İdxal əməliyyatlarının rəsmiləşdirilməsində yenilik

2019-05-21 | İqtisadiyyat | 640

Vergi və gömrük orqanlarının birgə həyata keçirdikləri islahatlar nəticəsində idxal əməliyyatlarının sahibkarların öz adlarına rəsmiləşdirilməsinə nail olunub.

Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov bildirib ki, həm ölkədə baş verən müsbət iqtisadi dinamika, həm də vergi orqanlarının apardığı təbliğat işləri e-qaimə ilə rəsmiləşmələr, malların sənədləşməsi məsələlərinə ciddi təsir göstərib. Bundan əlavə, idxal əməliyyatlarının rəsmiləşdirilməsinə nail olunub: "Bizim idxalda böyük problemlərimiz "karqo şirkəti" adlanan şirkətlərlə bağlıdır. Onların əsas funksiyaları daşıma olsa da, daşıdıqları malları öz adlarına rəsmiləşdirir, "Binə", "Sədərək" və digər bu kimi iri ticarət mərkəzlərində sahibkarlara paylayırdılar. Sahibkarlar isə həmin malları öz adlarından satırdılar. Amma malın sənədləşməsi olmadığı üçün, təbii ki, sahibkarlar pərakəndə və ya topdan satdıqları malın qaimə-faktura və ya kassa aparatı vasitəsilə rəsmiləşməsinə meyilli deyildilər".

Qeyd edilib ki, ölkəyə idxal olunan malların onları idxal edən sahibkarların öz adına rəsmiləşməsi üçün Dövlət Gömrük Komitəsi ilə birgə ciddi işlər aparılıb və artıq karqo şirkətlərinin öz adlarına mal idxal etməsi dayandırılıb. Həmin şirkətlər yalnız daşıma ilə məşğuldurlar: "Onların xaricdən gətirdiyi mallar konkret bazar iştirakçılarının öz adlarına sənədləşdirilir və beləliklə, bazara sənədli mal daxil olur. Beləliklə, həm ölkədə istehsal olunan, həm də xaricdən gətirilən malların sənədləşməsinə ciddi diqqət yetirilir, bu da, təbii ki, dövriyyələrdə öz əksini tapır".

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/taxes/2251.html

İqtisadiyyat bölümünün son xəbərləri

2019-08-13 | Hesablama Palatası ilə bağlı vergi və mühasibat qanunvericilik aktlarında dəyişikliklər edilib.
2019-07-31 | Azərbaycana gətirilən avtomobillərə gömrük rüsumunun tətbiqinə dair yeni qayda müəyyənləşib
2019-07-31 | Azərbaycandakı əvvəlki və indiki vergi sistemi arasında kəskin fərq var - EKSPERT RƏYLƏRİ
2019-07-26 | Qaimələrin elektron formada təqdim edilməsi şəffaflığa zəmin yaradır
2019-07-26 | Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
2019-07-21 | Xarici turistlərin fermer təsərrüfatlarına turları təşkil olunacaq
2019-07-13 | Qoşqular və yarımqoşqular üçün idxal gömrük rüsumunun meyarları dəyişib
2019-07-11 | Azərbaycanda elektron pul kisəsi istifadəyə verilib
2019-07-04 | Fiziki şəxslər üçün aylıq 35 manat sosial ödəniş müəyyənləşdirilməsini təklif edirik
2019-07-04 | Bu mağazalarda yeni nəsil nəzarət-kassa aparatları quraşdırılır - SİYAHI

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!