Beynəlxalq Peşəkar və Təşkilati İnkişaf Şirkəti Bakıda ödənişsiz silsilə seminarlar keçirir.

2018-11-07 | Sertifikasiyalar | 2843

Beynəlxalq Peşəkar və Təşkilati İnkişaf Şirkəti olan "Universitas İnternational" 16 Noyabr 2018-ci ildə ödənişsiz silsilə təlimlərin ikinci sessiyasını keçirəcək.

Təlim dünyanın 30-dan çox ölkəsində ümumi idarəetmə sahəsində 20 ildən artıq təcrübəyə malik olan Kanadalı mütəxəssis tərəfindən keçiriləcəkdir.

16 Noyabrda baş tutacaq təlim təşkilatlar, proqram və layihələr çərçivəsində effektiv planlama və qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyır və təşkilatların səmərəli fəaliyyətinə töhfə verməyə istiqamətlənib. "Məhsuldar olmaq çox çalışmaq demək deyil, effektiv planlama və işi səmərəli şəkildə icra etməkdir," - təlimi keçəcək olan ekspert cənab Valid Madhun deyir.

Silsilə təlimlərin noyabr və dekabr ayları ərzində davam edəcəyi planlaşdırılır. Hər sessiyada müxtəlif mövzular müzakirə ediləcəkdir. Əvvəlki sessiya "Səmərəli kommunikasiya vasitələri"nə həsr olunmuşdu. Növbəti sessiyalarda müzakirəsi nəzərdə tutulan mövzulara daxildir: Nəticəyönümlü idarəetmə, Biznes məlumatlarının təhlili, İnsan Resurslarının İdarə Edilməsi, və.s.

Xüsusilə qeyd ermək lazımdır ki, "Universitas İnternational" universitet və kollec sertifikatlı kurslar təklif edən yeganə Peşəkar və Təşkilati İnkişaf Şirkətidir. Kurslar sertifikat verən universitet və kolleclərin müəllim və tədris üzrə mütəxəssisləri tərəfindən hazırlanır, tədris olunur və qiymətləndirilir. Şirkətin əsas məqsədi dövlət və özəl sektorda fəaliyyət göstərən müəssisələrin strateji, əməliyyat və texniki səmərəliliyinin artırılmasına nail olmaqdır.

Təlim vaxtı: 16 Noyabr, 2018.

Təlim saatı: 14:00

Mənbə:

Sertifikasiyalar bölümünün son xəbərləri

2024-03-19 | Peşəkar Mühasib Sertifikatı imtahanları çətinləşəcək
2023-12-27 | Deputat: Ali təhsili olmayan qiymətləndiricilər fəaliyyət göstərə bilməyəcək, onlar necə olacaq?
2021-10-05 | ARPA tərəfindən Peşəkar Mühasib Sertifikatı mövzusunda seminar keçiriləcək
2021-09-09 | Dövlət İmtahan Mərkəzi “Peşəkar mühasib sertifikatı” imtahanının hər iki mərhələ üzrə vaxtlarını açıqladı (RƏSMİ)
2021-09-03 | DİM və ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) arasında Anlaşma Memorandumu imzalanıb
2021-04-05 | DİM, Peşəkar Mühasib Təşkilatları və Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi arasında görüş keçirildi
2021-03-11 | Peşəkar Mühasib təlim kursuna qeydiyyat davam edir
2021-03-03 | Peşəkar Sığortaçı Sertifikasiyası (PSS1.1) imtahanı
2021-02-23 | Peşəkar Mühasib təlim kursuna qeydiyyat başladı
2021-02-22 | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi peşəkar mühasib təşkilatları ilə əməkdaşlıq memorandumu imzalayıb

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!