Rüsumsuz ticarət mağazalarına nəzarətin təşkilində vergi orqanları iştirak edəcək

2018-06-29 | İqtisadiyyat | 1838

Bu il avqustun 1-dən rüsumsuz ticarət mağazalarına nəzarətin təşkilində gömrük orqanları ilə bərabər vergi orqanlarının iştirakı da təmin ediləcək.

APA-nın məlumatına görə, bu, bu gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilən "İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı"nında əksini tapıb.

Tədbirlər Planına əsasən Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi avqustun 1-dək vergi orqanları əməkdaşlarının rüsumsuz ticarət mağazası yerləşən zonaya buraxılması, mal anbara boşalan zaman vergi və gömrük orqanları əməkdaşlarının birgə nəzarəti və rüsumsuz ticarət mağazalarında malların satışı qaydalarının, malların çeşidinin və satış həcminin dəqiqləşdirilməsini təmin etməlidir. Bu məqsədlə Nazirlər Kabinetinin 2013-cü il 30 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş "Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi Qaydaları"nda dəyişikliklər ediləcək.

Mənbə: http://apa.az

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!