Maliyyə mübadiləsi barədə fərdi məlumatların verilməsi qaydaları dəyişdirilir
2018-03-27 | Hüquq | 2691Azərbaycanda vergi və maliyyə mübadiləsi ilə bağlı fərdi məlumatların verilməsi qaydaları dəyişdirilir.
APA-nın məlumatına görə, "Fərdi məlumatlar haqqında" qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hədlərdə və qaydada müvafiq icra hakimiyyəti orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına verilməsi təklif olunur.
Qeyd edək ki, hazırda qüvvədə olan maddəyə görə, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hədlərdə və qaydada birbaşa və ya müvafiq icra hakimiyyəti orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına verilir.
Layihə Milli Məclisin aprelin 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
"Fərdi məlumatlar haqqında" AR Qanunu
Mənbə: https://apa.az

Hüquq bölümünün son xəbərləri |