Mülki prosesə giriş
2018-07-18 | Hüquq | 3001İlk növbədə hansı məhkəməyə müraciət olunması müəyyən edilməlidir.
Mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, AR Mülki prosessual məcəlləsinin 3-cü Fəslinə əsasən müəyyən edilir.
Bu Fəslə əsasən, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır.
İdarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir.
İnzibati-iqtisadi məhkəmədə baxılan iqtisadi mübahisələrə aşağıdakı mübahisələr aiddir:
- qanunla nəzərdə tutulan müqavilələr üzrə ixtilaflara dair və yaxud tərəflərin razılığı ilə ixtilafın inzibati-iqtisadi məhkəmənin həllinə verilməsi barədə mübahisələr;
- müqavilələrin dəyişdirilməsi və ya ləğv olunması barədə mübahisələr;
- müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələr;
- hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr;
- vergi ödəmələri barədə mübahisələr.
Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, məhkəmələr baxırlar.
Beləliklə, iqtisadi məhkəmələrdə müəssisə və sahibkarlar arasında olan bütün iqtisadi mübahisələrə baxılır. Eyni zamanda, burada müəssisə və dövlət orqanları ilə bağlı mübahisələrə də baxılır. Məsələn, lisenziyanın verilməsindən imtina edilməsi, vergilərin, ödənişlərin, penya və cərimələrin qanunsuz tutulması ilə bağlı müraciətlərə baxıla bilər.
Məhkəməyə necə müraciət edilməlidir.
Öz tələblərini iddiaçı iddia ərizəsində açıqlamalıdır. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.
Ərizədə aşağıdakılar göstərilməlidir:
- ərizənin verildiyi məhkəmənin adı;
- işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları;
- iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb;
- müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat;
- ərizəyə əlavə edilən sənədlərin siyahısı.
Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin, iddiaçının vəsatətləri də göstərilir.
İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir:
- cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri;
- dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
- nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya digər sənəd;
- iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd;
- iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri;
- onun mübahisələndirildiyi halda, normativ aktın mətni;
- müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd.
İddia ərizəsində nə göstərilməlidir.
İddia ərizəsi sərbəst formada tərtib edilir. İlk öncə, işin bütün halları xronoloji qaydada təsvir edilməlidir. Çalışın iddia ərizəsini ikinci dərəcəli məlumatlar ilə doldurmayasınız. Diqqəti elə məsələlərə yönəltmək lazımdır ki, orada, sizin fikrinizcə, qanunvericiliyin pozulması və ya siznin hüquq və maraqlarınızın pozulması baş verir. Öz tələblərinizi qanunvericilik aktlarında olan maddələr ilə əsaslandırmağı unutmayın.
Sizin hansı hüquq və maraqlarınızın toxunduğunu açıqlayın. Məsələn, dövlət orqanları ilə mübahisədə göstərmək olar ki, onların hərəkətlərinə görə siz hər-hansı əlverişli müqaviləni bağlaya bilmədiniz, kontraqenlər qarşısında öhdəliyinizi yerinə yetirə bilmədiniz, artıq vergi ödədiniz və s. Sizə bu və ya digər hüquqları verən qanunvericilik aktlarına müraciət edin (məsələn, vergi ödəyicilərin hüquqları AR Vergi Məcəlləsinin 15-ci maddəsində qeyd olunub). Vergi mübahisələrində Vergi Məcəllsəinin 3.11 maddəsinə tez-tez müraciət olunur. Orada vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməsi qeyd edilib. Belə hallarda, AR Ali Məhkəməsinin 5 saylı 27.11.2003 tarixli qərarına da müraciət etmək olar ("Mühasibat uçotu" N6(91) jurnalında çap edilib). Onun 4-cü bəndinə əsasən, məhəkəmələr iş üzrə aydın olmayan bütün məqamları, vergi orqanları aydınliq gətirə bilməyən bütün halları vergi ödəyicisinin xeyrinə həll etməlidir.
Kontragent ilə mübahisədə onun müqavilənin hansı şərtlərini pozduğunu, və bu səbəbdən sizin hansı zərərlər çəkdiyinizi qeyd edin. Eyni zamanda, siz öz borcunuzu tələb etməyə hüquq verən qanunvericilik aktlarına müraciət etməlisiniz. İqtisadi mübahisələrdə Mülki Məcəllənin 449-cu maddəsi tez-tez istifadə edilir. Bu maddədə özgəsinin pul vəsaitinin qanunsuz istifadəsinə görə faiz tutulması nəzərdə tutulur.
Yoxlama nəticələri mübahisə predmetidirsə və yoxlama zamanı qanun pozuntusu baş veribsə, pozulmuş qanun normalarını qeyd etmək lazımdır. Belə hallarda, AR Kanstitusiyasının 63 maddəsinin IV bəndinə müraciət etmək olar : ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.
Məsələn, qanunsuz yoxlama zamanı müəəyən edilən faktlar, məhkəmədə sübut kimi istifadə edilə bilməz.
Eyni zamanda, bilməlisiniz ki, mülki-prosesual prosesinin ümumi qaydasına əsasən, əgər siz nə isə iddia edirsinizsə, siz öz iddianızı sübut etməlisiniz. Amma, əgər dövlət orqanları qanunu pozublarsa, siz onların qanunu pozmasını sübut etməməlisiniz. Əksinə, dövlət təmsilçisi qanunu pozmamasını sübut etməlidir.
Ən əsası - tələblərinizi düzgün təsvir edin. Nəyi tələb etdiyinizi aydın göstərin. Məsələn, "Qərarı ləğv etməyi xahiş edirəm", "Artıq ödənilmiş vergi məbləğinin qaytarılmasını xahiş edirəm", "Əmrin qüvvədən düşdüyünü tanımağı xahiş edirəm" və s. Əgər siz müəssisə və ya sahibkar ilə məhkəmə mübahisəsi aparırsınızsa nə tələb etdiyinizi aydın göstərin: "Müqaviləni qanunsuz olduğunu tanımağınızı xahiş edirəm", "Borcun qaytarılmasını xahiş edirəm", "Penyaların tutulmasını xahiş edirəm" və s.
Kim məhkəməyə getməlidir.
İqtisadi məhkəməyə göndərilən iddia ərizəsini müəssisənin rəhbəri və ya onun nümayəndəsi imzalamalıdır.
Müəssisə rəhbər məhkəmə prosesində şəxsən iştirak edə bilər. Müəssisə rəhbərinin səlahiyyətləri onun vəzifəsini təsdiq edən sənədin məhkəməyə təqdim etdilməsi ilə müəyyən edilir. Lazım gəldikdə müəssisənin təsis sənədləri ilə də təsdiq edilə bilər.
Müəssisə rəhbəri iqtisadi mübahisə ilə məşğul olmağı başqa şəxsə (nümayəndəyə) tapşıra bilər. Nümayəndə müəssisənin işçisi olmaya bilər. Nümayəndə məhkəməyə şəxsiyyətini təsdiq edən sənədi və rəhbərin imzası və müəssisənin möhürü ilə təsdiqlənmiş etibarnaməni təqdim etməlidir.
Sənədləri kimə təqdim etmək.
İddia ərizəsini düzgün tərtib etməkdən əlavə, ona bütün lazımi sənədləri əlavə etmək vacibdir. Əks halda məhkəmə iddia ərisəzini qeri qaytara bilər və ya ona baxmaya bilər. Məhkəməyə təqdim etdiyiniz sənədləri ərizədə qeyd edin.
İlk öncə məhkəməyə yazılı sübütları hazırlamaq lazımdır. Bu, işlə bağlı olan hər-hansı sənədlər ola bilər (müqavilələr, aktlar, məktublar, əmrin və ya qərarın mətni və s.).
Bütün səndlər müəyyən edilmiş qaydalara cavab verməlidir. Məsələn, məhkəməyə müqavilə təqdim edilirsə, orada hər iki tərəfin imzası və rekvizitləri olmalıdır. Sənədlərin sürətlərini müəssisə rəhbərinin imzası və müəssisənin möhürü ilə təsdiqləyin.
Yazılı sübutlar hazır olandan və iddia ərizəsi yazılandan sonra, onların sürətini qarşı tərəfə göndərin. Və bunu çatdırılma barədə xəbər verən məktub ilə edin.
İddia ərizəsini, yazılı sübutları və cavabdeh şəxsə bu sənədlərin sürətinin çatdırılmasını bildirən bildirişi iqtisadi məhkəməyə məktubla göndərə bilərsiniz.
Amma öncə dövlət rüsumu ödənilməlidir. Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd olmasa, məhkəmə sizin işinizə baxmayacaq.
Dövlət rüsumunun məbləği, rüsumu ödəməmək hüququ verən hallar, və onun büdcədən qaytarılması "Dövlət rüsumu haqqında" AR qanununda qeyd edilib. Rüsumun məbləği məhkəmənin baxacağı işin kateqoriyasından asılıdır.
Əgər siz məhkəmədə qalib gəlsəniz, məhkəmə ödədiyiniz dövlət rüsumunu cavabdeh tərəfdən sizin xeyrinizə alacaq. Əgər cavabdeh tərəf qanuna görə onu ödəməyə borclu deyilsə, o rüsumun məbləğini sizə budcə qaytaracaq. Məhkəmə sizin işinizə baxmayıbsa, işi dayandırıbsa və ya iddia ərizəsini qaytarıbsa, ödənilən rüsumu qeri ala bilərsiniz. Amma əgər sizin müəssisə iddia qaldırıbsa və məhkəmədə qalib gələ bilməyibsə, o zaman, rüsum sizə qaytarılmır.
Mənbə: www.muhasib.az