Vergilər nazirinin müavini: "Azərbaycanda markalanmış məhsulların izlənməsi mümkün olacaq" - EKSKLÜZİV

2019-04-05 | İqtisadiyyat | 204

Vergilər Nazirliyi markalanmış mal və məhsulların mənşəyinin müəyyən edilməsi və izlənməsi ilə bağlı yeni qanun hazırlayır.

Bunu "Report"a ekskluziv açıqlamasında vergilər nazirinin müavini İlkin Vəliyev deyib.

İ.Vəliyevin sözlərinə görə, "Track & trace" (təqib et və izlə) məsələlərini özündə əks etdirən yeni qanunvericilik bazası bu ilin ortalarınadək hazır olacaq: "Hazırda qaydaların hazırlanması prosesi gedir. Yalnız qanunvericilik bazası ilin ortalarına qədər hazırlanıb tamamlanacaq. Amma tətbiqi bir qədər vaxt apara bilər”.

Nazir müavini əlavə edib ki, bununla bağlı xüsusi mobil əlavə də istifadəyə veriləcək: "Track & trace" imkan verəcək ki, markalanmış mal və məhsulların mənşəyini, onun hazırlanması üçün keçdiyi bütün mərhələlər haqqında məlumat əldə edilsin. Bu əsasən hazırlanacaq mobil əlavələr və digər vasitələrlə mümkün olacaq".

Mənbə: https://report.az/maliyye/markalanmis-mehsullarla-bagli-yeni-qanun-layihesi-hazirlanir/

İqtisadiyyat bölümünün son xəbərləri

2019-06-14 | Vergilər Nazirliyi: Ticarət mərkəzlərində dövriyyənin şəffaflaşdırılması həyata keçirilir
2019-06-10 | Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirib
2019-05-21 | Vergi sistemində dəyişikliklər zəruri və labüd idi
2019-05-21 | İdxal əməliyyatlarının rəsmiləşdirilməsində yenilik
2019-05-17 | Biznes sahibləri şüurlu şəkildə "kölgəyə çəkilməyə" üstünlük veriblər
2019-05-16 | Vergilər Nazirliyinə yeni səlahiyyətlər verildi
2019-05-13 | Sahib Ələkbərov: Əvvəllər DGK ilə Vergilər Nazirliyi arasında ciddi problem olmasa da, suallar olurdu - EKSKLÜZİV
2019-05-10 | Şəffaflığın artması bəhrəsini verir
2019-05-10 | Mikayıl Cabbarov vergi daxilolmalarının artım səbəblərini açıqlayıb
2019-05-07 | Sahib Ələkbərov: “Sirr təşkil edən informasiyaların sayının azaldılmasına ehtiyac var” - EKSKLÜZİV

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!