Vergilər Nazirliyi: Ticarət mərkəzlərində dövriyyənin şəffaflaşdırılması həyata keçirilir

2019-06-14 | İqtisadiyyat | 279

“Bakının "Binə" və "Sədərək" ticarət mərkəzlərində işləyən sahibkarların vergidən yayınmasının qarşısını almaq üçün tədbirlər görülür”.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov bildirib.

Onun sözlərinə görə, bu obyektlərdə mallar sənədsiz satılıb ki, bu da dövriyyələrin şəffaflaşmasına ciddi əngəllər yaradıb.

"Prezident İlham Əliyev idxal-ixrac sahəsində şəffaflaşmasının təmin olunması ilə bağlı sərəncam imzalayıb. Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Maliyyə və İqtisadiyyat Nazirlikləri tərəfindən də müvafiq addımlar atılıb. Hazırda karqo şirkətləri sırf daşımaçılıqla məşğuldurlar. Ölkəyə idxal olunan mal və məhsullar faktiki sahibkarın adına rəsmiləşdirilir. Bu da ölkə boyu dəyər zəncirinin qorunmasında olan əngəllərin aradan qaldırılmasına imkan verir. Yəni mallar karqo şirkətləri tərəfindən idxal olunur. Onlar daşımaçılıqdan öz mənfəətini əldə edirlər. Həmin mallar faktiki sahibkarların öz adına rəsmiləşdirildiyinə görə, növbəti mərhələlərdə dövriyyələrin şəffaflaşması həyata keçirilir. 2019-cu ilin ilk 5 ayında həm dövriyyələrin şəffaflaşması, həm də elektron qaimələrlə rəsmiləşməsinin artırılması hesabına daxilolmalarda ciddi artımlar olub", - N. Şirinov qeyd edib.

Mənbə: https://report.az/biznes/vergiler-nazirliyi-ticaret-merkezlerinde-dovriyyenin-seffaflasdirilmasi-heyata-kecirilir/

İqtisadiyyat bölümünün son xəbərləri

2019-09-05 | Zərurətdən Ehtiyaca: İslam İqtisadiyyatı - ödənişsiz elmi-marifləndirici seminar keçiriləcəkdir.
2019-08-28 | Azərbaycana gətirilən 92 və 95-dən az oktanlı benzin idxal gömrük rüsumundan azad edilib
2019-08-26 | Nazirlər Kabineti dövri və yekun hesabat formalarını təsdiq edib
2019-08-13 | Hesablama Palatası ilə bağlı vergi və mühasibat qanunvericilik aktlarında dəyişikliklər edilib.
2019-07-31 | Azərbaycana gətirilən avtomobillərə gömrük rüsumunun tətbiqinə dair yeni qayda müəyyənləşib
2019-07-31 | Azərbaycandakı əvvəlki və indiki vergi sistemi arasında kəskin fərq var - EKSPERT RƏYLƏRİ
2019-07-26 | Qaimələrin elektron formada təqdim edilməsi şəffaflığa zəmin yaradır
2019-07-26 | Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
2019-07-21 | Xarici turistlərin fermer təsərrüfatlarına turları təşkil olunacaq
2019-07-13 | Qoşqular və yarımqoşqular üçün idxal gömrük rüsumunun meyarları dəyişib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!