Sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi adlı layihənin təlimləri sona çatdı

2020-11-23 | İqtisadiyyat | 1799

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və KOBİA-nın birgə dəstəyi ilə ARPA tərəfindən icra olunan “Sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi” adlı layihənin təlimləri sona çatdı. Kiçik və orta sahibkarlıq subyektlərinin iştirakının nəzərdə tutulduğu layihənin əsas məqsədi Azərbaycanda xüsusi əhəmiyyət kəsb edən iqtisadi sferalarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin, xüsusilə KOS-ların dəstəklənməsi, onların fəaliyyətinin keyfiyyət və effektivliyinə nail olmaq idi. Layihə çərçivəsində həyata keçirilən təlimlər 2 qrup əyani və 1 qrup onlayn formada olmaqla reallaşdırıldı. Təlimlərin sonunda bütün sessiyalarda iştirak edən şəxslər sertifikatlarla təmin olundu. Növbəti günlərdə isə namizədlər arasında aktiv formada iştirakına görə seçilmiş 2 sahibkarlıq subyektinə ARPA tərəfindən 1 aylıq risk menecment sahəsi üzrə məsləhət xidmətləri göstəriləcəkdir.

Mənbə:

İqtisadiyyat bölümünün son xəbərləri

2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək
2021-10-06 | Azərbaycanda dövlət satınalmaları barədə qaydalar dəyişib
2021-10-05 | Video təlim platforması sahibkarların istifadəsinə verilib
2021-09-17 | Azərbaycanda əməkhaqqı və sosial ödənişlər ARTIRILACAQ
2021-01-30 | Vergi və rüsumlar üzrə güzəşt və azadolmalara dair məlumatlar müəyyənləşəcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2023.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!