Ünvanlı yardım və işsizlikdən sığorta ödənişinin müddəti uzadılıb
2020-06-23 | İqtisadiyyat | 2782Koronavirus pandemiyası ilə mübarizə şəraitində aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi proseduru sadələşdirilib.
Baş Nazir Əli Əsədovun bununla bağlı imzaladığı Qərara əsasən, ölkədə martın 1-dən etibarən xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə bu yardımın verilməsi 2020-ci il 1 iyul tarixinədək uzadılır.
Bundan başqa, 2020-ci il 1 aprel tarixindən etibarən işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi iki ay, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün ödənişi 2020-ci il 1 iyul tarixinədək olan müddətə davam etdiriləcək.

İqtisadiyyat bölümünün son xəbərləri |