Yığılan vergi daha çox bu sahəyə xərclənir - NAZİR AÇIQLADI

2019-02-18 | İqtisadiyyat | 1965

Azərbaycanda yığılan verginin böyük bir hissəsi sosial sahəyə xərclənir. Buna görə də hesabatlılıq mühüm əhəmiyyət daşıyır.

FED.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib. Onun sözlərinə görə, vergi ödəyiciləri ödədikləri vəsaitin necə xərcləndiyini görməlidir, bu məqsədlə hesabatlılıq yüksək olmalıdır.

“Təbii ki, hər bir vergi ödəyicisinin qarşısında tam şəffaf məlumatlar olmalıdır. Bu məqsədlə korrupsiya hallarının qarşısının alınması, vətəndaş-məmur təmasının azaldılması üçün addımlar atırıq. Yeni yaradılacaq “DOST” Mərkəzi maksimum elektronlaşmış şəkildə olacaq və regionlar da daxil olmaqla, 31 "DOST" Mərkəzi yaradılacaq. E-sosial portalında Azərbaycanda bütün məşğul əhalinin şəxsi kabineti var və burada ödənilən bütün vəsaitlər barədə məlumatlar öz əksini tapır”.

Nazir vurğulayıb ki, minimum əməkhaqqının, pensiyaların artırılması və digər sosial qərarlarla bağlı Azərbaycan dövləti büdcədən əlavə 500 milyon manat ayırıb və məşğulluq strategiyası, yeni qanun, işsizlik sığortası haqqında qanunvericiliyin dəyişməsi baş verib.

O bildirib ki, “İşsizin dostu” layihəsi çərçivəsində 26 min nəfər ödənişli ictimai işlərə cəlb edilib, eyni zamanda, özünüməşğulluq proqramı ilə 5 min 800 mikrobiznes yaradılıb.

Mənbə: http://www.fed.az/az/news/read/57556

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!