Azərbaycanda sahibkarlıq üçün Koordinasiya Şurası yaradılacaq

2020-04-05 | İqtisadiyyat | 226

Azərbaycanda sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstəkləyən və dövlət tərəfindən yaradılmış bütün maliyyə və təşviq institutları və fondlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Koordinasiya Şurasının yaradılması nəzərdə tutulub.

"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Planda həmçinin dövlətin yaratdığı maliyyə-təşviq institutlarının və fondlarının fəaliyyəti sahəsində aşağıdakı istiqamətlərdə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi qeyd olunub:

- İqtisadiyyat Nazilriyi yanında Sahibkarlığın İnkişafı Fondunun maliyyələşdirmə alətlərinin genişləndirilməsi, o cümlədən daşınar əmlakın girovu əsasında kreditlərin verilməsi, zəruri tibbi ləvazimat və avadanlıqların istehsalçılarına güzəştli kreditlərin ayrılması, uzunmüddətli investisiya tələb edən sahələr üzrə kiçik və orta həcmli kreditlər üçün kredit müddətinin artırılması;

- İpoteka və Kredit Zəmanət Fondunun kredit faizlərini subsidiyalaşdırması və kredit zəmanəti alətlərini təkmilləşdirməsi, o cümlədən bir kredit üzrə zəmanətin kreditə nisbətinin yuxarı həddinin artırılması, zəmanət üzrə xidmət haqlarının, müvafiq cərimələrin və digər məhdudiyyətlərin ləğv edilməsi, faiz subsidiyası verilən kreditlərin illik faiz dərəcəsinin azaldılması, zəmanət ödənişlərinə həddin artırılması və zəmanətlərə tətbiq olunan komissiyaların azaldılması;

Mənbə: https://report.az/biznes/azerbaycanda-sahibkarliq-ucun-koordinasiya-surasi-yaradilacaq/

İqtisadiyyat bölümünün son xəbərləri

2020-06-04 | Baş Nazir Əli Əsədov vətəndaşlara müraciət edib
2020-06-04 | Bəzi fərdi sahibkarların sosial sığorta öhdəlikləri və sosial sığorta yükü azaldılıb
2020-06-04 | Vergi Məcəlləsində dəyişikliklər sahibkarlarda öz bizneslərini şəffaflaşdırmağa marağı artıracaq
2020-05-29 | Ələt azad iqtisadi zonası yaradılıb
2020-05-29 | Fermer kartından istifadə ilə bağlı fermerlərə xəbərdarlıq edilib
2020-05-29 | Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyunun 15-dək uzadılıb
2020-05-21 | Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarında dəqiqləşdirmə aparılıb
2020-05-17 | Mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri - MEYARI DƏYİŞİB
2020-05-16 | Aqrar məhsulların nağd alışı üçün yuxarı hədd müəyyənləşdi
2020-05-16 | AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ƏSASNAMƏSİ

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!