Vergi menecmenti ixtisasının yaradılmasına ehtiyac var

2018-02-16 | İqtisadiyyat | 2041

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov çıxışında insan kapitalının formalaşmasında tədris müəssisələrinin rolundan danışıb. Bildirib ki, zəngin bazar təcrübəsi olmayan ölkələrdə iş yerində təcrübə toplamaqla insan kapitalının formalaşdırılması əksər hallarda gözlənilən nəticəni vermir: "Belə olan halda ali təhsil müəssisələrinin fəaliyyətinin vacibliyi ön plana çıxır və UNEC bu missiyanı yerinə yetirməyə hazırdır. Azərbaycanda əvvəllər həyata keçirilməyən, ancaq bu gün böyük bir zərurətə çevrilən yeni ixtisaslar üzrə kadr hazırlığının aparılması müasir dövrün tələbidir.

Məsələn, vergi sahəsində mütəxəssis hazırlığı ya iqtisadiyyat, ya da hüquq üzrə formalaşdırılır. Həmin kadrlar qanunvericiliyin icrasına nəzarət mexanizmini iqtisadçı və hüquqşünas kimi görürlər. Azərbaycanda iqtisadçı və hüquqşünas ixtisaslarının kəsişməsində formalaşan yeni bir ixtisasa ehtiyac var. Bu, vergi menecmenti ixtisasıdır. Bu ixtisas iqtisadçıların, hüquqşünasların fəaliyyətini koordinasiya etməklə həm də vergi məsləhətçilərinin və mühasiblərin işini həyata keçirə bilər. Bu, planlaşdırma baxımından da çox önəmlidir. Özəl şirkətlərdə vergi planlaşdırılmasının həyata keçirilməsi baxımından da belə kadrlara böyük ehtiyac var. Azərbaycan Dövlət İqtisad Universiteti həmin ixtisas üzrə kadr hazırlığının sertifikat proqramı çərçivəsində həyata keçirməyə hazırdır".

Bildirilib ki, 2018-ci ilin fevral ayınının 26-dan UNEC-in təşəbbüsü ilə buraxılış kurslarının 100 tələbəsi üçün üç istiqamətli vergi ixtisasları üzrə bir aylıq təlim kursları təşkil olunacaq: "Bu kursları UNEC ekspertləri ilə yanaşı, Vergilər Nazirliyi və digər qurumlardan dəvət olunmuş mütəxəssislər həyata keçirəcəklər. Məqsədimiz təlim iştirakçılarının diqqətinə vergi inzibatçılığının inkişaf istiqamətlərini, müasir təhlil texnologiyalarını çatdırmaq, onları məlumatlandırmaqdır".

UNEC rektorunun sözlərinə görə, mövcud vergi bazasının müəyyən edilməsi və bunun əsasında vergi proqnozlaşdırılmasının həyata keçirilməsi vacibdir: "Bu işin həyata keçirilməsi üçün obyektiv və real məlumat bazasının formalaşdırılması istiqamətində Vergilər Nazirliyi ilə universitetimiz arasında əməkdaşlığı faydalı hesab edirəm".

Mənbə: http://vergiler.az/art-view/6857/

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!