Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları

2019-05-16 | Vergilər | 343

1 yanvar 2019-cu il tarixdən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi güzəştli dərəcələrlə hesablanır. AК Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” təsdiq edilmişdir.

Vergi ödəyicilərindən, o cümlədən müəssisə və təşkilatlardan onların fəaliyyətinin hansı hallarda neft-qaz sahəsində, dövlət sektorunda və ya qeyri-dövlət sektorunda fəaliyyət hesab olunması barədə çoxsaylı müraciətlər daxil olmaqdadır.

Vergi nəzarəti tədbirləri zamanı muzdlu işlə əlaqədar gəlir vergisinin və sosial sığorta haqlarının hesablanması məqsədləri üçün ayrı-ayrı hallarda neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarının müəyyən edilməsi zamanı aşağıdakılar rəhbər tutulmalıdır.

Neft-qaz sahəsində fəaliyyət:

Bu şəxslərin fəaliyyəti neft-qaz sektorunda fəaliyyət hesab edilir:

  1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ);
  2. ARDNŞ-nin strukturuna daxil olan müəssisələr;
  3. Hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçılar və əməliyyat şirkətləri fəaliyyət növündən asılı olmayaraq tam tərkibdə.

    Qeyd: Yuxarıda sadalanan şəxslər bundan sonra Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslər kimi qeyd edilir.

  4. Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə birbaşa mal (iş, xidmət) təqdim edən xarici və yerli subpodratçılar aşağıdakı şərtlər daxilində neft-qaz sektoru hesab edilir:
    • mövcud subpodratçılar üzrə – Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə;
    • il ərzində yeni yaradılan subpodratçılar üzrə – təqvim ili ərzində Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə müqavilə bağlayan subpodratçıların ilin əvvəlindən artan yekunla cəmi gəlirlərində (xərclər nəzərə alınmadan) həmin müqavilələr üzrə gəlirlərin (xərclər nəzərə alınmadan) xüsusi çəkisi 50 faizdən çox olduğu təqdirdə.

Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə mal (iş, xidmət) təqdim edən şəxslərə mal (iş, xidmət) təqdim edən digər şəxslər (subpodratçının subpodratçısı) üzrə: Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə birbaşa bağlanmış müqavilələr əsasında malların (işlərin, xidmətlərin) təqdim edilməsini həyata keçirən şəxslərə mal (iş və xidmət) təqdim edən digər şəxslərin (subpodratçının subpodratçısı) fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilmir.

Misal:

"A" MMC müqavilə əsasında ARDNŞ-yə mal təqdim edir və bundan əldə olunan gəliri illik gəlirin 70 faizini təşkil edir. Bu halda "A" MMC-nin fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilir. "B" MMC isə müqavilə əsasında "A" MMC-yə malları təqdim edir. Bu halda "B" MMC-nin "A" MMC-yə mal təqdim etməsindən əldə olunan gəlirin həcmindən asılı olmayaraq "B" MMC-nin fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilmir.

Vergi nəzarəti tədbirləri zamanı muzdlu işlə əlaqədar gəlir vergisinin və sosial sığorta haqlarının hesablanması məqsədləri üçün ayrı- ayrı hallarda neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarının müəyyən edilməsi zamanı əvvəlki təqvim ilində neft-qaz sahəsinə aid olan vergi ödəyicisi növbəti ildən Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə xidmət göstərmədiyi halda:

Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə, həmin subpodratçıların neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri hesab olunması şərti mövcud subpodratçılara (Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərlə bağlanmış və qüvvədə olan subpodrat müqaviləsinə əsasən subpodratçı kimi çıxış edən şəxslərə) münasibətdə tətbiq edilir. Növbəti ildə müqavilə üzrə fəaliyyət göstərilmədiyi, yəni Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə mallar (işlər, xidmətlər) təqdim edilmədiyi halda, həmin şəxslər neft-qaz sektoruna aid edilmirlər.

Misal:

"A" MMC-nin 2018-ci il üzrə gəlirlərinin 50 faizindən çoxu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə xidmət göstərməsindən formalaşmışdır. "A" MMC-nin 2019-cu ildən Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərlə bağlanmış müqaviləsinin müddəti bitmişdir və digər şəxslərə xidmət göstərir. Bu halda "A" MMC-nin fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilmir və muzdlu işlə əlaqədar gəlirlərdən gəlir vergisini güzəştli dərəcələrlə hesablanır.

"A" MMC 2019-cu ildən yeni müqavilələr üzrə Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə xidmət göstərməyə başladığı halda, yeni yaradılan subpodratçılar üçün müəyyən olunmuş meyar üzrə neft-qaz sektoruna aid edilə bilər.

Yeni yaradılan subpodratçı ilin əvvəlindən bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə mal təqdim etməyə, iş görməyə və xidmət göstərməyə başladığı ayadək əməkhaqqından gəlir vergisini güzəştli dərəcələrlə tətbiq edir. Təqvim ili ərzində Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərlə müqavilə bağlayan subpodratçıların ilin əvvəlindən artan yekunla cəmi gəlirlərində (xərclər nəzərə alınmadan) həmin müqavilələr üzrə gəlirlərin (xərclər nəzərə alınmadan) xüsusi çəkisi 50 faizdən çox olduğu təqdirdə, növbəti ayın 1-dən etibarən təqvim ilinin sonunadək güzəşt hüququnu itirir (növbəti aylar üzrə artan yekunla gəlirlərin (xərclər nəzərə alınmadan) nisbətindən asılı olmayaraq). Vergi ödəyicilərindən, o cümlədən müəssisə və təşkilatlardan onların fəaliyyətinin hansı hallarda neft-qaz sahəsində, dövlət sektorunda və ya qeyri-dövlət sektorunda fəaliyyət hesab edilməsi barədə çoxsaylı müraciətlər daxil olmaqdadır.

Yeni yaradılan subpodratçı ilin əvvəlindən bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə mal təqdim etməyə, iş görməyə və xidmət göstərməyə başladığı ayadək əməkhaqqından gəlir vergisini güzəştli dərəcələrlə tətbiq edir. Təqvim ili ərzində Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərlə müqavilə bağlayan subpodratçıların ilin əvvəlindən artan yekunla cəmi gəlirlərində (xərclər nəzərə alınmadan) həmin müqavilələr üzrə gəlirlərin (xərclər nəzərə alınmadan) xüsusi çəkisi 50 faizdən çox olduğu təqdirdə, növbəti ayın 1-dən etibarən təqvim ilinin sonunadək güzəşt hüququnu itirir (növbəti aylar üzrə artan yekunla gəlirlərin (xərclər nəzərə alınmadan) nisbətindən asılı olmayaraq).

Vergi nəzarəti tədbirləri zamanı muzdlu işlə əlaqədar gəlir vergisinin və sosial sığorta haqlarının hesablanması məqsədləri üçün ayrı- ayrı hallarda neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarının müəyyən edilməsi zamanı ARDNŞ-nin strukturuna daxil olmayıb, lakin ARDNŞ-nin payçısı və ya səhmdarı olduğu müəssisələr üzrə:

ARDNŞ-nin strukturuna daxil olan müəssisələrin siyahısı Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" Fərmanının 2 saylı Əlavəsi ilə müəyyən edilmişdir. ARDNŞ-nin strukturuna daxil olan müəssisələrin siyahısına həmin siyahıda olmayan ARDNŞ-nin təsisçi (payçı) kimi iştirak etdiyi hüquqi şəxslər aid edilmir.

Buna əsasən, ARDNŞ-nin təsisçi (payçı) kimi iştirak etdiyi hüquqi şəxslərin fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilmir və həmin şəxslərə malları (işləri, xidmətləri) təqdim edən şəxslərin fəaliyyəti bu müqavilələr üzrə əldə olunan gəlirlərinin həcmindən asılı olmayaraq, neft-qaz sahəsində fəaliyyət hesab edilmir.

Misal:

ARDNŞ-nin strukturuna daxil olmayan, lakin 51 faiz paya malik olduğu "A" MMC-yə "B" MMC tərəfindən xidmət göstərilir. "B" MMC-nin "A" MMC-yə xidmətlərin göstərilməsindən əldə etdiyi gəliri onun məcmu gəlirlərinin 100 faizini təşkil edir. Bu halda, "B" MMC-nin xidmət göstərdiyi "A" MMC ARDNŞ-nin strukturuna daxil olmadığına görə, "B" MMC-nin fəaliyyəti neft-qaz sahəsində fəaliyyət hesab edilmir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, ARDNŞ-nin səhmləri 100 faiz dövlətə məxsus olduğu üçün onun strukturuna daxil olmayan, lakin ARDNŞ-nin 51 faiz paya malik olduğu müəssisələr dolayısı ilə dövlətə məxsus hüquqi şəxs hesab edilir və güzəşt həmin müəssisələrə tətbiq olunmur.

Dövlət və qeyri-dövlət sektoru üzrə

Dövlət sektoru:

  • dövlət adından yaradılan publik hüquqi şəxslər;
  • büdcə təşkilatları;
  • dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar;
  • səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər.

Qeyri-dövlət sektoru:

  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən vergi ödəyicisi olan fiziki şəxslər.
Misal:

Payları 100 faiz dövlətə məxsus hüquqi şəxs payları 100 faiz özünə məxsus olan “A” MMC-ni təsis etmişdir. “A” MMC isə digər bir hüquqi şəxslə paylarının 51 faiz özünə məxsus olan “B” MMC-ni təsis etmişdir. Bu halda, “B” MMC paylarının 51 faizi dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxs hesab edilir və ona güzəşt tətbiq olunmur.

Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklər (səfirliklər, konsulluqlar):

Nəzərə alınmalıdır ki, qeyri-dövlət sektorunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər əhatə edir. Azərbaycan Respublikasında akkreditasiya olunmuş səfirliklər və konsulluqlar Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmırlar və Azərbaycan Respublikasınının qanunvericiliyinə uyğun hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmırlar, yalnız akkreditə edən dövlətin qurumu olaraq onu Azərbaycan Respublikasında rəsmən təmsil edirlər.

Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasında akkreditasiya olunmuş səfirliklər və konsulluqlar qeyri-dövlət sektoruna aid edilmir, səfirliklərdə və konsulluqlarda çalışan Azərbaycan Respublikasının vətəndaşlarının əmək haqlarından gəlir vergisi Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun hesablanır.

Bələdiyyələr üzrə:

Bələdiyyələr qeyri-dövlət sektoruna aid edilir və bələdiyyələrdə işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi güzəştli dərəcələrlə hesablanır.

Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları

Mənbə:

https://vergiler.az/news/taxes/2113.html

https://vergiler.az/news/economy/2174.html

https://vergiler.az/news/taxes/2242.html

Mənbə: https://vergiler.az/news/economy/2174.html

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!