Azərbaycanda analıq məzuniyyətinə görə müavinət artdı

2013-08-28 | İqtisadiyyat | 2888

Qadınlar 3 il müddətinə analıq məzuniyyətinə çıxa bilər.

Azərbaycanda öhdəsində yeni doğulmuş uşaq olan işləyən qadınların analıq məzuniyyətinə görə aldıqları müavinətlərin həcmi 50% artırılacaq.

Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov pensiyaların baza hissəsinin artımına dair bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Məlumdur ki, öhdəsində yeni doğulmuş uşaq olan işləyən qadınlar 3 il müddətinə analıq məzuniyyətinə çıxa bilər. Onlar əvvəlcə birinci 1,5 il məzuniyyətdə olurlar və buna görə ayda 20 manat alırlar. Növbəti il yarım məzuniyyəti davam etdirdikdə isə 10 manat müavinət alırlar.

Lakin dövlət başçısının yeni sərəncamı ilə bu kateqoriyaya aid olan qadınların analıq məzuniyyətinin müavinəti ilk il yarım üçün 30 manata, növbəti il yarım üçün isə 15 manata qədər artırılıb. Bu məqsədlə 1 il ərzində 4 mln. manata yaxın əlavə vəsait tələb olunur", - deyə DSMF sədri aydınlıq gətirib.

Qeyd edək ki, bu yenilik analıq məzuniyyətində olan 43 min işləyən qadını əhatə edəcək.

Mənbə: www.qafqazinfo.az

İqtisadiyyat bölümünün son xəbərləri

2024-12-05 | İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib
2024-11-28 | Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi
2024-11-25 | Kartdan karta işləyən 150 sahibkara maliyyə sanksiyası tətbiq edilib
2024-11-24 | Dövlət Vergi Xidmətinin rəisi: Sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısı alınacaq
2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!