Minimum əməkhaqqı ləğv oluna bilər.

2013-01-30 | İqtisadiyyat | 3025

Rövşən Ağayev: “Artıq dünyada daha çox aylıq yox, saatlıq və sahəvi minimum əmək haqqına keçid var”

Qonşumuz Arzu restoranda aşpaz köməkçisidir. 12 saatlıq rejimdə çalışır. Bunun müqabilində isə gündəlik 8 manat əməkhaqqı alır. Arzu istirahətsiz işləyir, ayı 240 manata. Ayın 360 saatını işləyən xanımın əməkhaqqı 1 saat üçün cəmi 70 qəpik də etmir. Təəssüflə qeyd etməliyik ki, Azərbaycanda əməyin ödənişi mexanizmi işləmir. Dünya praktikasında isə olduqca effektiv mexanizmlər mövcuddur. Məsələn, əməkhaqqının iqtisadiyyatın müxtəlif sahələrinə görə saathesabı hesablanması kimi müsbət mexanizmlərin Azərbaycanda da tətbiqi mümkündürmü?

Qeyd edək ki, ölkəmizdə əməkhaqqı işəmuzd və günəmuzd hesablanır. Əmək qanunvericiliyinə əsasən, özəl sektor minimum əməkhaqqı prinsipinə riayət etməklə əməkhaqqı təyinatında sərbəstdir. Yəni təyin olunmuş əməkhaqqı heç bir halda müəyyənləşdirilmiş minimum əməkhaqqının səviyyəsindən aşağı olmamalıdır. Minimum əməkhaqqı məbləğinin müəyyənləşdirilməsi isə ölkə prezidentinin səlahiyyətində olan məsələdir. Dövlət sektorunda əməkhaqqı təyinatı bir qədər fərqli üsulla aparılır. Burada Nazirlər Kabinetinin müəyyənləşdirdiyi 19 dərəcəli vahid tarif cədvəlindən istifadə edilir.

Belçikada bir saat üçün işçiyə orta hesabla 39 avro ödənilir

Maraqlı bir statistikanı da diqqətinizə çatdıraq. 2012-ci ilin göstəricilərinə görə, Avropada ən çox əməkhaqqı alanlar Belçika sakinləridir. Burada iş yerində keçirilmiş bir saat orta hesabla 39,3 avro qiymətləndirilir. Nəzərə alsaq ki, Avropa İttifaqı ölkələrində bir saata görə orta əməkhaqqı 23 avronu azca ötür, onda bunu çox yüksək göstərici saymaq olar. Bütün Avropa üzrə yayılmış böhrana rəğmən, Belçikada son iki il ərzində əməkhaqqılar artmaqda davam edib. Hələ 2010-cu ildə “orta statistik” belçikalı bir saatda cəmi 38,2 avro qazanırdı (banker.az).

Siyahıda ikinci yeri Fransa tutur, burada bir iş saatının qiyməti təxminən 34,2 avroya bərabərdir. Lüksemburqda isə bu göstərici 33,7 avrodur. Üçüncü yeri tutmasına baxmayaraq, bu ölkə ən yüksək həyat keyfiyyətinə görə Avropa İttifaqı ölkələri sırasına liderlik edir. Lüksemburqda bu əmsal Aİ ölkələrinin orta göstəricisindən 50% daha yüksəkdir. Almaniyada isə işçiyə bir saatlıq işinə görə orta hesabla 30,10 avro ödəyirlər. Ən az saatlıq əməkhaqqı isə Bolqarıstanda qeydə alınıb. Bu ölkədə orta hesabla 60 dəqiqəlik əməyə görə ödənilən haqq cəmi 3,5 avroya bərabərdir. Göründüyü kimi, ən az alan bolqarıstanlılar belə, 1 saat üçün bizdəkindən 5 dəfədən çox əməkhaqqı alırlar.

Azərbaycanda mexanizm dəyişməlidir

Azərbaycanda əməyin ödənişi hansı mexanizmlə həyata keçirilir? Saata görə minimum əməkhaqqı sisteminin tətbiqi ölkəmizdə mümkündürmü? İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Rövşən Ağayevin sözlərinə görə, dünyanın heç bir yerində bizdəki formada tətbiq olunan minimum əməkhaqqı sistemi yoxdur:

“Azərbaycanda bu gün ucdantutma bütün iqtisadiyyat üzrə vahid bir minimum əməkhaqqı sistemi tətbiq etmək mövcud dövrün tələblərinə cavab vermir. Dünya praktikasında sahəvi əməkhaqqı sisteminin tətbiqi daha geniş yayılıb. Əməkhaqqının minimum səviyyəsi əməyin dəyərinin ən aşağı həddinin göstərilməsidir. Ümumi nəzəriyyəyə görə, əməkhaqqı iki vacib meyar əsasında müəyyənləşir: əməyin intensivliyi və əməyin mürəkkəbliyi. Əməyin intensivliyi onu göstərir ki, işçi nə dərəcədə intensiv şəkildə enerji sərf edir. Əməyin mürəkkəbliyi isə o deməkdir ki, işçi o əməyi görmək üçün nə dərəcədə bilikli və bacarıqlı olmalıdır. Bu iki meyar əməkhaqqının həcmini müəyyənləşdirir. Minimum əməkhaqqı ən aşağı səviyyədir, bu, ixtisassız əməyin dəyərini ifadə edir. Məsələn, təhsildə müəllim əməyi 7-ci dərəcədən tarifikasiya olunmağa başlayır. Yeddinci dərəcəyə qədər texniki işçilərin əməyi tarifikasiya olunur. Eyni qaydada səhiyyədə bu mexanizm işləyir. Ola bilməz ki, yeddinci dərəcə müəllimin əməyi ilə 7-ci dərəcə həkimin əməyi eyni mürəkkəbliyə, intensivliyə malik olsun”.

R.Ağayevin sözlərinə görə, artıq dünyada daha çox aylıq yox, saatlıq minimum əmək haqqına keçid var. Ekspert bildirir ki, Azərbaycanda da bu mexanizmə keçidə ehtiyac var:

“Minimum əmək haqqı müəyyənləşəndə təhsil sistemində bir saatlıq əməyin haqqı fərqli olmalıdır, səhiyyədə fərqli. Yəni iqtisadiyyat üzrə əməkhaqqı təyinatı sistemini tətbiq etmək, minimum normativ müəyyənləşdirmək olar. Çünki dövlət özəl sektorda əməkhaqqı müəyyənləşdirə bilməz. Əmək nəzəriyyəsində də var ki, minimum əməkhaqqı ona görə sosial normativ hesab olunur ki, dövlət işçinin mənafeyini qoruyur. Beynəlxalq Əmək Təşkilatının minimum əməkhaqqının müəyyən edilməsi haqqında konvensiyasında göstərilir ki, hökumət minimum əməkhaqqının səviyyəsini işçinin özünün və ailəsinin minimum təminatına yetəcək səviyyədə müəyyənləşdirməlidir. Özəl sektor özbaşına qalsa, bu, minimum səviyyəni təmin etməyəcək. Ona görə də hökumət bir neçə sosial normativ var ki, o tənzimləmə rıçaqlarını əlində saxlayır. Amma saatlıq minimum əməkhaqqı mexanizmi də tətbiq olunmalıdır. Tutaq ki, həkimin, müəllimin saatlıq minimum əməkhaqqı müəyyənləşməlidir. Bu baxımdan, mən düşünürəm ki, indiki minimum əməkhaqqı tənzimləmə sistemi dəyişməlidir və saatlıq, həm də sahəvi əməkhaqqı sistemi tətbiq edilməlidir. Hər bir sahədə əməyin intensivliyinə, mürəkkəbliyinə görə əməkhaqqının məbləğində fərqlər qoyulmalıdır. Düzdür, bir qədər mürəkkəb sistemdir, amma biz buna mütləq keçməliyik. Bütövlükdə bu, əməkhaqqının tənzimlənməsi sistemi adlanır, çox təəssüflə qeyd etməliyəm ki, Azərbaycanda bu sistem zəif işləyir, bu sistemə yeni baxışa ehtiyac var. Ola bilməz ki, dövlət qulluğunda işləyən texniki işçinin əməkhaqqı müəllim əməyindən yüksək olsun. Bu, onu göstərir ki, Azərbaycanda əməkhaqqının tənzimlənməsi sistemi effektiv işləmir və bunun təkmilləşdirilməsinə ehtiyac var.

Mənbə: www.kaspi.az

İqtisadiyyat bölümünün son xəbərləri

2024-12-05 | İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib
2024-11-28 | Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi
2024-11-25 | Kartdan karta işləyən 150 sahibkara maliyyə sanksiyası tətbiq edilib
2024-11-24 | Dövlət Vergi Xidmətinin rəisi: Sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısı alınacaq
2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!