Fərdi (mikro) sahibkarların onlayn müraciətinin tərtib olunması qaydası

2020-04-11 | İqtisadiyyat | 281

Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil ediləcək. Dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürüləcək. Bu məqsədlə, qeydiyyatda olan bütün vergi ödəyicilərinin şəxsi elektron kabinetlərinə (www.e-taxes.gov.az) "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı" barədə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək.

Vergi ödəyiciləri maliyyə dəstəyi əldə etmək üçün internet vergi idarəsindəki şəxsi kabinetində "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı" bölməsindən "fərdi sahibkarlara ödənişlər üzrə müraciət" altbölməsinə daxil olaraq müvafiq müraciət formasını doldurmalıdırlar.

Mənbə: https://vergiler.az/news/video/7985.html

İqtisadiyyat bölümünün son xəbərləri

2020-06-04 | Baş Nazir Əli Əsədov vətəndaşlara müraciət edib
2020-06-04 | Bəzi fərdi sahibkarların sosial sığorta öhdəlikləri və sosial sığorta yükü azaldılıb
2020-06-04 | Vergi Məcəlləsində dəyişikliklər sahibkarlarda öz bizneslərini şəffaflaşdırmağa marağı artıracaq
2020-05-29 | Ələt azad iqtisadi zonası yaradılıb
2020-05-29 | Fermer kartından istifadə ilə bağlı fermerlərə xəbərdarlıq edilib
2020-05-29 | Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyunun 15-dək uzadılıb
2020-05-21 | Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarında dəqiqləşdirmə aparılıb
2020-05-17 | Mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri - MEYARI DƏYİŞİB
2020-05-16 | Aqrar məhsulların nağd alışı üçün yuxarı hədd müəyyənləşdi
2020-05-16 | AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ƏSASNAMƏSİ

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!