MCC kodları Palata və Vergilər Nazirliyinə təqdim olunacaq

2018-01-10 | İqtisadiyyat | 2154

10 yanvar 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) "Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları" üzrə Ekspert Qrupunun 2018-ci il üzrə ilk iclası keçirilib.

İclasda ABA-nın icraçı direktoru Yunus Abdulov, ABA-nın "Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları" üzrə Ekspert Qrupunun sədri Məhəmməd Məmmədov və Expert Qrupunun digər üzvləri iştirak edib.

İclas zamanı Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və Vergilər Nazirliyi ilə əldə edilmiş, MCC kodların (Merchant category code) siyahısının rüblük əsasda yenilənərək Palata və Nazirliyə təqdim edilməsi məsələsi müzakirə olunub və razılıq əldə edilib.

Həmçinin, iclasda Qrupun 2018-ci il üzrə İş Planı müzakirə olunub. Müzakirə zamanı İş Planının əsas istiqamətlərinə və yeni ildə görüləcək işlərə toxunulub. Eləcə də, Elektron ticarət qaydasında edilən ödənişlərin həcminə dair banklardan statistik məlumatların toplanması və onun əsasında araşdırmanın hazırlanması nəzərdə tutulub.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

Mənbə: http://marja.az/news/18983?title=mcc-kodlari-palata-ve-vergiler-nazirliyine-teqdim-olunacaq

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!