2017-də büdcə-vergi siyasəti üzrə bu tədbirlər görüləcək

2016-10-02 | İqtisadiyyat | 2490

GƏLİRLƏR ÜZRƏ:

-Qeyri-neft gəlirlərinin qeyri-neft ümumi daxili məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin artırılması;

-Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması;

-Dövlət büdcəsinə hesablanmış vergilərin və sair daxilolmaların yığım faizinin artırılması, əvvəlki illərdən qalmış vergi borclarının dövlət büdcəsinə alınması;

-Vergi ödəyicilərinin optimal gəlirliliyini və investisiya mühitini daha da yaxşılaşdırmaq məqsədilə vergi yükünü optimallaşdırmaqla qeyri neft sektorundan vergi daxilolmalarının artımına nail olmaq;

-Sadələşdirilmiş verginin tətbiqi dairəsinin genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi;

- Vergi bazasının genişləndirilməsi və vergi uçotunun təkmilləşdirilməsi istiqamətində səmərəli vergi nəzarəti mexanizminin qurulması (elektron qaimə-faktura sisteminin tətbiqi, nagdsız əməliyyatların stimullaşdırılması, güzəştli vergi tətbiq edilən ərazilərdə (ofşorlarda) fəaliyyət göstərən vergi ödəyiciləri ilə əməliyyatlara vergi nəzarəti);

-İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Qlobal Forumu çərçivəsində vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə yüksək beynəlxalq reytinq əldə etmək və bu reytinqi daima saxlamaq məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi;

-Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı qaydalarının sadələşdirilməsi;

-Nizamnamə fondunda və yaxud səhmlərində dövlətin payı olan müəssisələrdə müvafiq təhlillər aparmaqla həmin paylara görə dövlət büdcəsinə dividendlərin alınması istiqamətində işlərin davam etdirilməsi;

-Hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə yığım faizinin artırılması istiqamətində işlərin davam etdirilməsi;

-Ölkənin şəhər və rayonları üzrə yerli gəlir və xərclərin tarazlaşdırılması üçün həmin ərazilərdə faktiki fəaliyyət göstərən ödəyicilərin vergiləri hesabına maliyyə yardımının (dotasiyanın) azaldılması istiqamətində işlərin davam etdirilməsi;

-Gömrük tarifləri sisteminin daha azpilləli sistemə keçidinin təmin edilməsi üçün işlərin davam etdirilməsi;

-Dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması

XƏRCLƏR ÜZRƏ:

-Müdafiə olunan xərc maddələri istisna olmaqla, digər xərc maddələri üzrə fiskal yığcamlaşdırma siyasətinin və dövlət sektorunda xərclərin səmərəliliyinin artırılması istiqamətində işlərin davam etdirilməsi;

- Makroiqtisadi sabitliyin qorunması məqsədilə büdcə qaydasının tətbiq edilməsi, bu qayda əsasında neft qiymətinin dəyişməsi şəraitində xammal gəlirlərindən istifadə həcminin, həmçinin büdcə xərclərinin pul proqramının parametrlərinə uyğun həddə tənzimlənməsi;

- Sosial siyasəti davam etdirməklə, dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklər, əsas dövlət proqramları, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və fiziki infrastruktur layihələri üçün maliyyə təminatının yaradılması;

-Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi üçün maliyyə təminatının yaradılması;

- Qeyri-neft sektorunun inkişafının stimullaşdırılması ilə bağlı dövlət dəstəyinin daha da gücləndirilməsi, sahibkarlığın inkişafı və aqrar sektora dövlət qayğısının artırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi və məqsədli subsidiyaların verilməsinin davam etdirilməsi;

- Regionların sosial-iqtisadi inkişafının gücləndirilməsi üçün dövlət dəstəyinin artırılması, bu hesaba kiçik, orta və iri tutumlu istehsal və emal müəssisələrinin yaradılması, müvafiq olaraq yeni və daimi iş yerlərinin açılması istiqamətində məqsədyönlü tədbirlərin davam etdirilməsi;

- Dövlət borclarının idarə olunmasında səmərəliliyin daha da artırılması, dövlət zəmanəti ilə kredit alan təşkilatların maliyyə fəaliyyətinə nəzarətin gücləndirilməsi, xarici borc alan dövlət müəssisələrinin təsərrüfat fəaliyyətlərində şəffaflığın artırılması, idarəetmə sisteminin yenidən qurulması və struktur dəyişikliklərinin həyata keçirilməsi;

- Götürdükləri öhdəliklərin icrasının vaxtında təmin edilməsi üçün dövlət zəmanəti əsasında kredit vəsaitlərini cəlb edən dövlət müəssisələrinin rəhbərlərinin qanunvericiliklə məsuliyyətinin artırılması;

- Dövlət proqram və tədbirlərinin ortamüddətli büdcə xərcləri ilə uzlaşdırılmasının, dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş yeni dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsinin təmin edilməsi;

- Ölkədə infrastruktur layihələrinin həyata keçirilməsi üçün beynəlxalq maliyyə təşkilatları ilə birgə maliyyələşdirmənin davam etdirilməsi;

- Ölkə iqtisadiyyatının bir çox sahələrində dövlət maliyyəsinin iştirakını mərhələli şəkildə məhdudlaşdırılması hesabına özəl investisiyaların cəlb edilməsinin daha da fəallaşdırılması istiqamətində işlərin davam etdirilməsi;

- Təhsil, səhiyyə, sosial sığorta və sosial yardım sistemində, idman və mədəniyyət sahələrində aparılan islahatlara dəstək olmaq üçün həmin sahələrin prioritet inkişaf istiqamətlərinə diqqətin artırılması;

Mənbə: http://www.marja.az

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!