Əməkhaqqından vahid vergi

2018-06-06 | İqtisadiyyat | 2317

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Sahibkarlar Gününə həsr edilmiş konfransda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi sistemi üçün inqilabi dəyişiklik olacaq əməkhaqqından vahid vergi yükü haqqında məlumat verib: "Bu, cənab Prezidentin tapşırığı ilə vergi yükünün azaldılmasına və işçilərin əməkhaqlarının vergiyə cəlb edilməsinin sadələşdirilməsinə yönəldilən islahatdır. İslahat əməkhaqqına tətbiq olunan vahid vergi yükünün müəyyənləşdirilməsini nəzərdə tutur". Nazirin sözlərinə görə, vahid vergi yükünün tətbiqində məqsəd işəgötürənləri əməkhaqlarını leqallaşdırmağa sövq etməkdir: "Hazırda vergi ödəyicisi əməkhaqqı ödənişi ilə bağlı vergi və sosial ayırmalar üçün kifayət qədər vəsait ödəyir. Bu dəyişiklikdən sonra isə əməkhaqqı üzrə gəlir vergisi və sosial ayırmalar üzrə hesablamalar vahid vergi yükü altında cəmləşdiriləcək".

Vahid vergi yükünün faiz məbləğinə gəlincə, vergi üzrə mütəxəssis Emin Səttarov bildirib ki, bu açıqlamanı sahibkarlıq mühiti üçün gözlənilməz, lakin çox sevindirici hal kimi qəbul etmək olar: "Mövcud vəziyyətdə işçilərin əməkhaqqından 14 faiz dərəcə ilə gəlir vergisi və 3,5 faiz dərəcə ilə sosial sığorta ayırmasının tutulması ilə yanaşı, işəgötğrən tərəfindən əlavə olaraq 22+0,5 faiz dərəcəsi ilə sosial sığorta ayırması hesablanır və işəgötürənin vəsaiti hesabına maliyyələşir. Bu isə müəssisələr üçün böyük vergi yükü yaradır. Belə şəraitdə əməkhaqlarını şəffaf şəkildə bəyan etmək azgəlirli sahibkarlar üçün cəlbedici görğnə bilməzdi". Onun sözlərinə görə, beynəlxalq təcrübədə əməkhaqqından vahid verginin tətbiqi təcrübəsi var və bu məbləğ sosial sığorta və vergi məbləğini əvəz edir. Rusiya və Gürcüstanda artıq belə təcrübə mövcuddur: "Adətən, vahid vergi dərəcəsi 20 faiz həddində olur. Yəni əməkhaqqından 20 faiz sosial vergi hesablanıb büdcəyə ödənilir və sahibkar əlavə olaraq sosial sığorta ödəməsi həyata keçirmir. Səsləndirilən təkliflərin qanunvericilikdə təsbit olunacağı halda, sahibkarların vergi yükü xeyli yüngülləşəcəkdir. Hələlik konkret rəqəmlər səsləndirilməsə də, nazirin açıqlamasına əsasən, işçilərin vergi yükünün dərəcəsi 14%-dən artıq olmayacaq".

Millət vəkili Tahir Mirkişili hesab edir ki, hazırda vergi sistemində atılan və planlaşdırılan addımlar iqtisadiyyata stimullaşdırıcı təsir göstərəcək: "Qeyri-rəsmi məşğulluq iqtisadi inkişafa mane olan amillərdəndir və buna qarşı inzibati yollarla mübarizə aparılır. Əməkhaqqına vergi yükünün azaldılması sahibkarların öz işçilərini rəsmi qeydiyyata almaları üçün mühüm bir stimul olacaq. Bu addım iqtisadiyyatda uçotun və hesabatlılığın səviyyəsini də xeyli artıracaq".

FƏXRİYYƏ

Mənbə: http://vergiler.az/art-view/7201/

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!