İcbari sığortanın tətbiqi səhiyyədə maliyyə sistemini tamam dəyişəcək

2013-10-30 | İqtisadiyyat | 2984

Səhiyyə Nazirliyi Azərbaycanda İcbari tibbi sığortanın tətbiqi məsələsinə aydınlıq gətirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli jurnalistlərə açıqlamasında deyib ki, 2008-ci ildə Səhiyyə Nazirliyi tərəfindən İcbari tibbi sığortanın konsepsiyası hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

Bundan sonra Nazirlər Kabineti yanında müvafiq agentliyin yaradıldığını deyən A. Qədirli qeyd edib ki, yeni agentliyin fəaliyyətinə nazirliyin heç bir aidiyyəti yoxdur: "Sadəcə, bildiyimə görə, bu gün icbari tibbi sığortanın tətbiqi prosesi ona görə ləngiyir ki, bu istiqamətdə həm maliyyə mexanizmləri, həm qurumlar arasında münasibətlər mexanizmi, həm də klinikaları seçmə mexanizmi işlənir. Səhiyyə Nazirliyinin hazırladığı konsepsiyada bir çox məsələ var. Bu mexanizmlər qısa zaman ərzində dəqiqləşəcək. İcbari tibbi sığortanın tətbiqi çox mühüm və səhiyyədə maliyyə sistemini dəyişdirən bir məsələdir. İndiki səhiyyə sisteminin maliyyələşdirilməsi köhnə qayda ilə gedirdi. İcbari sığortanın tətbiqi bu sistemi tamam dəyişəcək".

Mənbə:

İqtisadiyyat bölümünün son xəbərləri

2024-12-05 | İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib
2024-11-28 | Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi
2024-11-25 | Kartdan karta işləyən 150 sahibkara maliyyə sanksiyası tətbiq edilib
2024-11-24 | Dövlət Vergi Xidmətinin rəisi: Sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısı alınacaq
2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!