Servitut: özgəsinin daşınmaz əmlakından məhdud istifadə necə həyata keçirilir?

2019-03-15 | Hüquq | 5504

Servitut - mülkiyyətçinin sahibi olduğu əmlakının başqasına müəyyən hərəkətləri yerinə yetirmək və ya etməmək şərti ilə verilməsini təsdiq edən sənəddir. Özgəsinin daşınmaz əmlakından məhdud istifadə hüququnun rəsmiləşdirilməsi və ya ləğv edilməsi elektron şəkildə də yerinə yetirilir. Vətəndaşın bu sahədəki işi xeyli sadələşib.

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirilib ki, xidmətin həyata keçirilməsi üçün müşayət məktubu, xidmət haqqının və dövlət rüsumunun ödənilməsi barədə sənəd, o cümlədən şəxsiyyəti təsdiq edən sənəd, notariat qaydasında təsdiq edilmiş servitut müqaviləsi, ərizə tələb olunur.

Həmçinin dövlət və bələdiyyə orqanının əsasnaməsinin və nizamnaməsinin rekvizitləri, hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi tələblər sırasındadır. Bu xidmət 3 iş günü ərzində yerinə yetirilir. 20 manat xidmət haqqı və 20 manat dövlət rüsumu tələb olunur. Ödəniş bank, onlayn şəkildə, terminallar vasitəsilə həyata keçirilir.

Servitutun dövlət qeydiyyatının ləğv edilməsi üçün isə müşayət məktubu, xidmət haqqının və dövlət rüsumunun ödənilməsi barədə sənəd, o cümlədən şəxsiyyəti təsdiq edən sənəd, servitut müqaviləsi tərəfinin adından ərizənin verilməsi halında bu barədə səlahiyyəti təsdiq edən etibarnamə, məhkəmə qərarı əsas hesab olunur. Həmçinin daşınmaz əmlaka dair çıxarış, servitutun aradan qalxmasına dair sənədlər, servituta xitam verilməsi barədə notarial qaydada təsdiq edilmiş razılaşma və digər sənədlər tələb olunur. Bu xidmət də 3 iş günü ərzində yerinə yetirilir. 20 manat xidmət haqqı və 10 manat dövlət rüsumu tələb olunur. Ödəniş bank, onlayn şəkildə, terminallar vasitəsilə həyata keçirilir.

Komitədən bildirilib ki, daşınmaz əmlakın servitutla yüklülüyü həmin əmlakın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Servitut alqı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz.

Bu əməliyyatları yerinə yetirmək üçün elektron qayda ilə yanaşı, vətəndaşlar Əmlak Xidmətləri Məkanına, komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət edə bilərlər. Xidmətlərdən istifadə etmək üçün e-emdk.gov.az saytına daxil olmaqla 23-cü və 24-cü bölməni seçə bilərsiz.

Mənbə: https://azertag.az/xeber/Servitut_ozgesinin_dasinmaz_emlakindan_mehdud_istifade_nece_heyata_kechirilir-1258465

Hüquq bölümünün son xəbərləri

2023-04-01 | Gecikməyə görə borcludan məbləğin illik 5 faizindən artıq - Tələb Oluna Bilinməyəcək
2023-04-01 | Azərbaycanda borc müqaviləsi anlayışına - DƏYİŞİKLİK EDİLİB
2021-11-19 | DİQQƏT! Əmək Qanunvericiliyi ilə bağlı İnzibati Xətalar Məcəlləsində YENİ VƏ AKTUAL CƏRİMƏ NÖVÜ
2021-06-01 | Uyğunluq sertifikatı olmayan qeyri-ərzaq mallarının idxalı və satışı qanuna ziddir
2021-03-23 | Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Qanunda dəyişikliklər təsdiq edilib
2020-11-23 | Saxta nişanlanmış mallara görə - 5 İlədək Həbs!
2020-08-31 | BNA taksi fəaliyyətinə daha ciddi nəzarət üçün konsepsiya hazırlayıb
2020-08-10 | Azərbaycana daxil olan xarici yük daşıyıcıları ilə bağlı qanun hazırlanacaq
2020-07-04 | Ticarət festivallarının təşkili Qaydasında dəyişiklik olunub
2020-06-01 | Dövlət rüsumu haqqında Qanuna dəyişikliklər qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!