Azərbaycanda topdan və pərakəndə satış mərkəzlərində yeni nəsil nəzarət kassa-aparatları quraşdırılacaq

2018-10-26 | İqtisadiyyat | 595

Aksizli və məcburi nişanlanmalı malların idxalı, ölkədaxili istehsalı, dövriyyəsi, topdan və pərakəndə satışına nəzarətin həyata keçirilməsi məqsədilə Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat (Təqib və İzləmə) sisteminin yaradılması nəzərdə tutulur.

"Report" xəbər verir ki, məlumat 2019-cu ilin dövlət büdcə zərfində öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, bundan başqa, malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatının təkmilləşdirilməsi üçün vergi orqanlarının elektron informasiya sisteminə inteqrasiya edilməyə imkan verən yeni nəsil nəzarət kassa-aparatlarının quraşdırılması planlaşdırılır.

Qarşıdakı illərdə büdcə-vergi siyasətində aksizli malların siyahısının genişlənməsi, aksizli malların satış qiymətində aksiz dərəcələrinin xüsusi çəkisinin artırılması, eyni zamanda ölkədə istehsalın artırılması təşviq olunan aksizli mallar üzrə ödənilən aksiz məbləğinin müəyyən hissəsinin dövlət tərəfindən geri qaytarılması prinsiplərinin tətbiqi də nəzərdə tutulub.

Qeyd edək ki, Vergilər Nazirliyinin rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi sahəsində hədəflərindən biri onlayn kassa aparatlarının tətbiqidir. Hazırda nəzarət-kassa aparatlarından nazirliyin sisteminə ötürülən məlumatlar oflayn rejimdə həyata keçirilir. Bu sahədə şəffaflığın təmin olunması üçün yaxın gələcəkdə onlayn kassa aparatlarının tətbiqi planlaşdırılır. Nazirliyin informasiya sistemi ilə onlayn kassa aparatı arasında məlumat mübadiləsi onlayn rejimdə həyata keçiriləcək ki, bu da sistemdə vergi ödəyicilərinin əməliyyat məlumatlarının daha dürüst olmasına və satış mühasibatlığında şəffaflığın təmin olunmasına şərait yaradacaq. Bundan əlavə, kassa aparatları üzrə texniki tələblərə yenidən baxılması planlaşdırılır və bu sahədə dünya təcrübəsi araşdırılır.

Xatrladaq ki, onlayn kassa avadanlığı fiskal operator vasitəsilə mağazaların nağd, kartlarla və elektron pullarla edilən bütün satış dövriyyəsi haqqında məlumat ötürə bilir. Məlumatlar vergi orqanlarına qəbzlərin elektron surəti kimi daxil olur və bazada illərlə qorunub saxlanıla bilir.

Onlayn kassalardan mal və xidmətlər dövriyyəsində şəffaflığı əldə etmək üçün istifadə olunur. Alıcı aldığı elektron qəbzlərin leqallığını istədiyi vaxt yoxlaya bilir. Sistem həmçinin vergi uçotunu və gəlirlərin daxilolmasını mobil tətbiq vasitəsilə xeyli asanlaşdırır. Elektron qəbzlər elektron ünvana və ya satıcıdan tələb olunan istinada yönləndirilir.

Avadanlıqların alınmasına və onlara xidmətlərin göstərilməsinə çəkilən xərclər kimi aşkar narahatlıqlardan əlavə, onlayn kassaların müsbət cəhətləri də var. vOnlayn kassalar analitik alətlərin satışlarını təchiz etməklə kiçik sahibkarları məcburi rəqəmsal dövrə aparır.

Mənbə: https://report.az/hadise/azerbaycanda-topdan-ve-perakende-satis-merkezlerinde-yeni-nesil-nezaret-kassa-aparatlari-qurasdirilacaq/

İqtisadiyyat bölümünün son xəbərləri

2019-09-18 | Tibb sahəsi əlavə dəyər vergisindən azad edilməlidir
2019-09-18 | Sahib Ələkbərov: Vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulmuş şəxslərin sayı artıb
2019-09-18 | İdxal olunmayan mal və xidmətlərə görə cərimələr
2019-09-18 | Mərkəzi Bank uçot dərəcəsini azaldıb
2019-09-05 | Zərurətdən Ehtiyaca: İslam İqtisadiyyatı - ödənişsiz elmi-marifləndirici seminar keçiriləcəkdir.
2019-08-28 | Azərbaycana gətirilən 92 və 95-dən az oktanlı benzin idxal gömrük rüsumundan azad edilib
2019-08-26 | Nazirlər Kabineti dövri və yekun hesabat formalarını təsdiq edib
2019-08-13 | Hesablama Palatası ilə bağlı vergi və mühasibat qanunvericilik aktlarında dəyişikliklər edilib.
2019-07-31 | Azərbaycana gətirilən avtomobillərə gömrük rüsumunun tətbiqinə dair yeni qayda müəyyənləşib
2019-07-31 | Azərbaycandakı əvvəlki və indiki vergi sistemi arasında kəskin fərq var - EKSPERT RƏYLƏRİ

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!