Gömrük Komitəsi: Sahibkarlar sənədləri saxtalaşdırmaqdan məhrum oldu

2019-02-18 | İqtisadiyyat | 2274

Azərbaycanın gömrük orqanları Vergilər Nazirliyi ilə birlikdə 2018-ci ildən başladıqları islahatları belə dəyərləndirdi: Kölgə iqtisadiyyatına böyük bir zərbə vurduq!

FED.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. Onun sözlərinə görə, malların və nəqliyyat vasitələrinin düzgün qiymətləndirilməsi nəticəsində büdcəyə 1 milyard 200 milyondan çox vəsait köçürülüb.

Vergiləri vaxtında ödəyən sahibkarlar isə artıq “Yaşıl dəhliz” iştirakçısı olub. Komitə sədri deyir ki, fevralın 1-dən başlayaraq aktivləşən bu xidmət nəticəsində ötən 16-17 gün ərzində 100-dən çox şirkət “Yaşıl dəhliz” iştirakçısı olmaq hüququ qazanıb.

“Müəyyən risklər olmasına baxmayaraq, biz buna getdik, bu il ixracı tam, idxal əməliyyatlarının isə 35-40 faizini "Yaşıl dəhliz"ə keçirmək hədəfini qoymuşuq. Bunun üçün elektron idarəetmə, risklərin idarəetməsi sistemləri mükəmməl olmalıdır. Doqquza yaxın ölkə ilə ticarəti artıq onlayn sistemə qoşmuşuq və bəyannamələri əvvəlcədən elektron şəkildə görə bilirik. Nəticədə, haqsız rəqabətə cəhd edən sahibkarların qarşısı alınır və onlar yolda sənədi saxtalaşdırmaq imkanından məhrum olunub”.

Qeyd edək ki, bu sistem Vergilər Nazirliyinə də inteqrasiya olunacaq. Qurumlar qanuni işləyən sahibkarlara xüsusi kanallar verməklə ticarətin şəffaflaşdırılmasına nail olmağı düşünürlər.

Mənbə: http://www.fed.az/az/news/read/57555

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!