ASC-lər bu məlumatları hər il dərc etməyə borcludurlar - DƏYİŞİKLİK

2017-05-23 | Hüquq | 3101

Mülki Məcəllənin 99,2-ci maddəsi yeni redaksiyada qüvvəyə minib.

"Marja" xəbər verir ki, bundan sonra açıq səhmdar cəmiyyətləri (ASC) nəyinki balanslarını, götürdükləri kredit, investisiya həcmi və mənbəyi, vəzifəli şəxslər və s. barədə məlumatları da hər il dərc etməyə borclu olacaqlar.

İndiyədək 99,2-ci maddədə göstərilirdi ki, açıq səhmdar cəmiyyəti illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün hər il dərc etməyə borcludur.

Yeni redaksiya isə aşağıdakı şəlkildədir.

Açıq səhmdar cəmiyyəti illik hesabatını və mühasibat balansını, habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur:

- hesabat dövrü üzrə maliyyə göstəriciləri;

- aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər;

- cəlb edilmiş maliyyə vəsaitləri;

- idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri;

- idarəetmə strukturu;

- inkişaf siyasəti;

- səhmdar kapitalının gəlirliyi və dividend siyasəti;

- idarəetmə orqanlarının üzvlərinə verilən ödənişlər;

- investisiyaların həcmi və mənbəyi;

- cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi;

- ictimai layihələr.

Mənbə: http://marja.az/news/7575

Hüquq bölümünün son xəbərləri

2023-04-01 | Gecikməyə görə borcludan məbləğin illik 5 faizindən artıq - Tələb Oluna Bilinməyəcək
2023-04-01 | Azərbaycanda borc müqaviləsi anlayışına - DƏYİŞİKLİK EDİLİB
2021-11-19 | DİQQƏT! Əmək Qanunvericiliyi ilə bağlı İnzibati Xətalar Məcəlləsində YENİ VƏ AKTUAL CƏRİMƏ NÖVÜ
2021-06-01 | Uyğunluq sertifikatı olmayan qeyri-ərzaq mallarının idxalı və satışı qanuna ziddir
2021-03-23 | Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Qanunda dəyişikliklər təsdiq edilib
2020-11-23 | Saxta nişanlanmış mallara görə - 5 İlədək Həbs!
2020-08-31 | BNA taksi fəaliyyətinə daha ciddi nəzarət üçün konsepsiya hazırlayıb
2020-08-10 | Azərbaycana daxil olan xarici yük daşıyıcıları ilə bağlı qanun hazırlanacaq
2020-07-04 | Ticarət festivallarının təşkili Qaydasında dəyişiklik olunub
2020-06-01 | Dövlət rüsumu haqqında Qanuna dəyişikliklər qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!