Xüsusi karantin rejiminin tələbləri ilə bağlı sahibkarlıq subyektlərinin üzərinə düşən vəzifə və öhdəliklər

2020-07-04 | İqtisadiyyat | 372

Pandemiyanın təsir etdiyi sahələr arasında iqtisadiyyat ön sıralardadır. Bu baxımdan, ölkəmizdə iqtisadiyyatın və sahibkarların dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Lakin həmin tədbirlər sahibkarlardan da adekvat yanaşma tələb edir. Bu yanaşma isə karantin rejiminin qaydalarına məsuliyyətlə əməl olunmasıdır. Bu qaydalara ciddi riayət etmək sahibkarlar üçün yeni fürsətlər də yarada bilər...

Qaydalar hər kəs üçündür

Azərbaycanda koronavirus pandemiyasının yarandığı ilk vaxtlarda müxtəlif sektorlar üçün qaydalar hazırlandı. Bu qaydalar iş yerlərindən tutmuş istehsal prosesinə qədər sahələrdə karantin rejiminin tələblərinin tətbiqini əhatə edirdi. Tələblərdən ən birincisi işçilərin hüquqlarının müdafiəsi və onların ixtisarına yol verilməməsi idi.

Qaydalara əsasən, iş yerlərində sosial məsafə təmin olunmalı, təmizlik və dezinfeksiya işləri aparılmalı və qoruyucu vasitələrdən istifadə edilməlidir. Hər bir sahibkar, işəgötürən çalışdığı yerdə bu qaydaların tətbiqinə ciddi nəzarət etməlidir. Sahibkar həm vətəndaş, həm də iş adamı olaraq bu qaydalara riayət etməklə özünü, işçilərini və cəmiyyəti qorumuş olur.

İqtisadiyyat Nazirliyi əlaqəli qurumlarla birlikdə sahibkarlıq subyektlərində tez-tez monitorinqlər aparır və qaydalara əmək etməyən obyektlər barədə ictimaiyyətə məlumatlar açıqlanır.

Koronavirus insanların həyatı üçün təhlükəli olduğu qədər şirkətlərin nüfuzu üçün də təhdiddir. Sanitar qaydaların pozulduğu və ya işçiləri koronavirusa yoluxmuş şirkət müştərilərini itirə bilər, çünki bazarda rəqabət kifayət qədər çoxdur.

İstehlakçılar üçün təhlükəsiz mühit, keyfiyyətli istehsal və gigiyenik qaydalara uyğun xidmət sahibkar üçün üstünlükdür. Yeni şəraitdə karantin qaydalarına riayət olunan mağaza və ya gözəllik salonuna, bərbərxanalara və s. daha çox ehtiyac var. Pandemiya şəraitində karantin rejiminin qaydalarına əməl etmək şirkətə həm müştəri, həm də imic qazanmaq üçün yaxşı fürsət ola bilər.

Şəffaf işləyənlərə verilən üstünlüklər özünü doğruldur

Pandemiya sahibkarlar üçün daha bir reallığı ortaya çıxardı. Dövlət şəffaf işləyən sahibkarı həmişə dəstəkləyəcək. Dövlət tərəfindən sahibkarlar üçün müxtəlif dəstək alətləri təqdim olunub. Bunlar maliyyə dəstəyi, vergi güzəştləri, dövlət zəmanəti ilə kreditlər və s. proqramlarıdır.

Tədbirlər müxtəlif olsa da onların şamil olunduğu sahibkarlar şəffaf işləyənlər, işçi ixtisarına yol verməyənlər, əmək hüquqlarının təmin olunmasına riayət edənlər və risk qrupunda olmayanlardır.

Şərtlərə görə, risk qrupunda olanlar da məlumatlarını, gəlirlərini, maliyyə göstəricilərini şəffaf prinsiplərə uyğun tərtib etməklə dəstək ala bilərlər. Göründüyü kimi, şəffaflaşmaq heç vaxt gec deyil və sahibkarlar şəffaf işləməyin bəhrəsindən hökmən yararlanırlar. Deməli, pandemiya düzgün işləməyənlərin düz yola gəlməsi və “ağarma” üçün də bir şansdır. “Ağarma” özü isə müsbət imic üçün növbəti fürsət deməkdir.

Aktiv sosial fəaliyyət - bonusdur

Pandemiya ilə mübarizədə şirkətlərin marketinq strategiyası – onların sosial məsuliyyəti ön plana çıxır. Sosial məsuliyyətə həssas yanaşma istənilən şirkətin nüfuzu üçün müsbət tendensiyadır. Hazırda bir sıra şirkətlər korporativ sosial məsuliyyət strategiyalarında dəyişiklik edirlər. Böhranın idarə edilməsi, biznesin saxlanılması, işçiləri qorumaq və müştəriləri itirməmək üçün yeni qərarların qəbulu biznes strategiyaları üçün hazırda mühüm amillərdir.

Biznesin sosial çağırışlara cavab verməsi əhəmiyyətli addımdır. Xüsusən iri biznes strukturlarının bu baxımdan perspektivləri daha çoxdur. Pandemiya dövründə cəmiyyətin sosial vəziyyətinin yaxşılaşdırılması üçün dəstək verən, Koronavirusla Mübarizəyə Yardım Fonduna ianələr edən, o cümlədən, müxtəlif sosial tədbirlər keçirən şirkətlər həm işçiləri arasında, həm də istehlakçılar, müştərilər, investorlar və əməkdaşlıq etdikləri qurumlar arasında nüfuz qazanırlar.

Korporativ sosial məsuliyyət yalnız iri biznes strukturları deyil, eləcə də kiçik və orta biznes üçün mühüm amildir. Bu qəbildən olan sahibkarların maddi dəstək göstərmək imkanı nisbətən məhdud olsa da, onlar karantin rejiminin qaydalarına əmək etməklə sosial məsuliyyət sərgiləyə bilərlər.

Pandemiya şəraitində əhalinin sosial şəbəkələrdən daha çox istifadə etdiyini nəzərə alaraq, kiçik və orta biznes təmsilçilərinin elektron platformalarda sosial mesajları rəqiblərini də bu addımı atmağa vadar edəcək.

Yeri gəlmişkən, sosial şəbəkələrdə iri sahibkarların da paylaşımları çox önəmlidir. Cəmiyyət arasında onların daha çox tanındığını nəzərə alsaq, belə sahibkarların sosial çağırışlar etməsi, karantin rejiminə uyğun fəaliyyəti təbliğ etməsi və sosial məsuliyyəti əyani olaraq göstərməsi effektiv addım ola bilər.

İnsanların sağlamlığı üçün töhfə verən sahibkar cəmiyyət tərəfindən müsbət qarşılanan obrazdır. Deməli, sosial məsuliyyət tədbirlərinin gücləndirilməsi sahibkarlar üçün növbəti fürsətdir.

Sağlam gələcək üçün...

Sahibkarlar üçün sadalanan fürsətlər pandemiyadan sonrakı dövrdə əməkdaşlıq platformalarının genişləndirilməsi, yeni bazarlara çıxmaq fonunda müsbət imicin formalaşdırılması və yeni investisiya mühitinin formalaşması baxımından önəmlidir.

Koronavirus pandemiyasının qarşısının alınması böyük ölçüdə insanların məsuliyyət hissindən asılıdır. Pandemiya ilə mübarizə - sağlamlığın qorunması uğrunda mübarizədir və bu yolda sahibkarlar fəal olmalıdırlar.

Mənbə: https://vergiler.az/news/other/9341.html

İqtisadiyyat bölümünün son xəbərləri

2020-08-10 | Bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verildi
2020-08-09 | Pandemiya dövründə mehmanxanaların fəaliyyəti açıqlandı
2020-08-07 | Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi yaxın günlərdə təmin ediləcək
2020-08-07 | Milli Məclisin növbədənkənar sessiyasının iclasında 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklər qəbul edilib
2020-07-18 | Şəffaf vergi sistemi müdafiə qabiliyyətimizin dayağıdır
2020-07-04 | Şahmar Mövsümov: Pandemiya ilə əlaqədar zərərçəkən sektorlara müvafiq dəstək nəzərdə tutulub, iş gedir
2020-07-04 | Sahibkarlıq subyektləri xüsusi karantin rejimində necə işləməlidirlər…
2020-07-04 | Xüsusi karantin rejiminin tələbləri ilə bağlı sahibkarlıq subyektlərinin üzərinə düşən vəzifə və öhdəliklər
2020-07-04 | Ticarət obyektlərində karantin qaydalarına əməl olunmasına nəzarət gücləndirilir
2020-07-03 | COVİD-19 PANDEMİYASI DÖVRÜNDƏ ŞİRKƏTLƏRDƏ RİSKLƏRİN İDARƏ EDİLMƏSİ VƏ DAXİLİ NƏZARƏT MÖVZUSUNDA VEBİNAR

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!