Azərbaycanda pensiyaların artımı təqaüdçülərin 95 faizinə şamil olunacaq

2013-08-28 | İqtisadiyyat | 2684

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin sentyabrın 1-dən 100 manat müəyyən edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov mətbuat konfransı keçirib.

Trend-in məlumatına görə, S.Müslümov vurğulayıb ki, iqtisadi proseslərin hazırkı kontekstində əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin uğurla icra edilməsi, maaş və pensiyaların artırılması ölkə hökumətinin ən vacib məsələlərindən biridir. Məhz bu vəzifələrin prioritet olaraq yerinə yetirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gerçəkləşdirdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətidir. Pensiyaçıların sosial müdafiəsinin ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılması hər il pensiya məbləğlərinin əhəmiyyətli artımını şərtləndirib. Son 10 il ərzində çox ciddi sosial-iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi kimi əmək pensiyalarının orta aylıq məbləği 9,2 dəfə artaraq 18,4 manatdan 170 manata, minimum məbləği 7,1 dəfə artaraq 14 manatdan 100 manata, yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 45 faizə çatdırılmışdır.

DSMF sədri S.Müslümov Azərbaycanda 1 iyul 2013-cü il tarixə 1 milyon 272 min 566 pensiyaçının olduğunu bildirib. O nəzərə çatdırıb ki, cənab Prezidentin əmək pensiyalarının baza hissəsinin 17,6 faiz artırılmasına dair sərəncamı təxminən 1 milyon 209 min 135 pensiyaçıya şamil olunacaq. Bu artımdan yararlanmayan qulluq stajına görə əmək pensiyasına əlavələr alanlar, yəni dövlət qulluqçuları, hərbi qulluqçular və digər bu kateqoriyaya aid pensiyaçıların sayı 63 431 nəfərdir. Onların pensiyaları isə "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq fərqli qaydada artırılır.

DSMF sədri deyib ki, pensiyanın baza hissəsini 100 faiz alanların (1 milyon 90 min nəfər) pensiyasının artımı 15 manat, bəzi kateqoriyaya aid olan pensiyaçılarda isə daha çox olacaqdır. Belə ki, pensiyanın baza hissəsini 120 faiz həcmində alanlar ((I qrup gözdən əlillər istisna olmaqla) 15 min 580 nəfər)) üzrə artım 19 manat 50 qəpik, pensiyanın baza hissəsini 200 faiz həcmində alanlar üzrə ((I qrup gözdən əlillər) 7763 nəfər)) isə 31 manat 50 qəpik təşkil edəcəkdir.

Milli qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi 30 manat artırılaraq 200 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi isə 27 manat 75 qəpik artırılaraq 185 manata çatacaqdır.

Döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi quluqçuların pensiyasının baza hissəsi 16 manat 50 qəpik artacaqdır.

Böyük Vətən Müharibəsi (BVM) iştirakçılarının pensiyasının baza hissəsi 28 manat 50 qəpik, I qrup BVM əlillərininki 37 manat 50 qəpik, II qrup BVM əlillərininki 31 manat 50 qəpik, III qrup BVM əlillərininki isə 28 manat 50 qəpik artırılacaqdır.

S.Müslümov qeyd edib ki, əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün hər hansı bir problem yoxdur və bu məqsədlərə ilin sonuna kimi təxminən 73,2 milyon manat əlavə vəsait tələb olunur.

DSMF sədri onu da bildirib ki, hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 128 ABŞ dolları təşkil edir. Bu göstəriciyə görə, Azərbaycan MDB-də üçüncü yeri tutur. Qazaxıstanda əmək pensiyasının baza hissəsi 185 ABŞ dollar, Belarusda 129 dollar, Rusiyada 109,3 dollar, Ukraynada 111,8 dollar, Ermənistanda 31,7 dollar və s. təşkil edir. S.Müslümov jurnalistləri maraqlandıran digər məsələlərlə bağlı sualları da cavablandırıb.

Mənbə: www.trend.az

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!