Vergi sistemində dəyişikliklər zəruri və labüd idi

2019-05-21 | İqtisadiyyat | 2107

Vergilər naziri Mikayıl Cabbarov AzTV-nin "Günün nəbzi" proqramına müsahibə verib. Müsahibənin mətnini təqdim edirik:

- Mikayıl müəllim, Nazirlər Kabinetinin son iclasında dövlət başçısı bəzi rəqəmləri səsləndirdi və 2019-cu ilin birinci rübü ərzində vergi daxilolmalarının nəzərdə tutulduğundan 150 milyon manat çox olduğunu qeyd etdi. Bu, əlavə maliyyə resursu baxımından kifayət qədər ciddi rəqəmdir. Ölkə Prezidenti bunu şəffaflıq və yeni yanaşma prinsiplərinin effektivliyi ilə əlaqələndirdi. İlk olaraq ondan başlayaq: vergi sahəsində yeni yanaşma prinsipi dedikdə nəyi nəzərdə tuturuq?

- Bütün digər sahələrdə olduğu kimi, vergi sahəsində də 2018-ci il ərzində dərin islahatlar həyata keçirildi. Cənab Prezidentin gözləntisi və göstərişi ondan ibarət idi ki, Vergilər Nazirliyi vergi ödəyiciləri ilə münasibətin yeni təbiətini tətbiq etsin. Bu münasibətlər müasir tələblərə uyğun olaraq həm dövlətin, həm də sahibkarın hüquqlarını qoruyan bir çərçivədə tənzimlənməlidir.

Bildiyiniz kimi, 2018-ci il ərzində biz sahibkarlarla kifayət qədər fəal kommunikasiya həyata keçirdik. Ötən ilin vergi mədəniyyəti və vergi inzibatçılığı sahəsində keçid ili olduğunu qeyd etmişdik. Vergi Məcəlləsində 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş bir sıra dəyişikliklər nəticəsində vergi ödəyiciləri üçün demək olar ki, yeni hüquqi bir çərçivə yaradıldı. Bununla yanaşı, bir ildən bir az artıq müddətdə biz vergi inzibatçılığının keyfiyyətinin təkmilləşməsinə xüsusi diqqət yetirdik. Bu, özünü vergi ödəyicilərinə xidmətin keyfiyyətində də, vergi ödəyiciləri ilə işin aparılmasında da göstərdi. Belə demək olarsa, məlumatların emalı, informasiya texnologiyalarının tətbiqi istiqamətində səylərin artırılması və paralel olaraq vergi ödəyicisi ilə birbaşa ünsiyyətin, yəni səyyar vergi yoxlaması və digər vergi nəzarəti tədbirlərinin azaldılması istiqamətində işlər apardıq.

Vergi daxilolmalarının 2/3 hissəsindən çoxu iqtisadiyyatın qeyri-neft sektoruna aiddir. Bu, həyata keçirilən iqtisadi islahatların nəticəsidir

Bir sözlə, vergi sistemində dəyişikliklər zəruri və labüd idi. Dəyişikliklər biznes tərəfindən də müsbət qarşılandı. Bunun nəticəsində könüllü vergi ödəmələrinin həcmi artır. Göstəricilər müsbətdir. Əgər birinci rübün sonuna vergi daxilolmalarının həcmi proqnozdan 150 milyon manat çox idisə, ilk 4 ayın nəticəsində bu göstərici 200 milyon manatı keçib. Bütün bunların əsas səbəbi vergi qanunvericiliyinin çərçivəsinin dəyişməsidir. Dəyişmədə əsas fəlsəfə vergi yükünün azaldılması ilə paralel olaraq qanun qarşısında hər kəsin bərabərliyinin təmin edilməsi, qanunvericilikdə nəzərdə tutulmayan güzəştlərin verilməməsi, qanunvericilikdə nəzərdə tutulan bütün güzəştlərin isə tam həcmdə tətbiq edilməsidir. Bu əsas yanaşmalar 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş qanunvericilikdə öz əksini tapıb.

- Dövlətlə sahibkar arasında münasibətlərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyulub. İlin əvvəlində Vergi Məcəlləsinə edilmiş dəyişikliklər ictimaiyyətdə və biznes mühitində kifayət qədər geniş rezonans doğurdu. Sahibkarlar tərəfindən bu islahatlar necə qəbul olundu? İslahatların effektivliyini, onların nöqteyi-nəzərinə əsasən, necə qiymətləndirə bilərik?

- Sahibkarlar tərəfindən qiymətləndirmənin nəticəsini bilmək, hərtərəfli cavab almaq üçün yəqin ki, ilk növbədə, onların özünü dinləmək lazımdır. Biz obyektiv meyarla qiymətləndirə bilərik. Bu meyar vergi daxilolmalarının həcmi və dinamikasıdır. Başqa sözlə, əgər sahibkarların könüllü vergi ödəmələri əhəmiyyətli dərəcədə artırsa, demək, biznes, sahibkar ona uzadılan əli qəbul edib. Sahibkar öz üzərinə düşən vergi öhdəliklərini daha nizamlı şəkildə yerinə yetirməyə meyillidir. Hesab edirəm ki, burada bir çox amillərin rolu vardır. Ən başlıcası, ölkədəki biznes mühiti və yerli sərmayələr üçün şəraitin təkmilləşdirilməsi istəyidir. Digər amil hər kəsin vergi qanunvericiliyi qarşısında bərabərliyinin təmin olunmasıdır. Üçüncü amil vergi orqanı ilə vergi ödəyicisi arasında münasibətlərin şəffaflığıdır. Bir mühüm məqam da həmin münasibətlərin öncədən proqnozlaşdırıla bilən olmasıdır. Sahibkar bilməlidir ki, onun vergi yükü, öhdəliyi nə qədərdir. Burada hər hansı dəyişiklik, hər hansı gözlənilməz hal baş verməməlidir. Çünki sahibkar öz xərclərini, öz qiymət siyasətini, fəaliyyəti üçün zəruri olan bütün digər amilləri düzgün şəkildə nəzərə ala bildikdə dayanıqlı biznes qura bilir: sabaha ümidlə baxır, iş yerlərini daha rahat açır. Öz sifarişlərini daha rahat şəkildə yerləşdirir, müştəriləri ilə daha uzunmüddətli münasibətlərin qurulmasına üstünlük verir və nəticədə hər kəs qazanır. Bu belə olmayanda, vergi siyasəti bir il ərzində bir neçə dəfə dəyişdiriləndə vergi ödəyicisi öz vergi öhdəliklərini rahat hesablaya bilmir. Bütün bu xoşagəlməz hallar nəticə etibarilə biznesin effektivliyində, iqtisadi inkişafda özünü büruzə verir.

Prioritetlərimizin sırasında vergi ödəyicilərinə ünvanlanmış "Birlikdə kölgədən işıqlığa doğru!" fəlsəfəsi durur. Biz yolu birlikdə keçə bilərik və birlikdə də keçəcəyik

Ümumilikdə, vergi siyasətinin və vergi inzibatçılığının əsas funksiyalarından biri, fiskal funksiya ilə yanaşı, ölkə iqtisadiyyatının inkişafına töhfə verməkdir. Bu siyasət Azərbaycanda uzun müddətdir həyata keçirilir. Biz yaxşı bilirik ki, ölkə iqtisadiyyatının tarazlı inkişafı üçün zəruri olan sahələrdə vergi güzəştləri mövcuddur. Bunun bariz nümunəsi kimi, kənd təsərrüfatı sahəsini qeyd etmək olar. Neçə illərdir ki, bu sahəyə dövlət tərəfindən geniş vergi güzəştləri tətbiq olunur. Məşğul əhalinin böyük hissəsi bu sahədə fəaliyyət göstərir. Eləcə də digər sahələrdə - investisiya təşviqi sənədlərinə əsasən xüsusi sənaye məhəllələri, sənaye parkları çərçivəsində və bir sıra digər sektorlarda bu güzəştlər tətbiq edilir.

Nəhayət, son bir məqama toxunmaq istərdim. Sirr deyil ki, bir çox postsovet məkanı ölkələrində, Şərqi Avropa, Yaxın Şərq kimi bölgələrdə və dünyada olan "kölgə iqtisadiyyatı" fenomeni Azərbaycanda da müəyyən mənada mövcuddur. Məhz "kölgə iqtisadiyyatı"nın həcminin azaldılması dövlət başçısı tərəfindən bizim qarşımızda əsas vəzifələrdən biri kimi qoyulub. Bu gün həyata keçirilən işlərin əsas nəticələrindən biri kimi də məhz bu amilin – "kölgə iqtisadiyyatı"nın ölkə iqtisadiyyatında xüsusi çəkisinin azaldılmasının dinamikasını izləməyə çalışırıq. Bunu bir sıra amillərlə ölçə bilirik. Vergilər Nazirliyi daxilində makro və mikro iqtisadçılardan ibarət xüsusi təhlil qrupu fəaliyyət göstərir. Güman edirəm ki, 2019-cu ilin 6 ayı başa çatdıqdan sonra biz bu məsələyə dair ictimaiyyətə kifayət qədər maraqlı məlumat təqdim edə biləcəyik.

- Cənab nazir, Siz "kölgə iqtisadiyyatı"na və bir sıra prinsiplərə toxundunuz. Yəni burada həm bəzi ənənəvi vərdişlərin dəyişdirilməsindən, həm də sahibkarların dövlət büdcəsinə vergini könüllülük prinsipi əsasında ödəmələrindən söhbət getdi. Aparılan islahatların ana xətti, Sizin qeyd etdiyiniz kimi, "kölgə iqtisadiyyatı"nın həcminin azaldılmasıdır. "Kölgə iqtisadiyyatı" ilə bütün dünya ölkələri mübarizə aparır. Burada əsas məsələ tətbiq edilən mexanizmin effektivliyinin maksimum olmasıdır. Bilmirəm bu barədə indi danışmaq yerinə düşürmü? İlkin nəticələri qeyd edə bilərikmi? Bizim gözləntilərimiz nədir? Yəni biz "kölgə iqtisadiyyatı"nın miqyasını nə qədər azaltmaq istəyirik və son hədəf kimi nəyi nəzərdə tutmuşuq?

- "Kölgə iqtisadiyyatı"nın həcminin dəqiq ölçülməsi özlüyündə mürəkkəb prosesdir. Müxtəlif qiymətləndirmələrə əsasən, ayrı-ayrı ölkələrin iqtisadiyyatında “kölgə iqtisadiyyatı”nın həcmi müxtəlif rəqəmlərlə ifadə olunur. Lakin birmənalı olaraq biz həmin xüsusi çəkinin dinamikasının izlənilməsini daha asan və daha rahat edə bilərik. Bunun üçün bir neçə amili qeyd etmək olar. Nümunə kimi "kölgədən çıxan" əmək müqavilələrinin sayının dinamikasını göstərə bilərəm. Bir sıra sektorlarda "kölgə" dövriyyəsinin nisbəti xüsusilə yuxarı olub. Məsələn, pərakəndə ticarət, ictimai iaşə, kənd təsərrüfatı məhsullarının istehsalı. Bunun obyektiv və subyektiv səbəbləri olub. Misal üçün, kənd təsərrüfatı sahəsində vergi güzəşti tətbiq olunduğuna görə, bu sahə ilə məşğul olan vergi ödəyiciləri uçotun əhəmiyyətinə diqqət yetirməyiblər. Onların düşüncəsinə görə, əgər 0 dərəcə ilə vergi ödəyirlərsə, öz dövriyyələrinin bəyan edilib-edilməməsi ikinci dərəcəlidir. Yəni bu, hansısa mənada anlaşılan bir səbəb kimi qeyd olunur.

- Bir çox hallarda bu, məlumatsızlıqdan da irəli gəlir…

- Məlumatsızlıqdandır. Amma təbii olaraq, elə hallar var ki, şüurlu şəkildə vergi yükünü azaltmaq və vergidən yayınmaq məqsədilə biznes "kölgə"yə çəkilməyə daha çox üstünlük verir. Lakin bu o demək deyil ki, pozuntu vergi ödəyicisi tərəfindən şüurlu və könüllü şəkildə edilmədiyi təqdirdə dövlət buna göz yumacaq. Bu heç də belə deyil. Bu həm rəqabətin, həm də ədalət prinsipinin pozulmasına gətirib çıxarar. Qanunla işləyənin xərcləri, məhsullarının maya dəyəri daha yuxarı olur. Əslində, bu məsələ mürəkkəb səslənsə də, konsepsiya və sual çox sadədir. Sual ondan ibarətdir ki, biz hansı cəmiyyətdə yaşamağa üstünlük verərik? Ədalətli, o cümlədən iqtisadi qanunlara əsaslanan, yoxsa ondan yayınan? Təbii ki, cəmiyyət iqtisadi qanunlara əsaslandığı halda, onun "kölgə iqtisadiyyatı"na münasibəti və əgər belə demək olarsa, sosial ədalətə töhfəsi aydın şəkildə görünər.

Vergilər Nazirliyinin gözü ilə baxsaq, sahibkarların və biznesin uğuru daha yüksək vergi ödənişləri, dövlətin gözü ilə baxsaq, daha güclü, daha qüdrətli dövlət deməkdir

- Etiraf edək ki , ümumiyyətlə, bu vərdişlərdən imtina kifayət qədər ağrılı bir prosesdir. Burada söhbət şüurun dəyişməsindən gedir. İşgüzar münasibətlərdə illərdir mövcud olan proses dəyişməlidir. Dövlətin humanizm siyasətindən sui-istifadə hallarının azaldılması üçün vərdişlər necə dəyişdirilməlidir? Buna necə yanaşılmalıdır?

- Gəlin vərdişlərdən başlayaq. İstənilən vərdişin dəyişilməsi asan proses deyil. Yəqin ki, burada bir məqamı nəzərə almalıyıq: əgər dəyişiklik ediriksə, bunun müvəqqəti, yoxsa daimi olmasını məqsəd qoyuruq. Tamamilə aydındır ki, bu dəyişikliklər daimi, dönməz olmalıdır. Müvəqqəti dəyişikliyin həyata keçirilməsi o qədər də çətin deyil. Dövlətin inzibati resursu da, Vergilər Nazirliyinin funksional səlahiyyətləri və bacarıqları da imkan verir ki, biz bir sıra dəyişikliklərin daha qısa müddət ərzində həyata keçirilməsinə nail olaq. Lakin inzibati nəzarət bu və ya digər səbəbdən azaldığı halda, dəyişikliklərin geriyə dönmə riski daha yuxarı olur. Misal üçün, iqtisadiyyatın həcmi böyüyür, vergi ödəyicilərinin sayı artır və dünənki yanaşmaların sabah tətbiq edilməsi obyektiv səbəblərə görə mümkünsüz olur. Əgər biz daha uzun və daha mürəkkəb bir yolla gediriksə, başqa sözlə, vergi ödəyicisi ilə vergi orqanı arasında, vətəndaşla biznes arasında münasibətlərin təbiətinin dəyişilməsinə gediriksə, bəli, bu, daha mürəkkəb və daha uzun bir prosesdir. Amma bu, geriyə dönüşü olmayan bir prosesdir. Bu seçimi, düşünürəm ki, şüurlu şəkildə etməliyik. Siz humanizmə toxundunuz. Biz hər zaman Azərbaycan hökuməti, xüsusilə cənab Prezident tərəfindən bu sahədə addımlar atıldığının şahidi oluruq. Azərbaycan Respublikasının həyata keçirdiyi siyasətdə bu istiqamət həmişə xüsusi əhəmiyyət daşıyan bir prinsip olub. Eyni zamanda, humanizm heç də anarxiya, dövlətin qanunları qarşısında məsuliyyətin olmaması demək deyil. Heç bir dövrdə, heç bir ədəbiyyatda, heç bir cəmiyyətdə belə bir anlayış verilməyib. İstənilən humanist addım keçmişdə baş verən hansısa halın xüsusiyyətinin tanınması deməkdir. Müəyyən mənada səhifənin çevrilməsi və yeni səhifədən başlanması deməkdir. Amma yeni səhifədə eyni səhvlərin, eyni qanun pozuntularının təkrar edilməsi heç bir halda və heç bir şəkildə humanizm prinsipləri ilə əhatə olunmur. Bu mənada, spesifik sahə olan vergi sahəsinə gəlsək, burada da yanaşmalarımız fərqlənmir. 2018-ci ilin keçid ili olması, keçmiş illərdə vergi inzibatçıları ilə vergi ödəyiciləri arasında münasibətin təbiətinin fərqli olması, hər kəsə bəlli olan çətinliklərin, problemlərin yaşanması cəmiyyətdə də, kütləvi informasiya vasitələrində də, sosial şəbəkələrdə də kifayət qədər müzakirə olunub. Keçmişdə olan vəziyyətə görə hər iki tərəf müəyyən məsuliyyət daşıyır. Bu məsuliyyətin nisbəti barədə müzakirə aparmaq olar. Bu ilin ilk dörd ayı onu göstərir ki, gələcəyə nikbin şəkildə, əminliklə baxa bilərik. Rahat şəkildə deyə bilərik ki, vergilər sahəsində həyata keçirilən islahatlar, vergi yükünün azaldılması, qanun qarşısında hər kəsin bərabər olması, biznesin şəffaflaşdırılması, vergi ödəyicilərinə münasibətlərin təbiətinin dəyişdirilməsi öz nəticələrini verməkdədir. Ötən illə müqayisədə vergi yığımlarını əhəmiyyətli şəkildə artırmağa nail olmuşuq. Bunu qol gücünə deyil, könüllü ödəniş vasitəsilə edə bilmişik. Siz bundan əvvəl biznesin reaksiyası barədə soruşdunuz: vergi ödəyicisinin reaksiyası elə budur. Vergi daxilolmalarının strukturuna baxanda, bu mədaxillərin tam əksəriyyətinin qeyri-neft sektorundan qaynaqlandığını görürük.

Ticarət sektoru üzrə dövriyyə təxminən 24 faiz artıbdır. Pərakəndə ticarətdə cəmi dövriyyə təxminən 35 faiz, ictimai iaşədə isə 15 faiz təşkil edib. Bunlar çox yüksək rəqəmlərdir. Qeyri-neft sektorunda rəsmiləşdirilmiş əmək müqavilələrinin sayı bu ilin ilk 4 ayında 58 min artıb. Bunlar əyani göstərir ki, atılan addımlar öz effektini verməkdədir. Bu o demək deyil ki, biz vəzifəmizi yerinə yetirmişik və bundan sonra inzibatçılığa daha az diqqət yetirəcəyik. Tam əksinə.

Mən xüsusi vurğulamaq istəyirəm ki, cənab Prezidentin təşəbbüsü ilə qanunvericiliyə daha bir dəyişiklik edilib. Vergi orqanı ilk pozuntunu aşkar edəndə cərimə və sanksiya deyil, xəbərdarlıq edir. Bu da əslində humanizmin bir nümunəsidir. Vergi orqanının, dövlət qulluqçusunun vəzifəsi vətəndaşı, vergi ödəyicisini cərimələməkdən ibarət deyil. Bir çox dövlətlərin vergi qanunvericiliyinə baxsanız, siz analoji normanı görməyəcəksiniz. Vergi ödəyicisi xəbərdarlığa əməl etmirsə, vergi orqanı növbəti dəfə həmin pozuntunu aşkarladıqda vergi ödəyicisini cərimələyir. Bu, ədalətlidir, çünki qanuna əməl edən insan qanunu pozmağa cəhd edəndən fərqləndirilməlidir.

- Ölkə iqtisadiyyatında neft-qaz sektorunun çəkisi danılmazdır. Amma son dövrlərdə tətbiq olunan strateji yol xəritələri, yeni strategiyalar, sənaye parklarının və məhəllələrinin yaradılması və s. ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılmasına istiqamətlənib və bu sahədə kifayət qədər böyük işlər görülür. Büdcə daxilolmalarında qeyri-neft sektorunun xüsusi çəkisinin nisbətinin dəyişdiriləcəyinin şahidi ola biləcəyikmi?

- Biz konseptual olaraq qəbul etməliyik ki, vergi daxilolmaları iqtisadiyyatda baş verən proseslərin əksidir. Yəni vergi daxilolmaları iqtisadi proseslərdəki dövriyyəni və fəaliyyətləri əks etdirir. 2019-cu ilin birinci rübünün rəqəmlərinə baxsaq, görərik ki, qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 69 faizdən bir az çoxdur. Başqa sözlə, vergi daxilolmalarının 2/3 hissəsindən çoxu iqtisadiyyatın qeyri-neft sektoruna aiddir. Artıq qeyd olunduğu kimi, bu, həyata keçirilən iqtisadi islahatların nəticəsidir. Onu da unutmamalıyıq ki, qeyri-neft sektoruna xüsusi vergi güzəştləri tətbiq olunur. Kənd təsərrüfatı sektoruna, əmək müqavilələri əsasında işləyən müzdlu işçilərə, fiziki şəxslərin gəlir vergisinə tətbiq olunan vergi güzəştləri barədə hər kəsin məlumatı var. Ayda 8.000 manata qədər əməkhaqqı alan qeyri-neft, qeyri-dövlət sektorunda fəaliyyət göstərən vətəndaşlar üçün gəlir vergisinin dərəcəsi 0 faizdir. Bütün bunlara baxmayaraq, faktiki olaraq daxilolmaların 69 faizi qeyri-neft sektoruna aiddir. Yəni biz kifayət qədər nikbinik. Bu sahədə Vergilər Nazirliyinin səlahiyyəti vergi siyasəti və vergi inzibatçılığı ilə məhdudlaşır, digər aidiyyəti nazirlik və qurumlar qeyri-neft sektorunun inkişafı ilə gündəlik məşğuldur. Biz biznes ab-havasını – yeni iş yerlərinin açılması, sərmayələrin qoyulması kimi meyilləri çox müsbət qiymətləndiririk.

- Cənab nazir, ölkəmizdə aparılan islahatların nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında mövqelərimizin kifayət qədər yaxşılaşması ilə nəticələndiyinin şahidi oluruq. Həmin reytinqlərin müəyyən indikatorlarında vergi sahəsinə dair məqamlar da yer alır. Necə düşünürsünüz, həyata keçirilən islahatlar növbəti illərdə beynəlxalq reytinq agentliklərinin hesabatlarında bizim mövqeyimizə necə təsir göstərə bilər? Proqnozunuz necədir?

- Azərbaycanda həyata keçirilən islahatların məqsədi heç də beynəlxalq reytinq agentliklərinin hesabatlarında mövqe tutmaqdan ibarət deyil. Azərbaycanın həmin reytinqlərdəki yüksək mövqeyi ölkədə həyata keçirilən işləri özündə əks etdirir. Bu, bəlkə o qədər də mühüm olmayan məqam kimi görünə bilər. Amma bu ona görə vacibdir ki, istər bölgədə, istərsə də dünya ölkələri ilə sağlam rəqabətdə: sərmayələr, yeni iş yerlərinin açılması istiqamətində sağlam rəqabətdə, ölkədaxili biznesin həyata keçirilməsi üçün şəraitin yaxşılaşdırılmasında maraqlıyıq və bu işi sistemli şəkildə həyata keçiririk. Sevindirici haldır ki, bu işin nəticələri təkcə ölkəmizdə fəaliyyət göstərən yerli və xarici iş adamlarında deyil, həm də Dünya Bankı, Davos İqtisadi Forumu kimi beynəlxalq təşkilatların reytinqlərində öz əksini tapır. Bəli, Azərbaycanda islahatlar bütün sahələrdə, o cümlədən iqtisadi və sosial sahədə həyata keçirilir. Onu da qeyd etməliyik ki, qloballaşan dünyada rəqabət hər gün, hər həftə, hər ay dəyişir. Təbii olaraq, digər dövlətlər də rəqbətdə öndə olmağa çalışırlar. Ona görə də ölkəmizin bu sahədəki uğurlarının tanınması çox müsbət addımdır, bu addımın arxasında müxtəlif sahələrdə fəaliyyət göstərən həmkarlarımızın böyük zəhməti və əziyyəti, eləcə də həyata keçirilən fəaliyyətlərin nəticələrinin diqqətə çatdırılması durur. Bir çox hallarda bu və ya digər sahədə irəliləyişə nail olsaq da, onu düzgün şəkildə təqdim edə bilmirik, yaxud gecikmə ilə təqdim edirik. Bunu da açıq və aydın şəkildə səsləndirməliyik ki, bu gün reallaşdırılan işlər dövlət başçısının baxışının, uzunmüddətli strategiyasının həyata keçirilməsinin nəticələridir. Çünki bir il, yaxud bir ay ərzində bu cür genişmiqyaslı islahatların həyata keçirilməsi mümkün deyil.

- Nazirlər Kabinetinin sonuncu iclasında dövlət başçısı 2020-2025-ci illər üçün yeni inkişaf strategiyasından danışdı. Söhbət əsnasında Siz də qeyd etdiniz ki, bütün sahələrdə olduğu kimi, vergi sahəsində də islahatlar ardıcıl xarakter daşıyır. Yəni belə aydın olur ki, bundan sonra da islahatlar davam edəcək. Ümumiyyətlə, biz növbəti mərhələlərdə, yaxın perspektivdə hansı yeniliklərin şahidi ola bilərik?

- Vergilər sahəsində bizim prioritetlərimiz aydındır. Bunların sırasında vergi ödəyicilərinə ünvanlanmış "Birlikdə kölgədən işığlığa doğru!" fəlsəfəsi durur. Bu yolu biz birlikdə keçə bilərik və birlikdə də keçəcəyik. Şəffaflığın təmin edilməsi prioritet məsələdir və bu mənada biz öz tərəfimizdən asılı olanı edirik. Bilirsiniz ki, ötən il 2017-ci illə müqayisədə səyyar vergi yoxlamalarının sayı təxminən 3 dəfə azalıb. 2019-cu ilin birinci rübündə də 2018-ci illə müqayisədə 3 dəfə az səyyar vergi yoxlaması keçirmişik. Bütün bunlara baxmayaraq, qeyd etdiyim kimi, vergi plan-proqnozlarının icrasını artıqlaması ilə yerinə yetirə bilmişik. Bu, o deməkdir ki, dövlətə inam var, biznesdə şəffaf işləməyə üstünlük verilir. Biz bu şəraiti yaratmaqda davam edəcəyik. Vergi ödəyicilərinin hüquqlarının hərtərəfli qorunmasını təmin etmək üçün bu yaxınlarda Vergilər Nazirliyinin nəzdində Vergi Ombudsmanı İnstitutu yaratmışıq. Nazirliyin təcrübəli əməkdaşı, nazirin müşaviri bu sahəyə cavabdeh şəxs kimi təyin edilib. Vergidən yayınanların isə qapısını, birbaşa funksiyamıza uyğun olaraq, döyəcəyik, öz işimizi həyata keçirəcəyik. Ədalətli rəqabətlə yanaşı, qanunvericiliyin tələblərinin hər kəs üçün bərabər olması görülən işlərin uğurunu şərtləndirən əsas məsələdir. Düzgün işləmək faydalıdır – bunu hər birimiz qəbul etsək, yəqin ki, hər birimiz bu faydanı görəcəyik.

- Bunu həm də sahibkarlara tövsiyə kimi qiymətləndirə bilərik. Sonda istərdim ki, Vergilər nazirinin sahibkarlara tövsiyələri səsləndirilsin. Sahibkarlara sözünüz...

- Səmimi olaraq hər bir sahibkara uğur, biznesin genişlənməsini, daha böyük bazar payı, daha çox iş yerlərinin açılmasını arzulayırıq. Vergilər Nazirliyinin gözü ilə baxsaq, sahibkarların və biznesin uğuru daha yüksək vergi ödənişləri, dövlətin gözü ilə baxsaq, daha güclü, daha qüdrətli dövlət deməkdir. Təbii ki, bu arzuların çin olması üçün hər bir sahibkarın üzərinə düşən iş öz fəaliyyətini şəffaf və qanun çərçivəsində həyata keçirmək olmalıdır.

Mənbə: https://vergiler.az/news/taxes/2248.html

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!