Barattson şirkəti Auditorlar Palatası ilə birgə Milli mühasibləri sertifikatla təltif ediblər.
2019-01-15 | Sertifikasiyalar | 4306Barattson şirkəti və Azərbaycan Respublikasının Auditorlar Palatasının birgə təşkilatçılığı ilə Mühasibat uçotu üzrə Milli Sertifikatların təqdimetmə mərasimi keçirilib. Tədbirdə Barattson şirkətinin rəhbəri Elşən Rəhimov, Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri Vahid Novruzov, Milli Sertifikat imtahanını uğurla keçən, eyni zamanda Barattson şirkətinin maliyyə və mühasibatlıq sahəsində təşkil etdiyi təlimləri müvəffəqiyyətlə bitirən namizədlər və media nümayəndələri iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd Milli Sertifikat imtahanını uğurla bitirən namizədləri təltif etmək, bu sahəyə olan diqqət və marağı artırmaqdan ibarət olub.
Tədbiri giriş sözü ilə açan Barattson şirkətinin rəhbəri Elşən Rəhimov mühasibatlıq sahəsinə marağın artırılması və bu sahənin yüksək dinamika ilə inkişafı barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, Barattson şirkətində təşkil olunan hazırlıq kurslarında ACCA tədris standartlarının uğurla tətbiqi və yüksək ixtisaslı maliyyəçilərin hazırlanması barədə danışıb. Milli Sertifikat imtahanının əhəmiyyəti barədə çıxış edən cənab Elşən Rəhimov imtahanı uğurla keçən namizədləri təbrik edib.
Daha sonra Auditorlar Palatasının sədri Vahid Novruzov çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Cənab Vahid Novruzov qeyd edib ki, Barattson şirkəti və Auditorlar Palatası arasında imzalanmış Andlaşma Memorandumuna əsasən iki qurum tərəfindən mühasib və auditorların peşəkarlıq səviyyəsinin artırılmasına əlverişli şərait yaratmaq və birgə fəaliyyət nəticəsində Azərbaycan mühasiblərinin beynəlxalq sertifikasiyasını təmin etmək üçün mühüm addımlar atılır. Barattson və Auditorlar Palatasının təhsil sahəsindəki birgə fəaliyyətindən məmnunluğunu dilə gətirərək, bundan sonra da birgə əməkdaşlıqların davam edəcəyini bildirib. Bu sahəyə olan Dövlət dəstəyindən söz açan cənab sədr imtahanda yüksək nəticə göstərən namizədləri təbrik edib və onlara uğurlar arzulayıb.
Tədbirin gedişatında Milli Sertifikat imtahanını uğurla keçən namizədlər səhnəyə dəvət olunub və sertifikatla təltif olunublar. Qeyd edilib ki ki, bu il təşkil olunan Milli Serifikat imtahanında 35 namizəd iştirak etmiş, 22 namizəd imtahanı uğurla keçmişdir. Tədbir də həmçinin Barattson şirkəti tərəfindən maliyyə və mühasibatlıq sahəsində təşkil olunan təlim kurslarını uğurla bitirən 18 namizəd də sertifikatla təltif olunublar.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.
Məlumat üçün qeyd edək ki, dünya miqyasında tanınan ACCA kvalifikasiyasının Azərbaycanda ən çox yayılmış F3 Mühasibat Uçotu fənnini beynəlxalq standartlara uyğun Azərbaycan dilində yalnız Barattson şirkəti tədris edir. Fənnin tədrisi ilə yanaşı, Milli Mühasibatlıq imtahanı Azərbaycanda yalnız Barattson şirkəti və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə həyata keçirilir.Bu imtahanı uğurla keçən namizədlər Barattson şirkəti və Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən təsdiqlənən Milli Sertifikatla təltif olunurlar.

Sertifikasiyalar bölümünün son xəbərləri |