Azərbaycanda elektron pul kisəsi istifadəyə verilib

2019-07-11 | İqtisadiyyat | 2179

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC və Məlumat Hesablama Mərkəzi arasında imzalanmış "Birgə Fəaliyyət Haqqında" müqaviləyə əsasən Azərbaycanda "PostPay" adlı yeni elektron pul kisəsi istifadəyə verilib. Yeni sistemin fiziki və virtual daşıyıcılara yerləşdirilməsi, ödəniş sisteminin və istifadəçilər üçün təhlükəsizlik tədbirlərinin aparılması, həmçinin sonrakı mərhələdə texniki dəstəyin göstərilməsi məsələləri razılaşdırılıb.

MHM-dən bildirlib ki, "PostPay" layihəsinin "Azərpoçt"la birgə həyata keçirilməsi bu brendin əhatə dairəsinin sürətlə genişlənməsinə imkan yaradacaq. Belə ki, ölkənin bütün bölgələrində, ucqar kəndlərində mövcud olan poçt məntəqələri "PostPay"i vətəndaşlar üçün daha da əlçatan edəcək. Həmçinin, "Azərpoçt"da aparılan nağd əməliyyatların da bundan sonra "PostPay" üzərindən həyata keçiriləcəyi gözlənilir.

"Postpay" elektron pul kisəsinin "Android" sistemi ilə çalışan qurğuların dəstəklədiyi mobil tətbiqi də vətəndaşların istifadəsinə verilib. Bu tətbiqi "PlayStore"dan yükləmək olar. "PostPay"in əsas menyusu "Balansın artırılması", "Nağdlaşdırma", "Pul köçürmələri", "Ödəmələr", "Mal və xidmətlərin dəyərinin ödənişi (dinamik QR kod)" və "Balans" bölmələrindən ibarətdir. Ondan istifadə son dərəcə sadədir.

"PostPay"istifadəçiləri balanslarını ödəmə terminalları, bank kartları, digər elektron pul kisələri və poçt şöbələri vasitəsilə artıra bilərlər

"PostPay"in digər elektron pul kisələrindən əsaslı fərqi poçt filialları və məntəqələrində həm balans artırma, həm də nağdlaşdırma əməliyyatlarının həyata keçirmək imkanını istifadəçilərinə təqdim etməsidir. Poçt vasitəsi ilə balansı artırmaq üçün istifadəçi "Azərpoçt"un filialına yaxınlaşmalı və əməliyyatçıya "PostPay" hesab nömrəsini təqdim etməlidir. Nağdlaşdırma etmək üçün isə istifadəçi əvvəlcə hesab nömrəsini və istədiyi məbləği əməliyyatçıya təqdim edir. Əməliyatçı proqram təminatı vasitəsi ilə hesabı yoxlayır və PİN kodu tələb edir. Təqdim edilən kod doğru olarsa əməliyyat uğurla həyata keçirilir və istifadəçiyə uğurlu əməliyyat haqqında bildiriş göndərilərək vəsait ödənilir.

"PostPay" vasitəsilə digər "PostPay" istifadəçisinə, başqa elektron pul kisələrindəki hesablara, bank kartlarına, poçt şöbəsində təqdim olunan kod qarşılığında, eləcə də beynəlxalq pul köçürmə sistemləri vasitəsilə istənilən şəxsə pul köçürmələri həyata keçirmək mümkündür.

"PostPay" istifadəçiləri ödəmələr bölməsində geniş xidmətlər siyahısına malikdirlər. Belə ki, mobil operatorlara ödənişlər, komunal xidmət haqları, gömrük rüsumları və s. bir sıra bu tip ödəmələri təhlükəsiz və rahat şəkildə həyata keçirə biləcəklər.

"PostPay", istifadəçilərinin rahatlığını, həmçinin müasir ödəmə funksiyalarından istifadəni təmin etmək məqsədilə QR kodla ödəmə imkanını da yaradır. Belə ki, mağazalarda və ya xarici internet saytlarında alış veriş edən "PostPay" istifadəçisi tətbiqdən QR kod vasitəsilə ödəmə funksiyasını seçərək ödəmələrini həyata keçirə bilər.

"PostPay" istifadəçiləri bu bölmə vasitəsilə istədikləri zaman hesab qalığı, hesabdan çıxarış, link edilmiş kartların qalığı ilə tanış ola, qruplaşdırılmış analiz çıxarışlarını əldə edə bilər.

Mənbə: https://vergiler.az/news/economy/2911.html

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!