Sahibkarlar tərəfindən aparılan maliyyə əməliyyatlarının tamamilə nağdsızlaşdırılması nəzərdə tutulub

2017-12-22 | İqtisadiyyat | 1398

Strateji Yol Xəritəsində müəyyən edilmiş hədəflərə çatmaq üçün hazırlanmış müvafiq Dövlət Proqramının əsas məqsədi iqtisadiyyatda nağdsız ödənişlərlə aparılan tranzaksiyaların əhəmiyyətli dərəcədə genişlənməsidir.

AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, bununla da nağd ödənişlərin miqyasının minimuma endirilməsi, eləcə də bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi, nağd pul tədavülü ilə bağlı yaranan tranzaksiya xərclərinin azaldılması gözlənilir.

Sözügedən proqram çərçivəsində rəqəmsal iqtisadiyyata keçidlə bağlı infrastrukturun gücləndirilməsi, effektiv tənzimləmə metodlarının tətbiqi, ödəniş sistemlərinin texniki inkişafı, mobil operatorlara rəqəmsal ödəniş fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi, milli ödəniş sistemi və bank hesabları arasında inteqrasiyanın artırılması nəzərdə tutulur.

Qeyd olunub ki, əsas prioritetlər sırasında sahibkarlıq subyektləri tərəfindən aparılan maliyyə əməliyyatlarının tamamilə nağdsızlaşdırılması, rəqəmsal ödənişlər üçün komisyon haqların ödənişində güzəştlərin müəyyənləşdirilməsi də yer alıb.

Bu hədəflərə nail olmaq üçün internet və mobil bank sistemlərində elektron imzanın əhatə dairəsinin 2020-ci ildə 80-100 faiz səviyyəsinə qaldırılması, POS-terminallar vasitəsilə həyata keçirilən əməliyyatların məbləğinin 400 milyon manatdan 2,7 milyard manatadək artırılması, nağdsız qaydada həyata keçirilən kart əməliyyatlarının xüsusi çəkisinin 2020-ci ilədək 30 faizə, 2025-ci ilədək 50 faizə, 2025-ci ildən sonra isə 80 faizə çatdırılması planlaşdırılıb.

Mənbə: https://azertag.az

İqtisadiyyat bölümünün son xəbərləri

2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək
2021-10-06 | Azərbaycanda dövlət satınalmaları barədə qaydalar dəyişib
2021-10-05 | Video təlim platforması sahibkarların istifadəsinə verilib
2021-09-17 | Azərbaycanda əməkhaqqı və sosial ödənişlər ARTIRILACAQ
2021-01-30 | Vergi və rüsumlar üzrə güzəşt və azadolmalara dair məlumatlar müəyyənləşəcək
2021-01-23 | ARPA işçilərin icbari sığortası mövzusunda Vebinar keçirdi
2021-01-15 | Mikayıl Cabbarov: İşğaldan azad olunmuş ərazilərə xüsusi güzəştli iqtisadi rejimin tətbiqi təklif olunur

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!