Mikayıl Cabbarov: “İri vergi ödəyiciləri ilə bağlı risklərin qiymətləndirilməsi sisteminə əsaslanan siyasətin yürüdülməsinə ehtiyac var”

2019-02-14 | İqtisadiyyat | 2143

"Vergi administrasiyasının əsas vəzifələrindən biri hər bir kateqoriyadan olan vergi ödəyicilərinə fərdi yanaşmalar formalaşdırmaqdan ibarətdir".

“Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyində 2018-ci ilin yekunlarına və 2019-cu ildə vergi orqanları qarşısında duran vəzifələrə həsr edilmiş geniş tərkibli kollegiya iclasında vergilər naziri Mikayıl Cabbarov deyib.

İri, orta və kiçik sahibkarlıq subyektləri ilə iş prinsiplərinin təkmilləşdirilməsinin vacibliyini qeyd edən M.Cabbarov kölgə iqtisadiyyatı ilə mübarizədən də söz açıb: “İri vergi ödəyiciləri ilə iş prinsipində geniş analitik təhlilə və risklərin qiymətləndirilməsi sisteminə əsaslanan siyasətin yürüdülməsinə, elektron auditin tətbiqi siyasətinə üstünlük verilməsinə, orta sahibkarlıq subyektlərinə münasibətdə “kölgə iqtisadiyyatı”nın elemetlərinin aradan qaldırılmasına, kiçik sahibkarlara münasibətdə isə dürüst və şəffaf vergi uçotunun formalaşdırılmasının təmin olunmasına, sahibkarlıq subyektlərinin öz dövriyyələrini leqallaşdırmağa təşviq edilməsinə, xidmət sektorunun genişləndirilməsi və maarifləndirmənin aparılmasına üstünlük verilməlidir. Kiçik sahibkarlar arasında könüllü əməletmə səviyyəsini yüksəltmək məqsədilə onların təqdim etdiyi hesabatlılıq sisteminin sadələşdirilməsinə ehtiyac var”.

Mənbə: https://report.az/maliyye/mikayil-cabbarovdan-iri-vergi-odeyicileri-ile-bagli-aciqlama/

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!