AR Vergi Məcəlləsində dəyişikliklər edilib.

2017-05-20 | Vergilər | 1507

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının Vergi Məcəlləsində aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 13.2.41-1-ci maddə əlavə edilsin:

"13.2.41-1. Publik hüquqi şəxs – "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bu cür müəyyən edilmiş qurumdur.".

2. 24.0.7-ci maddəyə "kommersiya" (birinci halda) sözündən sonra "və publik" sözləri əlavə edilsin.

3. 33-cü maddə üzrə:

3.1. 33.1-ci maddənin ikinci bəndinin birinci cümləsinə "şəxslərinə," sözündən sonra "publik hüquqi şəxslərə," sözləri əlavə edilsin;

3.2. 33.4-cü maddənin birinci bəndinin birinci cümləsinə "şəxsləri," sözündən sonra "publik hüquqi şəxslər," sözləri əlavə edilsin.

4. 34.1-ci maddənin birinci, ikinci və üçüncü bəndlərinə "şəxsləri," sözündən sonra "publik hüquqi şəxslər," sözləri əlavə edilsin.

5. 58.7-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"58.7-1. "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir:

58.7-1.1. həmin Qanunun 3.3-cü, 3.4.4-cü və 3.4.7-ci maddələrinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə;

58.7-1.2. həmin Qanunun 3.4.1-ci maddəsinin tələblərini pozmaqla pul vəsaitlərini nağd qaydada qəbul edən lizinq verənə, kreditləri nağd qaydada verən kredit verənə;

58.7-1.3. həmin Qanunun 3.4.2-ci maddəsinin tələblərini pozmaqla nağd qaydada sığorta ödənişlərini edən və sığorta haqlarını nağd qaydada qəbul edən sığortaçıya və ya təkrarsığortaçıya;

58.7-1.4. həmin Qanunun 3.4.3-cü maddəsinin tələblərini pozmaqla xidmət haqlarını və digər yığımları nağd qaydada qəbul edən şəxsə;

58.7-1.5. həmin Qanunun 3.4.5-ci maddəsinin tələblərini pozmaqla stasionar telefon və kommunal xidmətlərin haqqını nağd qaydada qəbul edən şəxsə;

58.7-1.6. həmin Qanunun 3.4.6-cı maddəsinin tələblərini pozmaqla faizsiz pul vəsaitlərini (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaları nağd qaydada ödəyən və qəbul edən şəxsə;

58.7-1.7. həmin Qanunun 3.4.8-ci maddəsinin tələblərini pozmaqla təhsil haqlarını nağd qaydada qəbul edən şəxsə;

58.7-1.8. həmin Qanunun 3.4.9-cu maddəsinin tələblərini pozmaqla nağd qaydada ödəmələri qəbul edən şəxsə.".

6. 58.8-ci maddənin birinci abzasında "130-1-ci" sözləri "130.1-1-ci" sözləri ilə əvəz edilsin.

7. 190.2-ci maddəyə "almaz" sözündən sonra ", xəz-dəri məmulatları" sözləri əlavə edilsin.

8. 190.4-cü maddənin birinci abzasına "almaza" sözündən sonra ", xəz-dəri məmulatlarına" sözləri əlavə edilsin.

9. 202.0.3-cü maddədən "və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda" və hər iki halda "və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu" sözləri çıxarılsın.

10. 218.5.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 218.5.7-ci maddə əlavə edilsin:

"218.5.7. publik hüquqi şəxslər.".

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 aprel 2017-ci il.

Mənbə: http://azertag.az

Vergilər bölümünün son xəbərləri

2020-09-01 | Könüllü və intizamlı vergi ödəyicisi imici qazanmaq üçün vergi uçotu məlumatları diqqətdə saxlanılmalıdır
2020-08-28 | Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqlarının hesablanması
2020-08-28 | Anbarı və istehsal sahəsi olmayan vergi ödəyicilərinin riskləri
2020-08-10 | Bir neçə sahədə çalışan vergi ödəyicisinin vergi öhdəliyinin tənzimlənməsi
2020-07-04 | Zərərlərin növbəti ilin gəlirləri hesabına kompensasiya edilməsi
2020-07-03 | Korporativ sosial məsuliyyət xərclərinin vergidən azadolunma meyarları
2020-07-01 | Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı mübarizə sahəsində vergi orqanlarına dəstək Tvinninq layihəsi başa çatıb
2020-06-22 | Taksi fəaliyyətinə görə ödənilən vergilərdə artım olubmu?
2020-06-22 | Zəruri ərzaq məhsullarının ƏDV-dən azad edilməsi
2020-06-19 | Riskli vergi ödəyicilərinə qarşı yoxlama və nəzarət tədbirləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!