Sahib Ələkbərov: Əvvəllər DGK ilə Vergilər Nazirliyi arasında ciddi problem olmasa da, suallar olurdu - EKSKLÜZİV

2019-05-13 | İqtisadiyyat | 510

“Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin (DGK) birləşməsi dövlət idarəetməsinə aid məsələdir. Bu, mənim səlahiyyətimə aid deyil”.

Bunu “Report”a eksklüziv açıqlamasında Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərovun sözlərinə görə, Vergilər Nazirliyinin qarşısında duran ən böyük məsələ işin koordinasiyalı qurulmasıdır:

“Əsas məsələ və problem ondan ibarət deyil ki, hansı qurum kiminlə birləşəcək və ona kim rəhbərlik edəcək. Bu ikinci dərəcəli məsələdir. Əsas məsələ odur ki, o sistem işləyirmi və bu sistemlər fayda verirmi, səmərəlidirmi?! Bəlkə də, bəziləri bunu bilmir. Amma bizim qarşımızda duran ən böyük məsələ işin koordinasiyalı qurulmasıdır. Bilirsiniz ki, 2006-cı ildə Azərbaycanda ilk dəfə Vergilər Nazirliyi AVİS (Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi) sistemini işə salıb. Hazırda bu sistem çox səmərəli işləyir. Bizim digər dövlət qurumları ilə sistemlərimizin əlaqəli şəkildə işləməsi, informasiyalarımızın əlçatan olması çox ciddi məsələdir. Hazırda bunun üzərində iş gedir. Qaldı Dövlət Gömrük Komitəsinə, ola bilsin, bəziləri bunu bilmir, amma hazırda heç bir sual, problem yoxdur”.

Nazir müavini “Bu problem və suallar əvvəllər də yox idi, yoxsa son zamanlar yoxa çıxıb?” sualına cavabında deyib ki, əvvəllər ciddi problemlər olmayıb:

“Əvvəl də elə ciddi problem olmayıb, amma suallar olurdu. Suallar da hərənin öz sisteminin olması ilə bağlı idi. Hazırda vergi orqanı ilə gömrük orqanı birgə nəzarəti həyata keçirir. Bizdə yeni bir qurum yaradılıb - İdxal-İxrac Departamenti. Onun çox sayda işçiləri var, mütəxəssislər cəlb olunub. Bizim onların informasiya sisteminə, onların da bizim sistemə əlçatanlığı təmin olunub. İndi bizə lazımdır ki, bu digər sahələrdə də olsun”.

Nazirlik rəsmisi deyib ki, hazırda təmsil etdiyi qurum informasiya mübadiləsini İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, “Azərkosmos” ASC və başqa qurumlarla davam etdirmək niyyətindədir.

Mənbə: https://report.az/maliyye/dovlet-gomruk-komitesi-ile-hazirda-hec-bir-sual-problem-yoxdur/

İqtisadiyyat bölümünün son xəbərləri

2020-05-21 | Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarında dəqiqləşdirmə aparılıb
2020-05-17 | Mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri - MEYARI DƏYİŞİB
2020-05-16 | Aqrar məhsulların nağd alışı üçün yuxarı hədd müəyyənləşdi
2020-05-16 | AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ƏSASNAMƏSİ
2020-05-16 | ƏDV-nin qaytarılması prosesində istehlakçıların diqqət etməli olduqları məqamlar
2020-05-02 | Azərbaycanda vergi və kredit güzəştlərinin tikinti sektoruna da aid edilməsi təklif edilib
2020-05-01 | Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb
2020-05-01 | Azərbaycanın dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət mayın 31-dək uzadılıb
2020-04-29 | Karantindən sonra restoranlar - BELƏ İŞLƏYƏCƏK
2020-04-28 | Dövlət yardımının işçilər arasında bölüşdürülməsi

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!