Xidməti müqavilələr üzrə vergi və sığorta haqları
2019-04-21 | Kadr işi | 3617Mülki Məcəllənin müddəalarına uyğun olaraq, mülki-hüquqi xidmət müqavilələri vergi orqanlarında uçotda olan və olmayan fiziki şəxslər üzrə bağlanılır.
Vergi orqanında uçotda olmayan fiziki şəxslərlə bağlanılan xidmət müqaviləsinin vergi öhdəlikləri
Vergi ödəyicisi olan işəgötürən tərəfindən vergi orqanında uçotu olmayan fiziki şəxslə Mülki Məcəllənin müddəalarına uyğun olaraq mülki-hüquqi müqavilə bağlanılarkən həmin xidmətlərə görə aparılan ödənişlərin Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində qeyd olunmuş güzəşt (2019-cu il üzrə 200 manat) nəzərə alınmadan ödəmə mənbəyində Məcəllənin 101.1-ci maddəsinə əsasən vergi dərəcələrinə uyğun gəlir vergisi hesablanır. Vergi "Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi" ilə hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyan edilməli və həmin müddətədək büdcəyə ödənilməlidir.
Xidməti müqavilələr vergi ödəyicisi tərəfindən vergi orqanlarında uçotda olan fiziki şəxslə bağlanarsa...
Vergi ödəyicisi tərəfindən vergi orqanlarında uçotda olan fiziki şəxslə Mülki Məcəllənin müddəalarına uyğun olaraq mülki-hüquqi müqavilə bağlanılarkən həmin xidmətlərə görə ona edilən ödənişlər ödəmə mənbəyində vergiyə cəlb olunmur. Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin məlumatında bildirilir ki, xidməti müqavilə əmək müqaviləsinə çevriləndə - qeyri-neft sektorunun özəl bölməsidirsə 200 manatadək 3 faiz işçi tərəfindən, 22 faiz işəgötürən tərəfindən, 200 manatdan yuxarı olduqda isə işçi tərəfindən 10 faiz, işəgötürən tərəfindən isə 15 faiz sosial sığorta haqqı ödəniləcək. Bu halda 8.000 manata qədər gəlir vergisinin dərəcəsi 0 faizdir. İşsizlikdən sığorta hər bir halda əməkhaqqının məbləğindən asılı olmayaraq həm işçi, həm də işəgötürən üzrə 0, 5 faizlə müəyyən edilib. VÖEN-i olan və xidmət müqaviləsi ilə hüquqi şəxsə xidmət göstərən şəxsin 2019-cu ilin yanvarın 1-dən belə xidməti müqavilələrdə sadələşdirilmiş verginin ödəyiciləri kimi xidmət göstərmək hüququ yoxdur.
Xidməti müqavilə ilə işləyənlərin sosial sığorta haqlarının ödənilməsi
"Sosial sığorta haqqında" Qanunun 14.5-ci maddəsində muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
- sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında (2020-ci il yanvarın 1-dən qüvvəyə minir);
- mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla - gəlirlərinin 25 faizi miqdarında;
- xüsusi notariuslar üzrə - minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında; müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla - hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;
- Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər - gəlirlərinin 20 faizi miqdarında;
- mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında.
Xidməti müqavilələrlə bağlı ciddi yeniliklər gözlənilir
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, özəl sektorda çalışanların əksəriyyəti gəlir vergisi və sosial sığorta ödənişlərindən yayınmaq üçün xidməti və ya mülki-hüquqi müqavilədən istifadə edirdilər: "Biz xidməti müqavilələrin fəaliyyət dairəsini azaltmalıyıq ki, onlar əmək müqavilələri əsasında işləməkdə maraqlı olsunlar. Təklif edirik ki, xidməti müqavilə ilə işləyənlər də vergi və sosial ödənişləri əmək müqaviləsində olduğu kimi ödəsinlər".
Fəxriyyə İKRAMQIZI