dövlət sosial sığorta haqqından azad ediliblər. Əmək müqaviləsi ilə işləyən əcnəbi işçilərin (sığortaolunanın) işsizlikdən sığorta haqqından azad edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Buna əsasən, əmək müqaviləsi ilə işləyən əcnəbi işçilərin, o cümlədən "Hasilatın pay bölgüsü haqqında" saziş çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər üzrə işsizlikdən sığorta haqqı hesablanır.

"Sosial sığorta haqqında" Qanunun 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər hesab edilir. Xarici olkə vətəndaşlarının Azərbaycan Respublikasının hüdudlarından kənarda rezident vergi ödəyiciləri ilə bağlanmış müqavilələrə əsasən rezidentə xidmət göstərməsi həmin əcnəbi fiziki şəxslərin Azərbaycan mənbəyindən gəlir əldə etməsi sayılmır və rezident vergi ödəyicisi tərəfindən onlara aparılan ödənişlər məcburi dövlət sosial sığorta haqqına cəlb olunmur.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/2188.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!