Azərbaycanda vergi ödəyiciləri “Asan İmza”nı bir mobil nömrədən digərinə keçirə bilərlər

2019-04-16 | İqtisadiyyat | 583

Vergi ödəyiciləri xidmət mərkəzlərinə müraciət edərək "Asan İmza"nı bir mobil nömrədən digərinə keçirə bilərlər. FED.az-ın xəbərinə görə, bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov hüquqi şəxslərin dövlət qeydiyyatı prosedurunun mahiyyəti və üstünlüklərinə həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, texniki olaraq bu məsələ artıq həllini tapıb.

"Digər bir məsələ hüquqi şəxsin işçiləri ilə bağlıdır ki, bu da çox önəmli bir məsələdir. Çünki əvvəlki hallarda belə idi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemi “Asan İmza” ilə təsdiq etdikdən sonra bu məlumatları qəbul edirdi. İndi isə buna ehtiyac yoxdur. Belə ki, elektron ərizədə işçi ilə bağlı bütün məlumatlar doldurularkən birbaşa nazirliyin sisteminə ötürülür və həmin işçi artıq qeydiyyata alınmış hesab olunur", - deyə Ə. Məmmədov qeyd edib.

Mənbə: https://www.fed.az/az/biznes/63393/azerbaycanda-vergi-odeyicileri-asan-imzani-bir-mobil-nomreden-digerine-kecire-bilerler

İqtisadiyyat bölümünün son xəbərləri

2020-05-29 | Ələt azad iqtisadi zonası yaradılıb
2020-05-29 | Fermer kartından istifadə ilə bağlı fermerlərə xəbərdarlıq edilib
2020-05-29 | Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyunun 15-dək uzadılıb
2020-05-21 | Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarında dəqiqləşdirmə aparılıb
2020-05-17 | Mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri - MEYARI DƏYİŞİB
2020-05-16 | Aqrar məhsulların nağd alışı üçün yuxarı hədd müəyyənləşdi
2020-05-16 | AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ƏSASNAMƏSİ
2020-05-16 | ƏDV-nin qaytarılması prosesində istehlakçıların diqqət etməli olduqları məqamlar
2020-05-02 | Azərbaycanda vergi və kredit güzəştlərinin tikinti sektoruna da aid edilməsi təklif edilib
2020-05-01 | Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!