Büdcə əmək müqaviləsinin yoxluğuna görə yüz milyonlar itirir

2014-02-25 | Vergilər | 2177

Vüqar Bayramov: "Əmək müqaviləsinin bağlanmaması həm böyük həcmdə vəsait itkisinə, vergi yayınmasına səbəb olur, həm də eyni zamanda işçilərin gələcəkdə pensiya təminatını sual altına alır"

Rəşad Həsənov: "Əmək müqavilələrinin bağlanmasını təmin etmək üçün təqaüdlərin hesablanması qaydalarında da dəyişiklik edilməlidir"

Milli Məclisin İqtisadi-siyasət komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanda əmək müqavilələrinin bağlanması ilə bağlı problemə münasibət bildirərkən belə bir maraqlı məqamı vurğulayıb ki, dövlət büdcəsi hər il buna görə 100 milyonlarla vəsait itirir. Deputat müqavilələrin bağlanmamasının insanların öz gələcəyi üçün də ciddi problemə çevrilə biləcəyini qeyd edib.

İqtisadçı-ekspert Vüqar Bayramov Mövqe.az saytına verdiyi açıqlamada məsələyə belə münasibət bildirib: "Əmək müqaviləsi sahibkarlıq sektorunda işçi ilə işə götürən arasında fəaliyyətin tənzimlənməsi üçün nəzərdə tutulur. Eyni zamanda bu işçinin gələcəyi kimi qiymətləndirilməlidir. Vergilər Nazirliyi tərəfindən aparılan tədbirlər sayəsində 2012 və 2013-cü illərdə xeyli sayda əmək müqaviləsinin bağlanmasına nail olundu. Müqavilə olmadan işləyən müəssisə və işçilərin əmək müqaviləsinin bağlanması leqallaşdırıldı. Amma bu gün yenə də əmək müqaviləsi ciddi problem olaraq qalmaqdadır. Təəssüf ki bir çox sahibkarlıq subyektlərində bu işə ikili münasibət özünü göstərir. Bir sıra hallarda işçi əmək müqaviləsi olmadan çalışır. Digər tərəfdən isə, müşahidə olunan ikinci hal əmək müqaviləsində qeyd olunan əmək haqqının əslində, veriləndən aşağı olmasıdır. Məsələn, ola bilir ki, müqavilədə 200 manat əmək haqqı yazılır, amma işçi 500 manat alır. Bu da vergidən yayınma hallarına gətirib çıxarır. Sözsüz ki, əmək müqaviləsinin bağlanmaması həm böyük həcmdə vəsait itkisinə, vergi yayınmasına səbəb olur, həm də eyni zamanda işçilərin gələcəkdə pensiya təminatını sual altına alır. Çünki, əmək müqaviləsi ilə işləmək, sosial vergi ödəmək gələcəksə əmək pensiyası almaq şansını yaradır. Əmək müqaviləsi olmayanlar daha aşağı əmək pensiyası alacaqlar. Bu da ki, pensiya yaşı çatan zaman maddi cəhətdən müəyyən problemlərin yaşanmasına gətirib çıxarır. Bu gün yerlərdə əmək müqaviləsinin bağlanmamasının əsas səbəblərindən biri sosial verginin işə götürən tərəfindən ödənməsidir. Öləkmizdə işə götürən 22% sosial vergi ödəyir. Keçmiş SSRİ ölkələrində, Rusiya və bir sıra Avropa ölkələrində sosial vergi işə götürən və işçi arasında bölüşdürülür. Yarısını sahibkar, yarısını işçi özü ödəyir. Bu da stimul yaradır ki, işə götürən əmək müqaviləsi bağlasın. Bu təcrübənin Azərbaycanda tətbiqinə, verginin işə götürənlə işçi arasında proporsional şəkildə bölüşdürülməsinə ehtiyac var. Çünki, bu imkan verəcək ki, işə götürənlər əmək müqaviləsinin bağlanmasına meylli olsunlar. İkincisi, əmək müqaviləsi olmadan işləyən şəxslər üçün tətbiq olunan cəza tədbirləri sərtləşdirilməlidir. Məsələn, ABŞ-da biznesin qadağan edilməsi, şirkətin bağlanmasına qədər cəza tədbirləri nəzərdə tutulur. O cümlədən Azərbaycanda da cəza tədbirlərinin möhkəmləndirilməsinə ehtiyac var. Üçüncüsü, əmək müqaviləsinin bağlanmasında nəzarətin gücləndirilməsinə ehtiyac var. Eyni zamanda nəzarətin, təftiş strategiyasının gücləndirilməsinə ehtiyac var. Bu, həlli vacib bir məsələdir. Çünki, əmək müqaviləsinin bağlanması işçinin gələcəyinin indidən qurulması deməkdir".

Mövcud problemin qaynağını qanunvericilikdə və əmək bazarında görən ekspert Rəşad Həsənov isə qeyd edir: "Həqiqətən də bu gün ən aktual məsələlərdən biri Azərbaycanda əmək müqavilələrinin bağlanmaması məsələsidir. Ciddi problemdir və uzun müddətdir ki, həm iqtisadçılar, həm də məmurlar bu haqda müzakirələr aparırlar. Problemin qaynağı düşünürəm ki, həm qanunvericilik, həm də ölkədə olan əmək bazarıdır. Hər bir Azərbaycan vətəndaşının rastlaşdığı hallardan biridir ki, sahibkar qarşısında hər hansı bir şərt qoymaq ya işə qəbul olunmamaq, ya da öz işini itirmək deməkdir. Ona görə də vətəndaş öz hüquqlarını tələb edə bilmir. Digər tərəfdən biz təklif edirdik ki, əmək haqqından Dövlət Sosial Müdafiə Fonduna ayırmalar və gəlir vergisi aşağı salınsın. İndi əmək haqqının 22%-ni Dövlət Sosial Müdafiə Fonduna sahibkar ödəməlidir ki, bu da sahibkarlar üçün əlavə xərc deməkdir. Biz təklif edirik ki, verginin həcmi 22%-dən 10%-ə qədər azaldılsın. Bundan başqa əmək müqavilələrində verilən əmək haqqının həqiqətən də doğru göstərilməsi və işçilərlə əmək müqaviləsini mütləq bağlanması üçün tədbirlər görülsün. Nəticə olaraq da əmək müqavilələrinin sayının çoxalması, həqiqətən də insanların rəsmi şəkildə işə qəbul prosesinin sürətlənməsi bu istiqamətdə büdcəyə daxil olan vergi gəlirlərini biz təşviq elədiyimiz faiz dərəcələrinin azaldılmasını kompensasiya edəcəkdik. Əvəzində isə, Azərbaycanda normal qanunauyğun iş mühiti formalaşacaqdı. Gələcəkdə artıq o ənənə yaranandan sonra Azərbaycanda leqal əmək bazarının formalaşmasına nail olmaq olardı. Hal-hazırda isə bu addımlar atılmadı. Gördüyümüz kimi, indi artıq dövlət büdcəsinin vergilərdən formalaşan hissəsinin artırılması istiqamətində işlər aparılır. Bu yaxınlarda müyyən qanunlarda dəyişikliklər edildi. Cinayət Məcəlləsində əmək müqaviləsi bağlamayan şəxlərin həbsinə qədər yol açacaq bir prosedur xəritə müəyyənləşdirildi. Lakin hesab edirəm ki, bunun kökündə həm Azərbaycanda qanunvericilik, vergi dərəcələri və həmçinin əmək bazarında olan işsizlik problemi dayanır. Bütün bunların həlli üçün dövlətin özü xüsusi yol xəritəsi müəyyənləşdirməlidir. Amma bu qısa bir müddətdə həll edilən prosses deyil. 3-5 il müddətində hökümət sahibkarlara vergi güzəştləri tətbiq etməklə və digər yüngülləşdirici şərtlər irəli sürməklə müəssisələrdə əmək müqavilələrinin bağlanmasını təmin edə bilər. Bundan başqa hesab edirəm ki, Azərbaycanda təqaüdlərin hesablanması qaydalarında da dəyişiklik edilməlidir. Təqaüdlər əvvəllər əmək haqqının 80%-i həcmində müəyyənləşdirilirdi. Hal-hazırda isə bu metodologiya dəyişdirilib və hazırdakı vəziyyət yarandıqdan sonra insanlar əmək haqlarının müqavilədə düzgün göstərilməsində maraqlı deyillər. Çünki, əmək haqqının az göstərilməsi onların alacağı təqaüdə bir o qədər də təsir etməyəcək. Bütün bu problemlərin həlli nəticəsində Azərbaycanda əmək bazarının leqallaşdırılmasında müəyyən uğurlar əldə etmək olar".

Mənbə: http://www.movqe.az

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!