Daşınmaz əmlakın kütləvi inventarlaşdırılması və qiymətləndirilməsi günün aktual məsələsidir

2017-12-30 | İqtisadiyyat | 1379

Azərbaycanda daşınmaz əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi üzrə qurum yaratmaq təklif olunur.

Daşınmaz əmlak üzrə ekspert Rəşid Heydərov Trend-ə bildirib ki, daşınmaz əmlak idarəçiliyinin təkmilləşdirilməsi sahəsində son dövrlərdə ölkədə aparılan uğurlu siyasətin davamı olaraq Azərbaycanda daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsini və aparılmasını təmin etmək məqsədilə Azərbaycan Prezidentinin 27 iyul 2010-cu il tarixli 308 nömrəli fərmanı ilə "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları" təsdiq edilib:

"Bu Qaydalar imkan yaradır ki, Azərbaycan ərazisində mülkiyyət formasından asılı olmayaraq bütün növ daşınmaz əmlakların texniki inventarizasiya işləri aparılaraq onların kəmiyyət və keyfiyyət göstəriciləri müəyyənləşdirilsin və olkə üzrə daşınmaz əmlakların vahid elektron kadastr məlumat bankı yaradılsın. Hazırda belə bir məlumat bankına ölkədə böyük ehtiyac var. Məlumat bankından müxtəlif dövlət qurumları, bələdiyyələr, hüquqi və fiziki şəxslər pullu və ya pulsuz şəkildə yararlana bilərlər. Bu məlumat bankı ölkədə yaradılıb inkişaf etdirilməsi nəzərdə tutulmuş "Milli Məkan Məlumatları İnfrastrukturu"nun bazası rolunu oynaya bilər".

Ekspert qeyd edib ki, qeyd olunan işlərin xüsusi dövlət əhəmiyyətli və rentabelli bir iş olduğunu nəzərə alaraq ayrıca bir tam təsərrüfat hesabı prinsipi ilə fəaliyyət göstərən, müstəqil balanslı "Texniki İnventarlaşdırma və Qiymətləndirmə Mərkəzi" (TİQM) yaradılması daha məqsədəuyğun olardı: "Bu qurum "Aztexinventarlaşdırma" da adlandırıla bilər. Qonşu Rusiyada daşınmaz əmlakın dövlət retestrini aparan "Rosreestr"lə yanaşı belə bir qurum, səhmləri 100% dövlətə məxsus olan "Rostexinventarizasiya" Səhmdar Cəmiyyəti adı ilə fəaliyyət göstərir. Bu təşkilat, həm də günümüzün aktuallığı olan daşınmaz əmlak idarəçiliyi sahəsində Türk Dövlətlərinin Ortaq Qurumunun yaradılması üçün benefisiar təşkilat rolunu oynaya bilər".

Mənbə: https://az.trend.az/business/economy/2842347.html

İqtisadiyyat bölümünün son xəbərləri

2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək
2021-10-06 | Azərbaycanda dövlət satınalmaları barədə qaydalar dəyişib
2021-10-05 | Video təlim platforması sahibkarların istifadəsinə verilib
2021-09-17 | Azərbaycanda əməkhaqqı və sosial ödənişlər ARTIRILACAQ
2021-01-30 | Vergi və rüsumlar üzrə güzəşt və azadolmalara dair məlumatlar müəyyənləşəcək
2021-01-23 | ARPA işçilərin icbari sığortası mövzusunda Vebinar keçirdi
2021-01-15 | Mikayıl Cabbarov: İşğaldan azad olunmuş ərazilərə xüsusi güzəştli iqtisadi rejimin tətbiqi təklif olunur

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!