Azərbaycanda sahibkarlara ixracla bağlı tələb olunan - SƏNƏDLƏR VERİLİB

2020-04-11 | Hüquq | 3519

Bu ilin aprel ayının ilk on günü ərzində sahibkarların ixracla bağlı müraciətləri cavablandırılıb, onlara müxtəlif məhsulların ixracı ilə bağlı tələb olunan sənədlər verilib.

FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili Və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin əməkdaşları xüsusi karantin rejimi zamanı ixrac həyata keçirilərkən nəzərə alınması zəruri olan məsələlərlə bağlı sahibkarları maraqlandıran sualları da cavablandırıblar.

Qeyd edək ki, bu ilin mart ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə 15,5 milyon ABŞ dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib. 2020-ci ilin yanvar-mart ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən reallaşdırılan qeyri-neft ixracının dəyəri 37 mln. dollarından çox olub. Həmçinin 2018-2019-cu illərdə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə 290 mln. dollar dəyərində ixrac həyata keçirilib.

Qeyri-neft sektoru üzrə ixrac həyata keçirmək istəyən fiziki və hüquqi şəxslər müvafiq sənədlərlə bağlı “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin birpencere@azexport.az elektron poçtuna müraciət ünvanlaya bilərlər.

Mənbə: https://www.fed.az/az/iqtisadiyyat/azerbaycanda-sahibkarlara-ixracla-bagli-teleb-olunan-senedler-verilib-77989

Hüquq bölümünün son xəbərləri

2023-04-01 | Gecikməyə görə borcludan məbləğin illik 5 faizindən artıq - Tələb Oluna Bilinməyəcək
2023-04-01 | Azərbaycanda borc müqaviləsi anlayışına - DƏYİŞİKLİK EDİLİB
2021-11-19 | DİQQƏT! Əmək Qanunvericiliyi ilə bağlı İnzibati Xətalar Məcəlləsində YENİ VƏ AKTUAL CƏRİMƏ NÖVÜ
2021-06-01 | Uyğunluq sertifikatı olmayan qeyri-ərzaq mallarının idxalı və satışı qanuna ziddir
2021-03-23 | Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Qanunda dəyişikliklər təsdiq edilib
2020-11-23 | Saxta nişanlanmış mallara görə - 5 İlədək Həbs!
2020-08-31 | BNA taksi fəaliyyətinə daha ciddi nəzarət üçün konsepsiya hazırlayıb
2020-08-10 | Azərbaycana daxil olan xarici yük daşıyıcıları ilə bağlı qanun hazırlanacaq
2020-07-04 | Ticarət festivallarının təşkili Qaydasında dəyişiklik olunub
2020-06-01 | Dövlət rüsumu haqqında Qanuna dəyişikliklər qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!