Notariat haqqında AR Qanununda dəyişikliklər təsdiqləndi
2018-08-21 | Hüquq | 2817Dəyişikliklərə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.
İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və Mülki Məcəllənin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq müddət (əgər qanunla başqa müddət müəyyən edilməmişdirsə) keçmədiyi halda aparılır.
İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat kontorlarına müraciət edə bilərlər.
Tələbkar icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
İcra qeydinin aparılması barədə ərizə Ədliyyə Nazirliyinin "Elektron notariat" informasiya sistemi və ya fiziki şəxslərin yazılı ərizəsi ilə notariat kontoruna daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini icra olunması üçün Ədliyyə Nazirliyinin "Elektron icra" informasiya sisteminə göndərir.
İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.
Dəyişikliklər 1 yanvar 2019-cu il tarixindən qüvvəyə minir.

Hüquq bölümünün son xəbərləri |