Dövlət Statistika Komitəsindən müraciət

2020-04-02 | İqtisadiyyat | 177

Dünyada sürətlə yayılan koronavirus (COVID-19) pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluğa və sahibkarlıq subyektlərinə təsirinin minimuma endirilməsi məqsədilə ölkə prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamına əsasən müvafiq tədbirlərin görülməsinə başlanılıb.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin idarə, müəssisə və təşkilatlara müraciətində bildirilir.

Qurum bəyan edib ki, dövlət dəstəyinin daha ünvanlı olması, nəticələrin düzgün qiymətləndirilməsi üçün ölkə iqtisadiyyatında baş verən proseslərin vaxtında və davamlı olaraq müşahidə olunması və operativ qərarların qəbul edilməsi məqsədilə statistik informasiya təminatının daha da gücləndirilməsi tələb olunur.

"Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində ölkəmizdə qeyri-iş günlərinin uzadıldığına rəğmən yuxarıda qeyd olunanları nəzərə alaraq, xüsusi karantin rejiminin tələblərini pozmadan cari ilin mart ayı üzrə rəsmi statistika hesabatlarının mümkün qədər qısa müddətdə, lakin aprelin 7-nə qədər onlayn rejimdə təqdim edilməsini sizdən xahiş edirik", - deyə müraciətdə qeyd olunub.

Mənbə: https://report.az/maliyye/dovlet-statistika-komitesinden-statistik-vahidlere-muraciet/

İqtisadiyyat bölümünün son xəbərləri

2020-05-29 | Ələt azad iqtisadi zonası yaradılıb
2020-05-29 | Fermer kartından istifadə ilə bağlı fermerlərə xəbərdarlıq edilib
2020-05-29 | Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyunun 15-dək uzadılıb
2020-05-21 | Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarında dəqiqləşdirmə aparılıb
2020-05-17 | Mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri - MEYARI DƏYİŞİB
2020-05-16 | Aqrar məhsulların nağd alışı üçün yuxarı hədd müəyyənləşdi
2020-05-16 | AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ƏSASNAMƏSİ
2020-05-16 | ƏDV-nin qaytarılması prosesində istehlakçıların diqqət etməli olduqları məqamlar
2020-05-02 | Azərbaycanda vergi və kredit güzəştlərinin tikinti sektoruna da aid edilməsi təklif edilib
2020-05-01 | Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!