Mənzil kirayəyə verənlərə xəbərdarlıq - BAZAR QİYMƏTİLƏ VERGİ HESABLANACAQ

2018-08-24 | Vergilər | 2946

Şəxsi evini icarəyə verənlər vergi ödəmək üçün hansı prosedurları həyata keçirməlidir və vergini ödəməyən şəxslərə cərimə sanksiyaları tətbiq edilirmi?

Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən bildirilib ki, prosedur qaydalarına görə, vətəndaş evini vergi orqanında qeydiyyatda olan şəxsə kirayə verdikdə ona ödənilən kirayə haqlarından ödəmə mənbəyində 14 faiz vergi ödəməlidir. Bu zaman evini kirayə verən şəxsin vergi orqanında uçota alınmaq, əldə etdiyi icarə haqqından vergi ödəmək və bu barədə vergi orqanına bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

Vətəndaş evini vergi orqanında qeydiyyatda olmayan fiziki şəxsə kirayə verdiyi halda özü yaşadığı yer üzrə vergi orqanına ərizə ilə müraciət edərək vergi orqanında uçota alınmalı və Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) əldə etməlidir. VÖEN şəhadətnaməsini əldə etmək üçün ərizəçinin özünün şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim etməsi kifayətdir. Bundan sonra VÖEN-i olan vətəndaş kirayə haqqından əldə etdiyi gəlirdən dövlət büdcəsinə Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergi ödəməli və növbəti il martın 31-dək vergi orqanına gəlir vergisinin bəyannaməsini təqdim etməlidir.

Bu da həqiqətdir ki, bəzi vergiödəyiciləri kirayə müqavilələrində icarə haqqının məbləğini faktiki məbləğdən az göstərir, bir çox hallarda isə mənzillər heç bir rəsmiləşmə olmadan icarəyə verilir. Başqa sözlə, mənzilin kirayə verilməsi vergi orqanlarından gizlədilir. Belə olan halda vergidən yayınan şəxslərə qanunvericiliklə müəyyən edilmiş inzibati cəzalar tətbiq oluna bilər. Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, kirayə haqqının məbləği müqavilədə tam göstərilmədiyi və ya əmlak müqavilə olmadan icarəyə verildiyi halda vergi orqanları icarə müqaviləsində göstərilən qiymətlə deyil, bazar qiymətləri əsasında vergiləri hesablamaq səlahiyyətinə malikdir. Mənzilini kirayə verənlər vergidən yayındıqda onun barəsində bu məsuliyyət tədbirləri tətbiq oluna bilər:

- Müəyyən olunmuş müddətdə vergi orqanlarında uçota alınmamağa və bəyannamə vermək öhdəliyi olan vergiödəyicisi tərəfindən əldə etdiyi və ya ödədiyi icarə haqlarına görə müəyyən olunmuş müddətdə hesabat təqdim edilməməsinə görə, hər bir nöqsana görə ayrı-ayrılıqda 40 manat (yəni 80 manat) məbləğində maliyyə sanksiyası tətbiq edilir;

* verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləğin faktiki məbləğə nisbətən azaldılmasına, habelə vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılmasına görə azaldılmış və ya yayındırılmış məbləğin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir,

* vergi məbləğləri qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədikdə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən zox olmamaqla, vergi ödəyicisindən və ya ödəmə mənbəyində vergini tutmağa və büdcəyə köçürməyə borclu olan şəxsdən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.

Mənbə:

Vergilər bölümünün son xəbərləri

2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib
2025-09-29 | Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir
2024-12-16 | Azərbaycanda gələn il mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək
2024-12-11 | Azərbaycanda şirkətlərin qeydiyyat məlumatlarında dəyişikliklər elektron qaydada həyata keçiriləcək
2024-11-26 | Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir
2024-11-24 | Riskli vergi ödəyicisi siyahısına daxil edilmə və həmin siyahıdan çıxarılma qaydası müəyyənləşib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!