Maliyyə Nazirliyi KOS-də çalışan mühasibləri pulsuz treninqə dəvət etdi

2018-06-06 | Sertifikasiyalar | 1140

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kiçik və Orta Sahibkarlıq (SME və ya KOS)subyektlərində çalışan mühasibləri ödənişsiz təlimə dəvət edib.

Məlumata görə, ölkə prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin 4.2.5-ci "Mühasibat Uçotunun Beynəlxalq Standartlarının KOS subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması" tədbiri üzrə əsas icraçı qurum olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "KOS subyektlərində mühasibat uçotunun aparılması" mövzusunda təlimlərə başlayıb.

Təlimlər ödənişsiz olaraq, hər qrup üzrə 8-10 həftə ərzində keçiriləcək.

Qeydiyyat üçün tələb olunan sənədlər:

  1. Şəxsiyyət vəsiqəsi (surəti və ya skan olunmuş);
  2. Namizəd haqqında məlumat (CV);
  3. İş yeri haqqında arayış (yazılı, skan olunmuş və ya elektron hökumət portalından arayış).
Tələb olunan sənədləri 01.07.2018-ci il tarixinə qədər tedrismaliyye@gmail.com ünvanına göndərə və ya Maliyyə Elm-Tədris Mərkəzinə (Bakı şəhəri, Heydər Əliyev prospekti 10) təqdim edə bilərsiniz.

Əlavə məlumat üçün tel: 012 4048159; 012 5668477.

Mənbə: http://banker.az/maliyy%C9%99-nazirliyi-kos-d%C9%99-calisan-muhasibl%C9%99ri-pulsuz-treninq%C9%99-d%C9%99v%C9%99t-etdi/

Sertifikasiyalar bölümünün son xəbərləri

2019-09-26 | Vergiler.az saytının yeni rubrikası istifadəyə verilib
2019-01-15 | Barattson şirkəti Auditorlar Palatası ilə birgə Milli mühasibləri sertifikatla təltif ediblər.
2018-11-07 | Beynəlxalq Peşəkar və Təşkilati İnkişaf Şirkəti Bakıda ödənişsiz silsilə seminarlar keçirir.
2018-10-09 | Mühasiblərin peşəkar sertifikasiyası - xarici təcrübə (Polşa).
2018-06-06 | Maliyyə Nazirliyi KOS-də çalışan mühasibləri pulsuz treninqə dəvət etdi
2018-03-01 | UNEC-də vergi sahəsində təlim kurslarına start verilib
2017-09-14 | Vergilər Nazirliyinin Tədris Mərkəzində "ACCA" sertifikatlaşdırma imtahanları təşkil edilib
2015-07-14 | Azərbaycan dilində və Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılan mühasibatlıq üzrə ilk sertifikasiya proqramı.
2015-05-15 | Artıq CFA imtahanına pulsuz hazırlaşmaq imkanı yaranıb!
2014-04-30 | "CFA-I" imtahanına hazırlıq kursu

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!